Dövlət və bələdiyyə idarəetməsinin müasir problemləri


Bələdiyyə mülkiyyəti-əmlak, təsərrüfat və iqtisadi komplek kimi



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə79/152
tarix01.01.2022
ölçüsü1,61 Mb.
#106685
1   ...   75   76   77   78   79   80   81   82   ...   152
YourFileName

7.2. Bələdiyyə mülkiyyəti-əmlak, təsərrüfat və iqtisadi komplek kimi. 
 
Bələdiyyə  mülkiyyəti»  anlayışına  verilən  geniş  tərifdən  göründüyü  kimi  o, 
həmişə bir-biri ilə əlaqədə olan iki formada təzahür edir: 
1. 
Əmlak-təsərrüfat kompleksi kimi; 
2. 
iqtisadi (dəyər, maliyyə) kompleksi kimi. 
Bələdiyyə  mülkiyyəti  əmlak-təsərrüfat  kompleksi  kimi  öz  nəticəsini  həmin 
təşkilat  ərazisində  konkret  məhsul  və  xidmətlərdə  vermiş  olur.  Məsələn,  evlərdə 
istilik,  küçə  və  meydanlarda  gecələr  işıqlanma,  iş  yerlərinə  gedib  qayıtmaq  üçün 
yaradılan  imkanlar  və  s.  xidmətlər  bələdiyyə  mülkiyyətinin  əmlak-təsərrüfat 
kompleksi  kimi  verdiyi  töhfə  və  göstərdiyi  nəticədir.  Bələdiyyə  mülkiyyətinin 
dəyəri istehsal olunan məhsul və xidmət vahidi ilə ölçülür. 
Bələdiyyə mülkiyyəti iqtisadi kompleks kimi xalis bazar dəyərini, kapital dəyərini 
özündə  ehtiva  edir.  Bu  zaman  o,  bələdiyyə  mülkiyyətinin  bələdiyyə  əhalisi  üçün 
maliyyə vəsaitləri yetirmə və ya ona qənaət qabiliyyəti ilə müəyyən olunur. Burada 
da mülkiyyətin dəyəri bələdiyyə orqanlan tərəfindən aktiv istifadə nəticəsində artınla 
bilən  pul  vəsaitlərinin  həcmi  ilə  ölçülür.  Bələdiyyə  mülkiyyətinin  bu  müxtəlif 
tərəfləri  arasında  daimi  bir  qarşılıqlı  əlaqə  mövcuddur.  O,  mülkiyyət  forması 
obyektlərindən istifadə əsasında əhali üçün istehsal olunan pullu xidmətlərdə özünü 
göstərir.  Bu  isə  bələdiyyə  mülkiyyətinin  konkret  dəyər  ölçüsü  ilə  ifadə  olunmuş 
iqtisadi  fəaliyyət  nəti  cələrinin  formalaşmasına  zəmin  yaradır.  Təbii  ki,  belə 
situasiya o vaxt ideal olardı ki, bələdiyyə mülkiyyətinin istifadəsi sayəsində istehsal 
olunan və əhaliyə göstərilən xidmətlərin haqqı onlann maya dəyəri həcminə uyğun 
gələrdi.  Lakin  təcrübə  göstərir  ki,  iqtisadiyyatın  bələdiyyə  sektorunda  istehsal 
olunan  məhsul  və  xidmətlər  çox  təəssüf  ki,  bir  qayda  olaraq,  istehlakçıların  pul 
vəsaitləri ilə ekvivalent mübadiləyə malik olmur. 
Azərbaycan  bələdiyyələrinin  sabit  fəaliyyəti  yalnız  kapital  nəzərdə  tutan  və 
kapital əmələ gətirən bələdiyyə mülkiyyəti obyektləri arasındakı dinamik tarazlığın 


73 
 
müşahidə  olunduğu  ərazilərdə  mümkün  ola  bilər.  Bu  prinsip  bələdiyyə 
mülkiyyətinin  formalaşması  əsasında  mütləq  nəzərə  alınmalıdır.  Əks  halda 
bələdiyyələr yerli əhalinin ehti- yaclanmn tam həcmdə ödənilməsindən və bu kimi 
bir  çox  keyfiyyət  imkanlanndan  məhrum  ola  bilər.  Təcrübə  göstərir  ki,  zərərlə 
işləyən 
sosial 
obyektlər 
əsasında 
bələdiyyə 
mülkiyyətinin 
tərkibini 
zənginləşdirməklə, yerli özünüidarə orqanlanmn iqtisadi əsaslannı inkişaf etdirmək 
və formalaşdırmaq olmaz. Əsasən yerli özünüidarəetmə orqanlanmn sərəncamında 
gəlir gətirə bilən infrastruktur obyektləri olmalıdır. Buna görə də dövlət və bələdiyyə 
orqanlan  arasında  mülkiyyət  düzgün  meyarlar  əsasında  bölünməlidir.  Dövlət 
mülkiyyətinin bələdiyyələrə verilmə kriteriyası kimi aşağıdakılar olmalıdır; 

obyektin bir qayda olaraq bələdiyyə ərazisində yerləşməsi

bələdiyyə  əhalisinin  ehtiyaclarının  ödənilməsi  üçün  istehsal  olunan 
məhsullann və göstərilən xidmətlərin qabaqcadan müəyyən edilməsi; 

obyektin yerli təsərrüfatla istehsal, təşkilati və texnoloji əlaqəsi

obyektin  yerli  özünüidarəetmə  orqanlanmn  səlahiyyət  dairəsinə  daxil  olan 
yerli əhəmiyyətli məsələlərin həlli ilə bilavasitə bağlılığı. 
Qeyd  olunan  meyarlar  əsasında bələdiyyə  mülkiyyətinə  aşağıdakı obyektlər 
verilə bilər: 
1. 
Dövlət mülkiyyəti sayılan, şəhər və rayon ərazilərində yerləşən yaşayış və 
qeyri-yaşayış  fondlan,  mənzil-istismar  və  tikinti-  təmir  müəssisələri,  mühəndis 
infrastrukturu obyektləri və s.; 
2. 
dövlət mülkiyyəti sayılan, şəhər ərazilərində yerləşən xırda ticarət, ümumi 
yeyinti və əhaliyə məişət xidməti göstərən müəssisələr, idman, səhiyyə, mədəniyyət 
və təhsil təşkilatlan. 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin