145
-
Bu
nə işdi ay oğul, dinimiz, imanımız qaçdı axı?
-
Ağlama, Köçəri kişi, sevin, oğlun özünə gəldi, böhran
ötüb keçdi demək! Bundan sonra qorxu yoxdu ona!
-
Başına dönüm ay həkim! Vurum, tutum elə budu! –
Yenə omaxşıdı kişi, yüyürüm arvada, qıza xəbər verim!
Anası, bacısı gəlib çıxdılar. Qəribədi ağlaşırdı hamısı. Axı
noolmuşdu ona, niyə ağlayır bunlar? Amma hiss eləyəndə ki,
gözlərində nəsə rəngbərəng işıqlar oynaşmaqdadı, heyi yoxdu
dirçəlib durmağa, anladı səbəbini; yuxu kimi bir aləmdə
qavradığı uzun döyüşlər, qızarıb alışmış dovşanlarla, tülkü,
canavarlarla çalışıb çarpışması adi yuxu deyilmiş, qızdırma
halətiymiş!
Həkimlər valideynlərini bayıra çıxararaq yenə bayaqkı
alma yeyən oğlanla qoydular onu.
-
Üç gündü ayılmırsan qardaş üç gündü ağlaşma-şıvəndi
burda. Qızdırman 41-dən addamışdı. Həkimlər təəccüb
qalmışdılar ürəyinin bu qızdırmaya necə dözdüyünə. Hər gecə
biri qalıb yanında keşik çəkirdilər səhərəcə. sayıqlayırdın
yaman! Sürəyya nəyindi qardaş?..
Sürəyya adı eşitcək yenə bir qaranlıq çöksüdü gözlərinə...
Beşinci gün özünü babat hiss edib xəstəxanadan qaçmaq
istədi, lakin başı hərlənib yıxıldı, tibb bacısı tutub danlaya-
danlaya palataya qaytardı. Vəziyyəti aydındı özünə: sətəlcəmin
ən ağır formasını keçirirdi. Çox adam tab gətirməyib ölür bu
vəziyyətdə. O ölməyibsə olduqca möhkəmdi demək ürəyi,
olduqca sağlamdı demək ciyəri, böyrəyi! İndi yaxşı yeməklər
yeyib qüvvə toplamalıydı özünə. Yoxsa vərəmə çevrilə bilərdi
xəstəliyi. Bir həkim kimi də dünyada ən qorxduğu xəstəlik
v
ərəm idi. Düzdü müalicəsi asandı indi, bu xəstəlikdən ölüm
yoxdu adama. Ancaq bir dəfəlik qurtaran da deyil, bütün
ömrün
boyu d
avam edəcəkdi səndə. Adı da pis çıxıb: keçici xəstəlik!
Hələlik özündə bir qüvvə hiss edib taksiyə oturmağa, o
tarlaya, o kəndə getməyə ürək eləmirdi Orxan.
Dostları ilə paylaş: