**** ***** ****
Orxan altıncı kursda oxuyarkən avtomatın ideallaş-
dırılması haqqındakı o səfsətə fikirlərin hardan gəlib başına
dolduğunu anladı: görünür bədbəxt hadisə də içki kimi
dəyirmiş insanlara. İçki kimini danışdırıb güldürdüyü, kimini
qəmləndirib ağlatdığı, kimini yatırıb bir bucağa atdığı, kimini
də bir caniyə döndərib, ictimayi əsaişə qarşı qaldırdığı kimi,
başına bədbəxt hadisə gəlmiş adamların da bir qismi gülməklə,
bir q
ismi ağlamaqla ötüşdürüb son nəhayətdə, sınırır bu
hadisəni, unudub çıxarır yadından. Bir ay, beş ay, bir il ... axır
bir gün unudur bu faciyəni. Bəziləri baş götürüb tanışdan-
bil
işdən, eldən-obadan uzaqlaşıb gedir. Bəziləri də bir bədbinlik
azarına tutulub həyatda var olan hər şeyə bir gün yox olub
gedəcək pozu kimi baxaraq küsür hər şeyə, küsür dünyaya.
172
Qəbul etmir həyat olaylarını. Ağıllı hesab etmir, onları
dəyişdirib başqa, daha ağıllı bir uyğarlığa salmaq haqqında baş
sındırır. Avtomat haqqındakı səfsətələri də elə onun hər şeyə bu
küskün yanaşımından doğmuşdu. Həyatında baş vermiş bu ilk
itkiyə gənc başının verdiyi bir cavabmış demə bu, əks təpki
imiş demə! Dəhşətli ağrıya uğramış bədəndə bu ağrıya qarşı
bədənin bir müqaviməti, əks təpkisi kimi oyanmış keyləşməyə
bənzər bir halmış demə. Ağrının ilk dəhşəti ötüb keçincə bu
keyləşmə də zəyifləyir və sızladıcı bir göynək oyanıb qalxır
yerindən. Gərək ağrının şiddəti o qərəcədə ola duya bilə bədən
onu, ağrı hədsiz dərəcəyə çatanda bu oyanmış keyləşmə səbəbi
ilə bədən artıq duya bilməyəcək ağrını. İndi Sürəyyanı
itirməsindən doğmuş o ilkin dəhşət, ona qarşı ruhunda baş
qaldırmış o keyləşmə-o bədbinlik azarı ötüb keçəndən sonra,
içində sızıldayan bir Sürəyya göynəyi baş qaldırmışdı. Əvvəlki
normal ağlı da qayıtmışdı başına, yoldaşları, dostları ili
münasibətlərindəki o gülünc filosofluq ədası büsbütün silinib
getmişdi ondan.
Təkcə özünü tibb elminə həsr etmək haqqındakı qətiyyəti
azalmayıb əksinə daha da güclənmişdi. Aspirantura haqqında
düşünməyə başlamışdı. Bu düşüncə onu professorların böyür
başlarında həllənməyə, onların hər bir tapşırıqlarını bir qul kimi
can-
başla yerinə yetirməyə, onların gözündə "istedadlı bir
tələbə kimi özünü tanıtmağa səfərbər etmişdi". Artıq adlı
təqaüd alırdı. Elmi konfranslarda çıxış edir, tələbə elmi
cəmiyyətində ən fəal şəkildə işltirak edirdi.
Onda professorlara xoş gələn bir cəhət də bu idi: ixtisas
barədə onlara başqaları kimi tez-tez müraciət edib başlarını
aparmırdı. Ona təklif edilən boğaz-burun-qulaq həkimliyi
ixtisasını dərhal götürmüşdü. İnternatura barədə, hansı
xəstəxanada, hansı şəhərdə ordinatura keçəcəyi haqqında da
indidən söz-söhbət başlayıb heç kəsin əsəblərini korlamırdı.
Aıtıncı kursu qurtarıb Bakının ucqar rayonlarından birindəki
xəstəxanaya göndəriləndə də bir kəlmə söz çevirmədi. Buraya
173
heç
kim getmək istəmirdi. Əlbəttə onların öz mülahizələri
vardı. Orxan isə gedib görmüşdü: bura elmi işlə məşğul ola
bilmək üçün olduqca rahat, əlverişli bir yerdi. Həftəfə, ayda bir
yol gəlib professorların verdikləri tapşırıqlar üzrə elmi işlə
məşğul olur, təcrübələr aparır, məqalələr üçün materiallar
toplayırdı. Professorların özlərinə aid olan işlərin də texniki
cəhətlərini yerinə yetirir, onların işlərini yüngülləşdirərək həm
də bacarıqlı bir elmi işçi kimi onların gözündə yüksəlirdi.
Tələbə dostlarının artıq xeyir işləri-toy məclisləri
başlamışdı. İlk olaraq Elxanla Natella evləndilər. Onların
toyunda bütün Sahibov kompaniyası ən fəal şəkildə iştirak etdi.
Adillə Elxan hamının sürəkli alqışları altında qucaqlaşıb-
öpüşüb barışdılar. Sonra dostlar avtobus tutub rayonda təşkil
olunmuş toy məclisinə də yollandılar. Orxan hələ üstəlik
Natellanın məclisində də iştirak etdi. Samavardan çay töküb
paylayırdı.
Sonra Adillə Zərifənin Sahibovla Fəridənin, Zahidlə
İradənin toy məclisləri oldu. Daha çox təyinat mülahizələri ilə
belə bir birinin ardınca qurulurdu bu məclislər. Orxan isə Elmi
Şuradan aspiranturaya təqdimat əldə etməyə çalışırdı. Bu
barədə sıxılıb eləmədən bütün Elmi Şura üzvləri ilə danışıb
olların rəyini öyrənmişdi. Demək olar hamısı bir ağızdan ona
razıydılar. Lakin Orxan bilirdi ki, bu heç də hələ işin hamısı
demək deyildir. Qərar lap sonuncu gündə, Elmi Şura iclası
prosesində müəyyənləşib veriləcəkdi. Elmi Şuradan
aspiranturaya bu təqdimatı əldə etmək üçün oğulların-qızların
özlərində Orxan kimi səy olmayacaqsa da, atalarda, analarda
belə səy mütləq olacaqdı, oğluna-qızına bu təqdimatı ələ
gətirmək üçün onlar bütün mümkün imkanlardan, əlaqə və
münasibətlərdən tanışlıq-qohumluqlardan istifadə edəcəklərdi.
Belə olanda da itirilən yer məhz Orxanın yeri olacaqdı. Hər
halda ümumi rəyə o çox ümüdlər bəsləyirdi və bilirdi də bu
ümumi rəy indiyədək çox ataları, anaları məyus edibdir, elə
indinin özündə də məyus edə bilərdi.
|