Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİNİn akademiyasi



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə44/54
tarix06.01.2022
ölçüsü1,12 Mb.
#113705
1   ...   40   41   42   43   44   45   46   47   ...   54
Azf-307607

 
 


145 
4.Siyasi m
ədəniyyət 
 
Siyasi m
ədəniyyət terminindən  ilk dəfə  alman filosofu və 
maarifçisi İ.Herder (1744-1803) tərəfindən istifadə olunmuşur. XIX 
əsrin sonu-XX  əsrin  əvvəllərində  müxtəlif  siyasi hadisələrin 
t
əhlilində təhlil edilmişdir. Lakin siyasi mədəniyyət nəzəriyyəsi bu 
elmi  terminin  işlədilməsindən xeyli sonralar, XX əsrin 50-ci 
ill
ərinin  sonlarında  və  60-cı  illərin  əvvəllərində  irəli  sürülmüşdür. 
Bel
ə  ki, siyasi mədəniyyət  ideyası  vətəndaşların  və  təsisatların 
siyasi  davranışının  motivləşməsini dərindən tədqiq etməyə, xeyli 
münaqişələrin səbəblərini üzə  çıxarmağa  imkan  yaratdı.  Bunsuz 
siyas
ət üçün ənənəvi olan səbəbi  hakimiyyət və  resursların 
bölüşdürülməsi  uğrunda  mübarizəni izah etmək  mümkün  olmazdı. 
Siyasi m
ədəniyyət özünəaid nəzəriyyə  çərçivəsində  cəmiyyətin 
siyasi sistemi üz
ərində  yüksələn özünəməxsus mədəni-yaradıcı 
üstqurum kimi n
əzərdən keçirilir. O, siyasi aləmin keyfiyyət 
t
ərəfinin  açıqlamağa  imkan  yaradır.  Siyasi  mədəniyyət 
konsepsiyasının təşəkkülü prosesi, daha çox isə onun məzmununun 

əyyənləşdirilməsi məsələsi mübahisələr  doğurmuşdur.  Bu 
mübahis
ələrdə  iki  başlıca  nöqteyi-nəzər üzə  çıxmışdır.  Birinci 
baxışa  görə,  siyasi mədəniyyət siyasi mövqelərin məcmusudur. 
İkinci  baxışa  görə  isə  siyasi mədəniyyət  davranışla  əlaqələndirilir. 
Hazırkı  dövrdə  siyasi mədəniyyətin mahiyyəti və  məzmununa aid 
üç  başlıca  mövqe  vardır. Bir qrup alimlər onu siyasətin bütün 
subyektiv m
əzmunu ilə eyniləşdirir və mənəvi hadisələrin məcmusu 
kimi  qiym
ətləndirirlər  (Q.Almond, S.Verba, D.Duvayn və  b.). 
İkinci qrup alimlər isə onu normativ tələblərin təzahürü mənasında 
izah edirl
ər və ya insanın siyasətdəki davranışının nümunələri kimi 
açıqlayırlar  (C.Vayt,  C.Pleyno).  Üçüncü  qrupa  görə  isə  siyasi 
m
ədəniyyət  praktiki  davranışda  təcəssümünü tapan siyasi 
f
əaliyyətin üsulu, siyasi fəaliyyət tərzi kimi başa düşülür (İ.Şapiro, 
P.Şaron,  V.Rozenbaum).  Siyasi  mədəniyyətin belə  başa  düşülməsi 
insanın  dövlətlə  qarşılıqlı  fəaliyyətinin  praktiki  formalarını 


146 
açıqlayır.  Qeyd  edək ki, siyasi həyatın  konkret  təzahürü xeyli 
d
ərəcədə  cəmiyyətin siyasi mədəniyyətindən  asılıdır.Bu mühüm 
c
əhəti nəzərə almadan siyasi hadisələrin və proseslərin mahiyyətini 
düzgün başa düşmək və qiymətləndirmək mümkün deyildir. Siyasi 
m
ədəniyyət cəmiyyətin mənəvi mədəniyyətinin tərkib hissəsini 
t
əşkil  edir.  Daha  doğrusu,  insan tərəfindən  yaradılanların  hamısı 
(maddi v
ə  mənəvi sərvətlər) mədəniyyətin mahiyyətini və 
m
əzmununu səciyyələndirir. Bir sözlə,  mədəniyyət özündə  maddi 
v
ə  mənəvi dəyərləri,  insanların  istehsal  prosesini,  bu  prosesdə 
t
əşəkkül tapan münasibətləri, o cümlədən də  informasiyanın  və 
m
ədəni sərvətlərin verilməsini (ötürülməsini) təcəssüm etdirir. Eyni 
zamanda siyasi m
ədəniyyət müvafiq siyasi təsisatlarda və 
d
əyərlərdə  təzahür edərək  siyasət  sferasında  insanların  yaradıcı 
f
əaliyyəti kimi çıxış edir. Siyasi mədəniyyətdə xeyli nəsillərin siyasi 
h
əyatının  ümumiləşmiş  təcrübəsi təcəssüm olunur. O, siyasi 
f
əaliyyətin prinsiplərini və  normalarını,  xüsusilə  siyasi rəhbərliyi, 
mövcud siyasi t
əsisatları,  vətəndaşların  siyasi  şüursəviyyəsini, 
onların  siyasət  haqqında  əldə  etdikləri biliklərin dərəcəsini, siyasi 
sferada davranış üsulunu və s. səciyyələndirir. Hazırkı dövrdə siyasi 
m
ədəniyyət anlayışı cəmiyyətin həyati təzahürlərinin bütövlüyünün 
ifad
əsi olan fikirlərlə  daha çox zənginləşir.  Siyasi  mədəniyyət 
spesifik m
ənəvi hadisə  olmaqla, ümumi hakimiyyət  sferasında 
t
əzahür edir və  onun keyfiyyət bütövlüyünü səciyyələndirir. O, 
c
əmiyyətin siyasi sistemi ilə  qarşılıqlı  əlaqə  kəsb edir. O,  həm də 
siyasi sistemin f
əaliyyəti prosesində  siyasi münasibətərin 
xarakteristikası  kimi  başa  düşülməlidir. Onun neqativ və  pozitiv 
ünsürl
əri məhz mövcud siyasi sistemlə  şərtlənir. Siyasi 
m
ədəniyyətin məzmununa  yalnız  siyasi  sistemin  müdafiə 
olunmasına xidmət edən sərvətlər deyil, həm onun dəyişdirilməsinə 
t
əsir göstərən ünsürlər daxildir. O,  siyasi  davranış  vasitəsilə 
reallaşır,  dinamik  mahiyyət kəsb etməklə  bu və  ya digər formada 
varislik keyfiyy
ətlərini təcəssüm etdirir. Siyasi mədəniyyət siyasi 
h
əyatın  özünəməxsus  yarımsistemidir,  yəni  siyasi mədəniyyət 


147 
anlayışı  özündə  şüurun,  siyasətin və  mədəniyyətin  əlamtlərini 
birl
əşdirir. Onun  mahiyyətini və məzmununu dolğun başa düşmək 
üçün onun sturukturunun açıqlanması vacibdir. Siyasi mədəniyyətin 
sturukturunu t
əşkil  edən ünsürlər sosial-iqtisadi, milli-mədəni, 
ictimai-tarixi v
ə  digər uzunmüddətli amillərlə  şərtlənir. Onun 
sturukturuna eyni zamanda uzun müdd
ət  ərzində  formalaşan 
müxt
əlif  nəsillərin  ənənələri,  siyasi  praktikanın  fəaliyyətdə  olan 
normaları, 
müxtəlif ictimai-siyasi təsisatların 
qarşılıqlı 
münasib
ətləri haqqında ideyalar, konsepsiyalar və inamlar daxildir. 
Siyasi m
ədəniyyətin sturukturuna eləcə  də  mövcud siyasi 
sistem
ə münasibətdə insanların fəaliyyət yönümü, ayrı-ayrı fərdlər, 
c
əmiyyət və  dövlət  arasında  münasibətlərin prinsipləri daxildir. 
Eyni zamanda siyasi m
ədəniyyətin müxtəlif  daxili  sturukturları 
subyektin siyasi davranışının formalaşması texnologiyasını, konkret 
ölk
ənin siyasi mədəniyyətinin təşəkkül mərhələlərini, müxtəlif 
subyektl
ərin (elita, elektorat,  ayrıca  ölkələrin və  regionların 
sakinl
əri)  mövcudluğunu  ifadə  edir. Siyasiədəbiyyatda eyni 
zamanda siyasi m
ədəniyyətin sturukturu dövlət hakimiyyətinə 
münasib
ət və  siyasi hadisələri qiymətləndirmək səviyyəsində 
n
əzərdən keçirilir. Onun sturukturunu formalaşdıran  cəhətlər 
sırasında  ümumi  əhəmiyyət  daşıyan  siyasi  biliklər, siyasi təfəkkür 
t
ərzi, siyasi təfəkkür mədəniyyəti,  siyasi  davranış  və  fəaliyyət 
qabiliyy
əti, siyasi hisslər və emosiyalar əhəmiyyətli yer tutur. 
Siyasi m
ədəniyyət siyasi həyatda müəyyən konkret 
funksiyalar h
əyata  keçirir.  Onun  funksiyaları  siyasi  təfəkkürün 
formalaşmasında, sosial hadisə və prosesləri siyasi cəhətdən düzgün 
t
əhlil edib qiymətləndirməkdə  əhəmiyyətli  rol  oynayır.Siyasi 
m
ədəniyyətin  başlıca  funksiyalarına  eyniləşdirmə, oriyentasiya, 
idraki,  normativ,  proqramlaşdırma,  adaptasiya,  tənzimləyici, 
əlaqələndirmə,  inteqrasiya,  aksioloji,  sosiallaşma,  səfərbəredici, 
sosial t
əşkilatçılıq  və  s.  aiddir.  İctimai  inkişaf  gedişində  bu və  ya 
dig
ər ölkədə  siyasi mədəniyyətin müxtəlif tipləri  işlənib 
hazırlanmışdır.  Siyasi  mədəniyyətin tipləri,  hər  şeydən  əvvəl, 


148 
v
ətəndaşların  siyasi  davranış  tərzində  müəyyən dəyərləri və 
standartları  ifadə  edir. Onun tiplərinin təsnifatının  əsasını  ictimai-
tarixi, milli-m
ədəni, iqtisadi, mənəvi, dini və  başqa amillər təşkil 
edir. Müasir siyasi 
ədəbiyyatda siyasi mədəniyyətin tiplərinin 
t
əsnifatına ciddi maraq göstərilir. 
Siyasi m
ədəniyyətin  əhatə  dairəsinə  görə  daha  geniş,  böyük 
tipl
əri  bunlardır:  liberal-demokratik, avtoritar, totalitar. Siyasi 
m
ədəniyyətin  səciyyəvi cəhəti ondan ibarətdir ki, o, cəmiyyətin 
t
əbii-tarixi  inkişafının  məhsuludur,  kollektiv  siyasi  yaradıcılığın 
n
əticəsidir, siyasi təcrübənin sabit tərəfini möhkəmləndirir, total 
xarakter  daşıyır,  çünki  siyasi  münasibətlər siyasi mədəniyyətlə 
nüfuz 
edici  imkanlarını  artırır,  əhalinin  əsas kütləsinin siyasi 
şüurunu  və  siyasi  davranışını  səciyyələndirir.  İnsanın  davranış 
standartlarını,  mədəni sərvətləri və  dəyərli fəaliyyət yönümünü 
m
ənimsəməsi prosesi onun konkret siyasi sistemə  uyğunlaşmasına 
imkan  yaradan c
əhətlərin və  bacarığın  formalaşmasına  gətirib 
çıxarır. Belə olan təqdirdə insan müəyyən funksiyanı yerinəyetirir. 
Elmi 
ədəbiyyatda həmin  funksiya  siyasi  sosiallaşmaadlanır.  Bu 
termini siyasi elm
ə  ilk dəfə  Q.Haymengətirmişdir.  Onun  “Siyasi 
sosiall
aşma”  əsərində  bu məsələyə  toxunulmuşdur.  Bu  proses  XX 
əsrin 20ci-illərindən başlanmışdır. Siyasi sosiallaşma mürəkkəb və 
ziddiyy
ətli  proses  olduğu  üçün  elmdə  o,  müxtəllif səpkidə  şərh 
edilir. L.Koen, L.Lipton, T.Parsons, K.Luman, A.Qelen, E.Erikson, 
E.Fro
mm,  D.İston  və  başqaları  öz  elmi  yaradıcılıqlarında  siyasi 
sosiallaşmaya  aid  fikirlər söyləmişlər. Qeyd edək ki, siyasi 
m
ədəniyyət kontekstində təşəkkül tapan siyasi sosiallaşma məsələsi 
nisbi müst
əqillik kəsb edən nəzəri-praktiki problemdir. Siyasi 
sosial
laşma  cəmiyyət tərəfindən və  mədəni  ənənələrdə, dəyərlərdə 
v
ə siyasi davranış normalarında cəmləşən siyasi və sosial təcrübənin 
şəxsiyyət tərəfindən mənimsənilməsi prosesidir. Siyasi sistemin 
inkişafı nəticəsində bu və ya digərsiyasi mədəniyyət tipi dəyişir və 
ya möhk
əmlənir.  Eyni  zamanda  siyasi  sosiallaşma  prosesində  üç 
başlıca məsələ həll edilir:  


149 
-  c
əmiyyətin yeni üzvlərinə  onun siyasi mədəniyyətinin və 
şüurunun başlıca elementlərinin bəxş edilməsi; 
-  siyasi f
əaliyyət və  yaradıcılıq  naminə  fərdin zəruri  siyasi 
t
əcrübə əldə etməsi üçün əlverişli şəraitin yaradılması; 
-  d
əyişikliyin zəruri şərti kimi siyasi mədəniyyətin müvafiq 
elementl
ərinin yeni şəklə salınması. 
Qeyd ed
ək  ki,  siyasi  sosiallaşma  ikitərəfli prosesdir:  onun 
gedişində  bir tərəfdən  şəxsiyyətin  mövcud hakimiyyət sisteminə, 
dig
ər tərəfdən isə  hakimiyyətin öz vətəndaşlarının  ehtiyac  və 
t
ələblərinə  uyğunlaşması  təmin olunur. Elə  bu səbəbdən də  onu 
hakimiyy
ət təsisatları  ilə  vətəndaşlar  arasında  qarşılıqlı  inamın 
yaranması və saxlanılması kimi səciyyələndirmək olar. Fasiləsizliyi 
il
ə  fərqlənən bu proses təcrübənin  açıq  və  ya gizli formada 
ötürülm
əsi ilə səciyyələnir. 
Siyasi 
ədəbiyyatda  siyasi  sosiallaşmanın  üç  başlıca 
m
ərhələsimüəyyənləşdirilir. Birinci mərhələ uşaqlıq yaşı ilə bağlıdır 
v
ə  adətən üç-beş  yaşdan  başlanır.  Onun  əsasını  gerçəkliyin 
irrasional d
ərk olunması təşkil edir. Fərdin siyasi sosiallaşmasına ilk 
t
əsir göstərən  başlıca  təsisat ailədir. Siyasətə  dair ilk təsəvvürlər 
ail
ədə, kütləvi informasiya vasitələrindən və  yaxın  əhatə 
dair
əsindən  əldə  olunur.  İkinci  fəal fəaliyyət mərhələsi siyasi 
müst
əqil  marağın  mövcudluğu,  müəyyən siyasi ölçünün seçimi və 
q
əbul  olunması,  davranışın  rasional  sübut  edilən  əsasları  ilə 

əyyənləşir.  Üçüncü mərhələsiyasi  sosiallaşmanın  əvvəlki 
m
ərhələsinin xarakteristikasının inkişafı ilə bağlıdır. Eyni zamanda 
burada  şəxsiyyətin  siyasi  oriyentasiyasında  əldə  edilən həyat 
t
əcrübəsi və siyasi təcrübə daha böyük rol oynayır. Qeyd edək ki, 
siyasi  sosiallaşmanın  təsisatlarına  diqqət yetirilməsi çox vacibdir. 
Siyasi 
ədəbiyyatda həmin təsisatlar  şəxsiyyətin siyasətə  cəlb 
olunması  “vasitəsi ” kimi müəyyənləşdirilir,  eləcə  də  sosiallaşma 
agentl
əri adlandırılır. Onun təsisatlarına və ya agentlərinə ailə, təhsil 
sistemi, ictimai v
ə  siyasi təsisatlar (təşkilatlar),  kilsə, məscid, 
kütl
əvi informasiya vasitələri və ayrıca hadisələr (məsələn, inqilab, 


150 
repressiyalar, aclıq və s.) aid edilir. Bu sosiallaşma vasitələri insanın 
inam v
ə  etiqadlar sisteminə  həlledici  təsir göstərir. Siyasi 
sosiallaşmanın  bütün  mərhələlərindəkütləvi informasiya vasitələri 
x
üsusi  rol  oynayır.  KİV-lər  vətəndaşların  siyasi  mövqeyinə  böyük 
t
əsir  imkanlarına  malikdir;  elektron informasiya vasitələrini də 
buraya aid etm
ək olar. Bu prosesdə  siyasi  görüşləri həyati 
reallıqlarla  əlaqələndirməyə  imkan yaradan praktiki siyasi təcrübə 
xüsusi  roloynayır.  Siyasi  sosiallaşmada  siyasi  oriyentasiya  sabit 
xarakter k
əsb edir, möhkəm inama və  həyati məqsədlərə  çevrilir. 
Qeyd olunduğu kimi hər hansı bir cəmiyyətdə kütləvi informasiya 
vasit
ələrinin  məqsədi vətəndaşları  məlumatlandırma  yolu  ilə 
maarifl
əndirməkdir. Demokratik cəmiyyətdə  bu vəzifə  xüsusi 
əhəmiyyət kəsb edir, çünki ağıllı qərar qəbul etmək üçün insanların 
düzgün obyektiv informasiyası olmalıdır. Demokratik ölkələrdə çap 
m
əmulatı,  televiziya  və  radio  proqramları  əhəmiyyətli dərəcədə 
c
əmiyyətin real surətdə mövcud olan və ya gözlənilən tələblərini və 
maraqlarını  əks  etdirir.  Qeyd  olunduğu  kimi  totalitar  rejimdə 
m
ətbuatın  bütün  materialları  siyasi-ideoloji elita tərəfindən 

əyyənləşdirilir.  Totalitarizm  şəraitində  siyasi təbliğat  planlı, 
m
ərkəzləşdirilmiş  və  dövlət tərəfindən senzura vasitəsilə  nəzarət 
edil
ən xarakter daşıyır. 
Siyasi t
əbliğatın  köməyi ilə  insanların  şüuruna  sistematik 
olaraq h
əmin ölkənin siyasi rəhbərliyinin həmin konkret anda lazım 
bildiyi  görüşlər və  dəyərlər yeridilir. Məsələn,  keçmiş  SSRİ-dəki 
t
əbliğat  sistemindən  danışarkən qeyd etmək  lazımdır  ki,  rəsmi 
t
ərbiyə  və  təhsil sistemi bütünlükdə  bu təbliğat  sisteminin 
ixtiyarında idi. 
Totalitarizmd
ən fərqli olaraq demokratik cəmiyyətdə müxtəlif 
nöqteyi-n
əzərlər, mövqelər və  baxışlar  mövcuddur.  Bu  müxtəliflik 
c
əmiyyətdə  tarazlığı  pozmur.  Əksinə,  başqalarının  mövqeyini 
bilm
ək  imkanı,  azad  mədəni ideya rəqabəti  islahatların  optimal 
kursunu seçm
əyə imkan yaradır. 


151 
Bel
əliklə,  demokratik cəmiyyətdə  kütləvi informasiya 
vasit
ələri hökumətin  və  hakimiyyətin digər sistemlərinin 
f
əaliyyətinə  nəzarət etməlidirlər. Müstəqillik və  obyektivlik 
standartlarına  əsaslanan kütləvi informasiya vasitələri, çox da 
mük
əmməl olmasa da, hakimiyyət strukturlarının  bəyanatları 
arxasında gizlənmiş həqiqəti aşkara çıxara bilirlər. Onların köməyi 
il
ə  rəsmi  şəxslərin öz fəaliyyətləri  haqqında  hesabat  vermələrinə 
nail olmaq olar. 
Hazırkı  şəraitdə  texniki  inkişafın  bugünkü 
s
əviyyəsi imkan verir ki, məlumat verməklə  yanaşı,  ictimai  rəyin 
formalaşmasına  əvvəllərə  nisbətən daha sərbəst surətdə  təsir 
göst
ərilsin. Ona görə  də  müasir dünyada kütləvi informasiya 
vasit
ələrini qanunverici hakimiyyət, icra və  məhkəmə 
hakimiyy
ətləri ilə yanaşı, dördüncü hakimiyyət adlandırırlar. 
 
 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin