15.3. Bələdiyyənin birlikləri və assosiasiyaların beynəlxalq təcrübəsi, problemləri. Dünya təcrübəsi göstərir ki, o ölkələrdə yerli özünüidarəetmə orqanlan uğur
qazamrlar ki, onlar oxşar problemlərin həlli istiqamətində öz səylərini birləşdirir, öz
hüquq və səlahiyyətlərinin real- laşdınlması naminə əlaqəli fəaliyyət göstərirlər.
Demokratik dəyərlərin inkişaf etdiyi ölkələrdə bələdiyyələrarası kooperasiyanm
tarixi kifayət qədər qədimdir. Məsələn, İsveç Bələdiyyələr Assosiasiyası 1908-ci
ildə yaradılmışdır və öz fəaliyyəti dövründə ölkə şəhərlərinin inkişafı istiqamətində
əhəmiyyətli töhfələr vermişdir.
ABŞ-da bələdiyyələrarası kooperasiyanın tarixi XIX əsrin əvvəllərinə gedib çıxır
və bu əlaqələr ilkin olaraq icmalararası. əlaqə prinsiplərinə söykənirdi-.
İcmalararası əlaqələrin bəzi formaları Aleksis de Tokvilin “Amerikada
demokratiya” əsərində öz əksini tapır. Hazırda ABŞ bələdiyyələrinin daha çox
ştatlar daxili assosiasiyalarda birləşməsinə üstünlük verirlər.
Bələdiyyə birliklərinin mövcud olduğu ölkələrdə bu birliklərin vahid forması
yoxdur. Birliklər adlanna, əhatə dairələrinə, beynəlxalq əlaqələrinə, təşkilati
strukturlan və bir sıra digər əlamətlərinə görə bir- birindən fərqlənirlər.
Dünya təcrübəsi onu göstərir ki, müxtəlif ölkələrdə bələdiyyə birlikləri forma
etibari ilə bir-birlərindən fərqlənsə də onlann arasında elə bir ciddi mahiyyət fərqi
yoxdur. Aşağıda bir neçə ölkənin bələdiyyələrinin könüllülük əsasında yaratmış
olduqları bələdiyyə birliklərinin bəzi nümunələri göstərilmişdir.