Microsoft Word A7fac794. tmp doc



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə33/49
tarix31.12.2021
ölçüsü1,03 Mb.
#113067
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   49
ma&me hgmgtgau

2.12. Buzlaqların öyrənilməsi 
 
Qlyasioloji tədqiqatlar üçün (dağ  və örtük buzlaqların 
qalınlıqlarının ölçülməsi, buzaltı süxurların morfoloji və daxili 
quruluşlarının öyrənilməsi) elektrik və elektromaqnit 
zondlaması  (ŞEZ, TZ, BS, RDZ), seysmik kəşfiyyat (ƏDÜ, 
SDÜ) və qravikəşfiyyat kimi  geofiziki üsullar tətbiq edilir. 
ŞEZ, TZ və BS üsulları (induktiv oyatma ilə) nisbətən 
perspektivli olmağına baxmayaraq, həmçinin nadir hallarda 
tətbiq olunur. 
Seysmik kəşfiyyatın  ƏDÜ üsulunu qalın, SDÜ üsulunu 
isə azqalınlıqlı buz örtüklərinin tədqiqi zamanı istifadə edirlər. 
Seymsik üsullarla buzlaqların qalınlığını ölçərkən nisbi xəta 5 
faizdən az olmur. Qravikəşfiyyatı da buzlaqların qalınlığını 
ölçmək üçün istifadə edirlər, ancaq bu üsul dayaq seysmik və 
buruq quyularının məlumatlarını  tələb edir. Həmin üsulla 
buzlaqların dərinliyini təyin edərkən, nisbi xəta 15-20 faiz təşkil 
edir. 
Buzlaqların tədqiqinin aparıcı  və  ən dəqiq üsulu 
radiodalğa üsulunun hava və çöl variantlarıdır. 


 
 
 
 
Bu üsulun köməyi ilə buzlaqların dərinliyini, onlarda 
müxtəlif  əksetdirici sərhədlərin yatım dərinliyini, buzlaq-ların 
orta temperaturunu, bəzən onların hərəkət sürətini təyin edirlər. 
Bundan  əlavə, həmin üsulun vasitəsilə buzlaqlarda dəniz 
sularının infiltrasiya zonasını  və gizli hissələri aşkar edirlər. 
Buzlaqların qalınlığının təyininin yüksək dəqiqliyi (h=Vt/2, 
burada  V=300/
nis
ε
 (m/mks) buzda radiodalğaların yayılma 
sürəti; 
ε
nis
 – buzun nisbi dielektrik keçiriciliyi; t – əks olunan 
impulsların gecikmə vaxtıdır) buz üçün 
ε
nis
 
daimi qiymətinin 
3,1-3,5-ə bərabər olması ilə izah olunur. Buz kəşfiyyatı zamanı 
RDZ üsulu böyük dərinlikləri (4-5 km-ə  qədər) öyrənmək 
qabiliyyətinə malikdir. Bu da buzun yüksək müqavimətli olması 
və radiodalğaları az udması ilə izah olunur. RDZ üsulu ilə 
Antarktidada, Qrenlandiyada örtük buzların xeyli sahələri, 
Arktika buz günbəzləri və  əksər dağ buzlaqları  tədqiq 
edilmişdir. 
 

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin