170
Mövzu
14.
Bələdiyyələrin
maliyyə
mənbələrinin
formalaşması, gəlir və xərclərin tənzimlənməsi
14.1. Bələdiyyələrin maliyyə sisteminin mahiyyəti və istifadə prinsipləri.
14.2. Bələdiyyələrin gəlir və xərclərin formalaşması və onun tənzimlənməsi.
14.3. Bələdiyyələrin dövlət hakimiyyəti, maliyyə-kredit təşkilatları ilə
münasibətlər.
14.4. Bələdiyyələrin maliyyəsi, beynəlxalq təcrübədən istifadə problemləri
.
14.1. Bələdiyyələrin maliyyə sisteminin mahiyyəti və istifadə prinsipləri.
Azərbaycan Respublikasının 7 dekabr 1999-cu iş tarixli 772-İQ nömrəli
qanunu ilə «Bələdiyyələrin maliyyəsinin əsaslan təsdiq edilmişdir.
Bu Qanun bələdiyyələrin maliyyəsinin formalaşması və istifadəsinin
prinsiplərini, yerli büdcə prosesinin əsaslanm və bu sahələrdə bələdiyyələrin
səlahiyyətləri və onlann müvafiq icra hakimiyyəti orqanlan ilə qarşılıqlı
münasibətlərini müəyyən edir. Bu münasibətlər isə Azərbaycan Respublikasmın
Konstitusiyası ilə, «bələdiyyələrin statusu haqqında», «büdcə sistemi haqqında»,
digər normativ hüquqi aktlarla və bu qanunla tənzimlənir.
Bələdiyyə maliyyəsinə bələdiyyənin bütün iqtisadi resurslan və fəaliyyəti daxildir.
Qanunvericiliyə müvafiq olaraq bütövlükdə bələdiyyə əmlakı, bələdiyyə torpaqlan,
yerli büdcə və büdcədənkənar fondlar, bələdiyyənin istehsal, xidmət və digər iqtisadi
fəaliyyəti bələdiyyələrin maliyyəsinin formalaşmasının iqtisadi əsaslanm təşkil edir.
Bələdiyyə büdcələrinin vəsaitlərinin səmərəli istifadəsi, büdcənin gəlir və
xərclərinin büdcə sisteminin həlqələri arasmda optimal bölgüsü, yeni büdcə
münasibətlərinin yaranması kimi aktual problemlər yerli və xarici iqtisadçı alimlərin
elmi əsərlərində bələdiyyə büdcələrinin maliyyə problemlərinin tədqiqinə xüsusi yer
verilmişdir. Fərqli elmi baxışlardan yaranan yanaşmalarda bələdiyyə maliyyəsi
müxtəlif cür xarakterizə edilir. Belə ki, A.M.Babiç və L.N.Pavlova görə dövlət və
bələdiyyə maliyyəsi real pul dövriyyəsində mərkəzləşmiş maliyyə fondlarmın
yaranması, bölgüsü və istifadəsi üzrə münasibətlərin məcmusudur. P.N. Şulyak isə
bu sistemin mövcudluğunun bölüşdürmə və nəzarət üçün gərəkli olduğunu qeyd
edir. M.V.Romanovski dövlət və bələdiyyə maliyyə anlayışım digər müəlliflərə