metrdən
çox dərinlikli sahələrdə TP, DEMP, ESTÖ, ilkin bir
neçə yüz metrlikdə isə –EP, YP, həmçinin qravimaqnit
kəşfiyyatı və zondlama üsulları üstünlük təşkil edir.
Elektrik və
elektromaqnit profilləmənin dərinliyi qidalandırıcı və
qəbuledici xətlər arasındakı köçürülmənin dəyişməsi və istifadə
olunan elektrik sahəsinin tezliyi ilə idarə olunur.
Sistem və müşahidə şəbəkəsi miqyasdan, işin məqsədli
istiqamətləndirilməsindən, donuşluq – geofiziki və
geomorfoloji şəraitin xüsusiyyətlərindən asılıdır.
Kiçik və
ortamiqyaslı donuşluq – geofiziki planalma işlərini landşaft -
donuşluq planalması və aerokosmik şəkillərin deşifrələn-məsi
zamanı aşkar edilmiş xüsusi sahələrdə aparırlar. Irimiqyaslı və
dəqiq geofiziki planalmada landşaft – donuşluq planalması
zamanı ayrılmış sahələrin sərhədlərinə və relyef
elementlərinin
uzanmasının əksinə istiqamətlən-dirilmş profillərlə sahəvi
müşahidələr aparırlar. Aldığımız xəritənin müqyasında
profillərarası məsafə 1-2 sm, müşahidə addımları isə yer
səthində 1-10 m olur.
Geofiziki profilləmənin müxtəlif üsullarının qrafiklərinin
interpretasiyası keyfiyyətlidir və qrafiklərdə və xəritələrdə
anomaliyaların müşahidə olunmuş parametr-lərinin ayrılmasına
gətirib çıxarır (çox vaxt donmuş süxurları aşkar edən
maksimumlar, müxtəlif səviyyəli sahələr və s.)
Nəticələri təhlil edərkən donuşluq – geoloji
informasiyaya əsaslanmaq, bu və ya digər
geofiziki və donuşluq
parametrləri (buzluluq, litologiya və s.) arasında korrelyasiya
əlaqəsi aşkar etmək lazımdır.