Server, OS/2, Novel NetWare və s. kimi şəbəkə əməliyyat sistemləri
mərkəzləşdirilmiş idarəetmə prinsipi ilə işləyirlər.
Qeyri-mərkəzləşdirilmiş (birranqlı) şəbəkələrdə idarəetmə prosesi ardıcıl
olaraq bir işçi stansiyadan digərinə ötürülür. Bir işçi stansiyanın resursalrını digər
stansiyalarda istifadə edə bilərlər. Birranqlı şəbəkələrdə fayl-serverin
quraşdırılması tələb olunmur.
Lokal kompüter şəbəkələrinin proqram təminatını şərti olaraq sistem və
tətbiqi proqram təminatı vasitələrinə ayıra bilərik. Sistem proqram təminatı iki
əsas funksiyanı realizə edir: hər bir kompüterin resurslarının idarə edilməsi və
şəbəkədə birgə istifadə olunan resursların( şəbəkə printeri, skaneri ve s. ) idarə
edilməsi. Şəbəkənin tətbiqi proqram təminatına istifadəçinin tətbiqi proqram
paketləri daxildir.
Serverlərdə və işçi stansiyalarda quraşdırılmış mərkəzləşdirilmiş idarəetmə
ilə şəbəkə əməliyyat sistemlərinin proqramları iki əsas komponentdən ibarətdir:
serverin şəbəkə əməliyyat sistemi və işçi stansiyanın şəbəkə əməliyyat sistemi.
Server üçün bütün proqram kompleksləri MS BackOffice proqram
paketinə daxildir.
- Windows NT Server – şəbəkə əməliyyat sistemi;
- System Management Server – adminstrasiya şəbəkə sistemi;
- SQL Server - verilənlər bazasının idarəetmə sisteminin serveri;
- SNA Server-Xost – kompüterlərlə birləşmə serveri;
- Exchange Server – elektron poçt sisteminin serveri;
- İnternet İnformation Server – İnternetlə işləmə serveri.
|