Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə21/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   114
bank emeliyyatlari

Operativlik funksiyası.  
 Uğurla  işə  başlamaq  üçün  banka  torpaqların,  binaların, 
avadanlığın  əldə  edilməsi,  eləcə  də  gözlənilməz  ziyanın  baş 
verməsi halları üçün maliyyə ehtiyatlarının yaradılması məqsədilə 
istifadə  edilən  ilkin  kapital  gərəkdir.  Bu  məqsədlər  üçün  xüsusi 
kapitaldan istifadə edilir.  
Tənzim etmək funksiyası.  
Bankın  xüsusi  vəsaitləri  əməliyyatlar  və  müştərilərin  ma-
raqlarının  müdafiə  funksiyası  ilə  yanaşı  tənzimləyici  funksiya 
rolunda  da  çıxış  edir.  Tənzimləyici  funksiya  bankların  uğurlu 
şəkildə  fəaliyyət  göstərməsi  üçün  cəmiyyətin  ümumi  marağını 
nəzərə  alaraq  dövlət  orqanlarına  keçirilən  əməliyyatlara  nəzarət 
etmək imkanı verən qanun və qaydalarla fəaliyyət göstərir.  
Ayrı-ayrı  kommersiya  banklarının  bank  ehtiyatlarının 
quruluşu  onların  ixtisaslaşma  səviyyəsindən  və  ya  əksinə 
universallaşmasından,  fəaliyyət  xüsusiyyətlərindən,  ssuda  eh-
tiyatları  bazarının  vəziyyətindən  və  digər  amillərdən  asılıdır. 
Məsələn,  qısamüddətli  kreditləşdirmə  üzrə  əməliyyatlar  həyata 
keçirən  universal  kommersiya  bankları,  cəlb  edilmiş  ehtiyatların 
əsas  növü  kimi  qısamüddətli  depozitlərdən  istifadə  edir. 
İnvestisiya  bankları  isə,  qiymətli  kağızların  alışından,  dövlət  və 
səhmdar  şirkətlərin  və  müəssisələrin  xüsusi  məqsədli  fondların 
kapital  yatırımları  üçün  nəzərdə  tutulmuş  və  digər  kredit  və 
maliyyə  institutlarından  əldə  edilmiş  uzunmüddətli  istiqrazlardan 
istifadə edir. İstisna deyil ki, kommersiya bankları inkişaf etdikcə 
və  fəaliyyət  sahəsi  genişləndikcə  ən  etibarlı  müştərilərinin 
hesablarına  ssuda  məbləğini  köçürmə  yolu  ilə  kreditlər  verərək 
ehtiyatlar yaradacaqlar. Bu növ əməliyyatlar yalnız bankın ödəmə 
qabiliyyətinin  qorunmasına  riayət  olunması  şərti  ilə  həyata 
keçirilir.  
Bankın xüsusi vəsaitlərinin quruluşu kəmiyyət tərkibi üzrə 
yekcins  deyildir  və  bir  il  ərzində  bir  sıra  amillərdən,  xüsusilə, 
bank  tərəfindən  əldə  edilən  gəlirin  istifadə  xarakterindən  asılı 


 
 
 
 
42 
olaraq dəyişir.  
Azərbaycan  banklarının  (səhmdar  banklar)  nizamnamə 
kapitalı  əsasən  səhmlərin  ödənilməsindən  daxil  olan  vəsaitlər 
hesabına  formalaşır.  Bununla  belə  kapital  yalnız  pul  vəsaitləri 
ödənişləri  hesabına  deyil,  həmçinin  maddi  və  qeyri-maddi 
aktivlər,  eləcə  də  üçüncü  şəxslərin  qiymətli  kağızları  hesabına 
formalaşır.  Təcrübə  xarakterli  məlumatların  təhlili  göstərir  ki, 
bəzi  banklarda  bankın  maddi  aktivlər  nizamnamə  kapitalının 
70%-ni  təşkil  edir,  bu  isə  bank  tərəfindən  onların  kreditləşdirmə 
ehtiyatları  kimi  istifadəsi  üzrə  imkanlarını azaldır və onun ödəmə 
qabiliyyətinin səviyyəsini aşağı salır. Eyni hal qeyri-maddi aktivlərin 
bankın  nizamnamə  kapitalında  əhəmiyyətli  hissə  təşkil  etməsi 
zamanı da yaranmışdır.  
Son  illər  banklarda  nizamnamə  kapitalını  yaradan  pul 
vəsatlərinin  tərkibində  xarici  valyuta,  eləcə  də  qiymətli  kağızlar 
artmaqdadır.  
Bankın  xüsusi  kapitalı  onun  aktiv  əməlyyatlarının  həc-
minin artırılmasının əsasını təşkil edir. Bu səbəbdən hər bir bank 
üçün onun aktivlərinin artırılması mənbələrinin tapılması olduqca 
mühüm  əhəmiyyət  kəsb  edir.  Həmin  mənbələr  keçmiş  illərin 
bölüşdürülməmiş gəliri, bank ehtiyatları da daxil olmaqla qiymətli 
kağızların əlavə buraxılışının yerləşdirilməsi və yeni səhmdarların 
cəlb edilməsi ola bilər.  
Xüsusi  kapitalın  idarə  edilməsi  passivlərin  sabitliyinin  və 
bankların  gəlirliliyinin  təmin  edilməsində  mühüm  rol  oynayır. 
Bankın  şəxsi  kapitalının  idarə  edilməsi  vasitələrindən  biri  də 
divident  siyasətidir.  Qeyri-sabit  maliyyə  vəziyyəti  və  fond 
bazarının  inkişaf  etmədiyi  şəraitdə  bir  çox  respublika  bankları 
şəxsi  kapitalın  artırılmasını  gəlirin  toplanması  vasitəsilə  həyata 
keçirir.  Dividentlərin  kapitallaşması  bir  çox  hallarda  səhm 
kapitalının  artırılması  üçün  ən  asan  və  bahalı  vasitədir.  Bununla 
yanaşı, bir sıra banklar müəyyən etmişlər ki, onların səhmlərinin 
məzənnəsi  ödənilən  dividentlərin  səviyyəsindən  asılıdır,  yəni, 
dividentlərin artması səhmlərin məzənnəsinin də artmasına səbəb 


 
 
 
 
43 
olur.  Beləliklə,  səhmlərin  yüksək  gəlirliliyi  kapitalın  əlavə 
səhmlərin satışı vasitəsilə artmasını asanlaşdırır.  
İri  banklar  pul  ehtiyatlarının  cəlb  edilməsinin  səmərəli 
vasitəsi  kimi  səhmlərin  emissiyasından  geniş  istifadə  edir. 
Kommersiya  bankları  həm  sadə  səhmlərin,  həm  də  imtiyazlı 
səhmlərin  emissiyasını  həyata  keçirir.  İmtiyazlı  səhmlər  in-
vestisiya obyekti olaraq  sadə səhmlərə nisbətən daha az risklidir, 
lakin  onlar  üzrə  dividentlərin  səviyyəsi  sadə  səhmlər  üzrə 
ödənilən dividentlərin orta səviyyəsindən azdır. Bank kapitalında 
imtiyazlı  səhmlərin  payı  sadə  səhmlərə  nisbətən  çox  azdır.  Bir 
çox  hallarda  Respublikada  fəaliyyət  göstərən  bəzi  banklar  öz 
əməkdaşlarına  imtiyazlı  səhmlər  şəklində  illik  mükafatlar  verir. 
Bazarda  imtiyazlı  səhmlərə  olan  tələb  çox  aşağıdır,  çünki  iri 
investorlar bankın idarə  edilməsində fəal  iştirak  etməyə üstünlük 
verir.  Lakin  bu  problemi  konversiyalı  imtiyazlı  səhmlərin 
buraxılması ilə həll etmək mümkündür. Respublikamızda iqtisadi 
vəziyyətin  sabitləşməsi  etibarlı,  uzunmüddətli  alətlərə,  o 
cümlədən  imtiyazlı  səhmlərə  olan  tələbatın  artmasına  öz  təsirini 
göstərəcəkdir.  
Mötəbər  iri  bankların  öz  səhmlərini  fond  bazarında 
yerləşdirmək imkanları vardır. Onlar səhmlərin məzənnəsinə təsir 
edərək və dividentlərin səviyyəsini müəyyənləşdirərək əlavə gəlir 
əldə  edilməsi  məqsədilə  səmərəli  əməliyyatlar  həyata  keçirirlər. 
Kiçik  banklar  üçün  isə  əlavə  ehtiyatların  səhmlər  buraxılması 
vasitəsilə 
artırılması  imkanları  kifayət  qədər  mürəkkəbdir. 
Əmanətçilərin ehtiyatlarını cəlb etmək şəxsi kapitalın artırılmasından 
daha ucuz və məqsədəuyğundur.  
Xarici  ölkələrin  təcrübəsində  xüsusi  kapitalın  artırılması 
üçün istiqraz vərəqələrinin buraxılması geniş yayılmışdır. İnkişaf 
edən  bank  öz  əməliyyatlarını  maliyyələşdirmək  üçün  daim 
uzunmüddətli  kapitala  ehtiyac  duyur.  Bu  tələbat  istiqraz 
vərəqələrinin 
girovdan 
çıxarılmasının 
maliyyələşdirilməsi 
vasitəsilə  ödənilir.  Ölkəmizdə  bu  təcrübə  hələlik  geniş  vüsət 
almamışdır.  


 
 
 
 
44 
Cəlb  edilmiş  vəsaitlər  bank  ehtiyatlarının  quruluşunda 
üstün  yer  tutur.  Dünya  bank  təcrübəsində  bütün  cəlb  edilmiş 
vəsaitlər  depozitlərə  və  digər  cəlb  edilmiş  vəsaitlərə  bölünür. 
Kommersiya  banklarının  cəlb  edilmiş  vəsaitlərinin  əsas  hissəsini 
depozitlər təşkil edir.  
Qeyd etmək lazımdır ki, depozitlər yalnız Mərkəzi Bankın 
lisenziyasına  müvafiq  olaraq  bu  cür  əməliyyatları  həyata 
keçirməyə  hüququ  olan  banklar  tərəfindən  qəbul  edilə  bilər. 
Banklara  vətəndaşların  vəsaitlərinin  depozitə  cəlb  etmək  hüququ 
qeydiyyat  tarixindən  minimum  2  il  sonra  verilir.  Depozitlərə 
vəsaitlərin  cəlb  edilməsi  yazılı  şəkildə  və  iki  nüsxədə  (biri 
əmanətçiyə  verilir)  olmaqla  müqavilə  ilə  rəsmiləşdirilir.  Banklar 
əmanətlərin  qorunmasını  və  investorlar  qarşısındakı  öhdəliklərini 
vaxtında yerinə yetirməyi təmin edir.  
Digər  cəlb  edilmiş  vəsaitlər  banklar  tərəfindən  istiqraz 
şəklində  və  ya  özünün  borc  öhdəliklərinin  pul  bazarında  satışı 
yolu  ilə  əldə  edilən  ehtiyatlardan  ibarətdir.  Onlar  depozitlərdən 
bazarda müsabiqə əsasında əldə edilməsi ilə fərqlənir və əsasən iri 
banklar tərəfindən istifadə olunur.  
Müasir bank təcrübəsi çoxlu sayda depozitləri fərqləndirir. 
Bunlar aşağıdakılardır: 
 tələb olunanadək depozitlər; 
 müddətli depozitlər; 
 əmanət yatırımları; 
 qiymətli kağızlara yatırımlar.  
Depozitləri  həmçinin  müddətinə,  əmanətçilərin  növlərinə, 
vəsaitlərin  verilməsi  və  qaytarılması  şərtlərinə,  faizlərinə,  bankın 
aktiv əməliyyatları üzrə imtiyazların əldə edilməsi imkanlarına və 
s. görə də təsnifləşdirmək olar.  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin