50
tətbiqi yamaclarda yatan ana süxurların və sürüşmə yığımlarının
fiziki xüsusiyyətlərini araşdırmaqdan ibarətdir.
Hər şeydən əvvəl, bu onların
elektrik və seysmik
xüsusiyyətlərinə aiddir (cəd. 4).
Sürüşmə yamacının ən sadə fiziki – geoloji modeli iki
laylıdır: sürüşmə yağımları – ana süxurlar. Bu model, xüsusi-lə
yağmurlu mövsümdə sürüşmə kütləsində əlavə sərhəd-lərin
əmələ gəlməsi hesabına mürəkkəbləşir. Bu da süzülmə axımının
səthi və sürüşmə zonasını təşkil edən ana süxur-ların üst
hissəsinin öz xüsusiyyətinə görə dəyişməsi ilə əla-qədardır.
Sürüşmə yığımlarının xəritəsini elektrik və seysmik
profilləmə üsulları ilə tərtib edirlər (EP, TP, SDÜ). Sürüşmə
yamacı kəsilişinin dəqiq öyrənilməsini zondlama üsulları ilə
(ŞEZ, ŞEZ – LP, CDÜ), əlverişli şəraitdə isə penetrasion
karotajın köməyi ilə aparırlar. Sürüşmələrin sualtı davamını
(dənizdə, şirin sulu hövzələrdə) fasiləsiz
seysmik profilləmə
(FSP), ox elektrik zondlaması (FDOZ), həmçinin, adətən
birlikdə aparılan rezistivimetriya, təbii elektrik (TP) və istilik
planalmalarının köməyi ilə öyrənirlər.
Sürüşmələrin subasma şəraitinin öyrənilməsi onların
davamlılığının proqnozlaşdırılmasında həlledici əhəmiyyət kəsb
edir. Qrunt sularının
səviyyəsinin, sürüşmə kütləsinin nəmlik
dərəcəsinin təyini zamanı effektiv üsullar: SDÜ, ŞEZ, LP, TP
və sairdir. Müqavimətlər, TP potensialları və istilik xəritələri
axımın qiymətləndirilməsinə, sürüşmə deformasiyası gözlənilən
yerdə qrunt sularının boşalma sahələrının ayrılmasına
imkan
verir.
Sürüşmə yığımının vəziyyətinin və fiziki xüsusiyyətinin
zaman ərzində dəyişməsini öyrənmək üçün yer səthində
geofiziki rejim müşahidələrinin (SDÜ, ŞEZ, ŞEZ – LP, TP) və
quyularda nüvə üsullarının nəticələrindən istifadə edirlər. Bu
üsullar sürüşmə yamacının davamlığını təyin edən sürüşmə
kütləsinin gərginlik vəziyyətinin
və nəmliyinin dəyişməsi
haqqında informasıya verir.
Qravimetrik və maqnit müşahidələri geofiziki ölçülərlə
əlaqədə fəal sürüşmə deformasiyası zonalarını aşkar etməyə
imkan verir.
Şəkil 11. Drenləşən massivdə yüksək çatlı zona üzərində
profilləmə zamanı müqavimət qrafikləri: 1 – kiçik addımlar zamanı
(tədqiqatın kiçik dərinliklərində); 2 – böyük addımlar zamanı
(tədqiqatın böyük dərinliklərində); 3 – yeraltı su
səviyyəsi