şəraitində və yüksək müqavimətli səth süxurları olarsa, TZ,
BUS və xüsusilə RDZ üsullarının tətbiqi məqsədəuyğundur.
Seysmik kəşfiyyat işlərinin həm yayda, həm də qışda donuşluq
tədqiqatlarında
istifadəsinə baxmayaraq, elektrik kəşfiyyatına
nisbətən az tətbiq olunur. Bu da onunla izah olunur ki, həmin
üsulun texnikası və iş texnologiyası, o cümlədən, donuşluq
sahəsində seysmogeoloji şərait mürəkkəbdir.
Müşahidə sistemi və nöqtələrin sıxlığı təkcə miqyas-dan
deyil (tərtib olunan kəsilişin miqyasında
zondlama mərkəzləri
arasındakı məsafə 1 sm-dən 5 sm-ə qədər dəyişir), həm də
mikrorayonlaşdırmanın məlumatlarından və keçmişdə aparılan
donuşluq – geofiziki planalmaların nəticələrindən asılıdır.
Zondlama nöqtələri, aşkar edilmiş mikrorayonların
mərkəzi hissəsində yerləşdirilir, çünki burada horizontal qeyri –
bircinsliyin təhrifinin təsiri az gözlənilir.
Çoxillik donuşluq süxurları yayılmış rayonlarda alın-mış
zondlama əyrilərinin və seysmokəşfiyyat məlumatla-rının
interpretasiyası zamanı böyük çətinliklər
yan təhriflərilə
bağlıdır: yəni, laylarda xassələrin kəskin kontrastı (xüsusilə,
donmuş və donu açılmış süxurlarda elektrik müqaviməti );
çoxillik donuşluq süxur laylarının üst və alt hissələrində
dərinliyə getdikcə qradiyent xassəsinin dəyişkənliyi və digər
amillər. Ona görə də çoxillik donuşluq süxurlar olmayan
azmaili layların kəsilişlərinin zondlama məlumatları üçün tərtib
edilmiş interpretasiya üsulları lazımi
dərəcədə dəqiqliyi təmin
etmir, alınmış geoelektrik və seysmogeoloji kəsilişlər isə çox
vaxt yarımmiqdarı xarakter daşıyır. Zondlama məlumatlarının
62
nisbətən dəqiq izahı bütün geoloji – donuşluq haqqında
informasiyanı cəlb etməklə, bir çox geofiziki üsulların
kompleks tətbiqi ilə gözləmək olar. Donuşluq hadisələrinin və
proseslərinin dinamikasını ilin müxtəlif vaxtlarında, xüsusən
yay və qış mövsümlərinin sonunda geofiziki planalmaları təkrar
etmək yolu ilə öyrənirlər.
Dostları ilə paylaş: