Dövlət və bələdiyyə idarəetməsinin müasir problemləri



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə145/152
tarix01.01.2022
ölçüsü1,61 Mb.
#106685
1   ...   141   142   143   144   145   146   147   148   ...   152
YourFileName

 
 
 
 


186 
 
Mövzu 15. Bələdiyyə torpaq və su fondlarının idarə edilməsi. 
Bələdiyyə birlikləri və assosiasiyaları 
 
15.1. Bələdiyyə torpaqları və onun idarə edilməsi. 
15.2. Bələdiyyənin su təsərrufatı və idarə olunması. 
15.3. Bələdiyyənin birlikləri və assosiasiyaların beynəlxalq təcrübəsi, 
problemləri. 
15.4. Bələdiyyərin birlikləri, məhəllə komitələri və daimi komissiyaları, 
onların problemləri. 
 
15.1. Bələdiyyə torpaqları və onun idarə edilməsi. 
 
Tarixdən  məlum olduğu kimi torpaq və onunla bağlı  münasibətlər istənilən 
cəmiyyətdə  əsas,  müəyyənedici  amillərdir.  Torpaq  bu  funksiyasım  nəinki  sosial-
iqtisadi, həm də siyasi və beynəlxalq münasibətlərdə qonı>aıb saxlar. 
Torpaq  bütün  maddi  nemətlərin  mənbəyi  olduğundan,  siyasi  rejimlərdə  baş 
verən  dəyişikliklərə  və  hətta  ictimai-siyasi  formasının  dəyişilməsinə  baxmayaraq 
ona münasibət dəyişməmişdir. 
Tarixə  nəzər  salsaq,  görərik  ki,  torpağa  və  torpaqla  bağlı  maddi  nemətlər 
istehsalına lazımi səviyyədə yanaşmağı bacaran və bu istiqamətdə düzgün siyasət 
aparan dövlətlər və siyasi rejimlər mövcudluğunu qoruyub saxlamışdır. 
Tarixin  ən  mühüm  hadisə  və  proseslərində,  dövlətlərin  yaranma  və 
dağılmasında, hətta formasiyalann dəyişilməsində torpağa münasibət amili həlledici 
rol oynamışdır. . 
Əvvəllər  Çar  Rusiyasının,  sonra  isə  SSRİ-nin  tərkibinə  daxil  olan,  170  il 
ərzində Rusiyadan siyasi asılı olan Azərbaycan üçün ittifaqdakı iqtisadi inteqrasiya 
təbii idi. 
Azərbaycan müstəqillik əldə etdikdən sonra cəmiyyətin qarşısında duran ən 
mühüm  problemlər  -  torpaq  siyasətinin  həyata  keçirilməsi,  torpaq  islahatlannm 
apaniması olmuşdur. 
Yalnız  1993-cü  ildə  prezident  Heydər  Əliyevin  hakimiyyətə  qayıtmasından 
sonra  bu  məsələlərə  ən  ciddi  diqqət  yetirilmiş  və  iqtisadiyyatın  inkişafı  üzrə 
məqsədyönlü işlər apanlmağa başlanmışdır. 


187 
 
1991-ci  ildə  müstəqilliyini  bərpa  edən  Azərbaycan  məhv  olmaq  təhlükəsi 
qarşısında  qalanda  yenidən  böyük  siyasətə  qayıdan  Heydər  Əliyev  fenomenal 
istedadmı, zəngin dövlətçilik təcrübəsim Tannmn və tarixin xalqımıza bəxşişi olan 
müstəqilliyimizin qorunub möhkəmləndirilməsinə yönəltdi. 
Məhz Heydər Əliyevin uzaqgörən siyasəti və zəngin təcrübəsi nəticəsində yenicə 
müstəqilliyini əldə etmiş Azərbaycanda dünya təcrübəsindən istifadə edərək milli 
iqtisad  parametrləri  nəzərə  alaraq  yeni  layihələr  və  dövlət  proqramlanmn 
hazırlanmasına başlandı. 
Ölkəmizdə yeni mülkiyyət münasibətlərinə əsaslanan azad bazar iqtisadiyyatı 
formalaşdı.  Özəlləşmə  proqramı,  torpaq  islahatı,  hüquqi  dövlət  quruculuğu 
sahəsində islahatlar genişləndi. 
Ulu öndər deyirdi: 
“Biz islahatlan bir gündə yox, bir ayda yox, bəlkə də bir ildə yox, tədricən 
həyata keçiririk.” 
Çünki bunun üşün həm təcrübə lazımdır, həm də gərək səhv buraxmayasan. 
Ulu Öndər böyük uzaqgörənliklə həm də sübut etdi ki, Azərbaycanda aqrar 
sahədə iqtisadiyyatm inkişafinm əsası aparılacaq torpaq islahatlannm nəticələrindən 
asılıdır. 
Aqrar islahatlarm uğurla apaniması üçün ilk növbədə torpaq islahatını başa 
çatdırmaq  və  torpaqlardan  səmərəli  istifadənin  təşkili  təmin  edilməli,  torpaq 
üzərində  mülkiyyət  formalan  konkret  olaraq  müəyyən  edilməli,  torpaq 
ehtiyatlarından  istifadəyə  nəzarət  mexanizmi  yaradılmalı,  onlann  mühafizəsi  və 
qorunması məsələləri öz həllini tapmalı idi. 
Müstəqilliyimizin ilk illərində göstərilən məsələləri həyata keçirmək nə qədər 
çətin olsa da böyük dövlət xadimi Heydər Əliyev bütün məsuliyyəti üzərinə götürdü 
və torpaqlann vətəndaşlara əvəzsiz paylanması ilə bağlı radikal siyasi qərar qəbul 
etdi. 
Həmin qərann mükəmməl hüquqi baza ilə icra mexanizmi formalaşdınidı və 
torpaq islahatlan həyata keçirildi. 
İslahatlar  nəticəsində  Azərbaycan  xalqımn  aqrar  tarixində  ilk  dəfə  olaraq 


188 
 
Azərbaycan kəndlisi torpaq mülkiyyətçisinə çevrildi. 
Həyata  keçirilən  islahatlar  nəticəsində  870  min  ailə  və  3  milyon  472  min 
subyekt torpaq mülkiyyətçisi oldu. 
Bu  fakt  ölkənin  aqrar  bölməsində  yeni  sosial-iqtisadi  münasibətlər  sistemi 
formalaşmasına və inkişafına səbəb olmuşdur. 
Torpaq islahatı əhalinin sosial vəziyyətinin yaxşılaşdıniması və toıpäğıh əsl 
sahibinə, onu əkib-becərənlərə verilməsi irəliyə doğru atılmış mühüm addım oldu. 
Müstəqillik  əldə  edən  respublikamızda  yeni  siyasi,  sosial  və  iqtisadi 
münasibətlərin  yaranması  ölkənin  kənd  təsərrüfatmın  inkişafına  yeni  istiqamət 
verdi. 
Belə ki,  “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa (16 iyul 
1996-cı il) uyğun olaraq ölkədə torpaq islahatının həyata keçirilməs ilə yeni torpaq-
istehsal münasibətləri yarandı. Nəticədə respublikamn vahid torpaq fondunu təşkil 
edən 8641506 hektar torpaq sahəsində üç növ mülkiyyət forması - dövlət mülkiyyəti, 
bələdİ30^ə mülkiyyəti və xüsusi mülkiyyət növü yaradıldı. 
Torpaq  islahatı  nəticəsində  respublikanm  vahid  torpaq  fondunun  4919138 
hektan və ya 57.8% -i dövlət mülkiyyətində saxlamldı. 2051378 hektan və ya 23.7%-
i  bələdiyyə  mülkiyyətinə  verildi,  1670990  hektan  və  ya  19.3%-i  özəlləşdirilərək 
xüsusi mülkiyyətə verilmişdir. 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin