Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİNİn akademiyasi



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə45/54
tarix06.01.2022
ölçüsü1,12 Mb.
#113705
1   ...   41   42   43   44   45   46   47   48   ...   54
Azf-307607

 
 


152 
VI BÖLMƏ  
Siyasi münaqişələr və konsensus. Vətəndaş cəmiyyəti 
 
1. Siyasi münaqişələr və konsensus 
 
Dünyanın  müxtəlif ictimai-siyasi  quruluşa  malik  olan  bütün 
c
əmiyyətlərində  münaqişələr  mövcud  olmuşdur.Qeyd  edək ki, 
münaqişə və əməkdaşlıq ictimai inkişaf prosesində həmişə qarşılıqlı 
əlaqə  kəsb  etmişdir.  Münaqişə  latınca  konfliktus  sözündən  əmələ 
g
əlmiş  və  toqquşma  mənasını  ifadə  edir.  Münaqişə  məqsədləri 
uyğun  gəlməyən, öz məqsədlərini həyata keçirmək naminə  bir-
birin
ə qarşı mübarizə aparan iki və daha çox tərəfin toqquşmasıdır. 
Bel
ə ki, münaqişə iştirakçıları öz məqsədlərinin uyğun gəlmədiyini 
birm
ənalı  deyil,  müxtəlif cür dərk edirlər. Qeyd edək ki, siyasi 
münaqişənin  təbiəti barədə  siyasi elmdə  müxtəlif  maraqlı 
fikirl
ərmövcud  olmuş  və  bu gün də  müəyyən mübahisələrə 
s
əbəbolsa belə, siyasətin münaqişəli mahiyyətə malikolması barədə 
ideya elmd
ə  XIX  əsrdə  öz ifadəsini  tapmışdır.  Onun  mahiyyətini 
başa  düşmək  baxımdan  “münaqişə”  anlayışının  məzmununun 

əyyənləşdirilməsinə  iki istiqamətdə  münasibət  bildirilmişdir. 
A.Tokvil, Q.Zimmel, K.Bouldinq, L.Kozer v
ə  digər görkəmli 
aliml
ərə  görə,  münaqişə  siyasətin  başlıca  mənbəyidir. 
E.Dyurkheym, M.Veber, C.Dyui v
ə  başqa  alimlərə  görə  isə 
siyas
ətin mahiyyətini  anlamaq  üçün  münaqişə  ikinci dərəcəli 
əhəmiyyətə malikdir. Bu tədqiqatçılar münaqişələrin çoxunu siyasi 
prosesl
ərin  anomaliyası  (qeyri-adiliyi),  siyasətin özünü isə  “sosial 
h
əmrəyliyin” müdafiəsi kimi qiymətləndirmişlər. E.Dyurkheym və 
C.Dyui öz elmi 
əsərlərində  bu fikri daha çox əsaslandırmağa 
çalışmışlar. 
Cəmiyyətə 
münaqişələrin və 
əməkdaşlığın, 
konsensusun v
ə  mübarizənin  mövcudluğuna  hətta hakimiyyət 
t
əsisatlarının  özü  müxtəlif səviyyədə  və  dərəcədə  təsir göstərir. 
Münaqişələr siyasi birliklər  arasında  və  ya  onların  daxilində 
t
əşəkkül  tapır  və  müxtəlif formalarda təzahür edir.  Münaqişələrin 


153 
m
ənbəyi  ictimai  qrupların  mənafelərinin müxtəlifliyi ilə  şərtlənir. 
Siyasi birlikl
ər daxilində münaqişələr, hər şeydən əvvəl, siyasi elita 
il
ə cəmiyyətin digər hissəsi arasındakı ziddiyyət kimi meydanaçıxa 
bil
ər. Belə vəziyyətlərdə cəmiyyətin geniş əhali kütləsi siyasi elitanı 
çoxluğun  marağının  ifadəsi kimi yox, ilk növbədə  azlığın 
m
ənafeyinin təmsilçisi  baxımdan  qiymətləndirir.Yəni siyasi həyat 
ən müxtəlif  şəkildə-açıq  və  gizli, dinc və  zorakı  xarakter  daşıyan 
münaqişələrin, ziddiyyətlərin təsiri  altında  inkişaf  edir. 
Münaqişənin subyektinə  aşağdakılar  daxildir:  fərdlər, kiçik və 
böyük qruplar, qeyri-r
əsmi əsasda yaranan və rəsmi cəhətdən təşkil 
olunmuş sosial birliklər, iqtisadi və siyasi xarakterli məhdud ictimai 
t
əşkilatlar, siyasiləşdirilmiş sosial hərəkatlar və s. 
Münaqişə  insanların  fəaliyyətində  müxtəlif obyektiv və 
subyektiv meyill
ərin  toqquşması,  nəzəriyyələrin,  ideyaların,  mək-
t
əblərin mübarizəsi, fəaliyyətin müəyyən  sferalarında  hökmranlıq 
uğrunda qarşıdurma nəticəsində əmələ gəlir. 
Münaqişələr  aqonist(barışan)  və  antaqonist  (barışmaz) 
hiss
ələrə bölünür. Aqonist münaqişələrin həllində yol verilən səhv-
l
ər nəticə etbarilə həmin münaqişələrin xroniki formaya keçməsinə 
imkan  yaradır  və  hətta  antaqonist  münaqişəyə  çevrilməsinə  səbəb 
olur. Eyni zamanda münaqişə vəziyyətində olan tərəflərin qarşılıqlı 
sur
ətdə  güzəştə  getməsi ilk növbədə  antaqonist  münaqişələrin 
k
əskinliyini  aradan  qaldırır, sonra isə  güzəşt  taktikasının  daha  da 
inkişaf  etdirilməsi həmin  münaqişənin aqonist xarakter kəsb 
etm
əsinə  gətirib  çıxarir.  İdeoloji,  siyasi,  əxlaqi təzyiq cəhdi kimi 
münaqişənin təqlid olunması halları da yarana bilir. 
F
ərdlərin, kiçik qrupların qarşıdurmasında onların mənafeləri, 
h
ərəkətləri  toqquşur.  Böyük  qrupların  qarşıdurmasında  münaqişə 
ictimai 
əhval-ruhiyyənin və ictimai rəyin toqquşması ilə müşahidə 
olunur ki, bu da f
ərdlərin və kiçik qrupların münaqişəli davranışında 
n
əzərə  çarpır.  Qeyd  edək  ki,  münaqişə  üfüqi  və  şaquliistiqamətdə 
baş verə bilər. Üfüqi istiqamət sosial və siyasi sturukturun daxilində 
yaranan  münaqişəni,  şaquli  istiqamət isə  rəhbər sturukturlarla 


154 
tabelikd
ə  olanlar, nəzarətedici  orqanlarla  onların  tabeliyində  olan 
f
ərdlər, qruplarla təşkilatlar  və  liderlə  idarə  edilənlər  arasındakı 
münaqişəni  əks etdirir. Eyni zamanda  münaqişə  cəmiyyətin sosial 
v
ə  siyasi sturukturunda səviyyəsi,  miqyası  və  kəskinliyi ilə 
f
ərqlənir. Siyasi ədəbiyyatda daha əhəmiyyətli  münaqişə  o hesab 
olunur ki, eyni vaxtda sosial v
ə  siyasi sturukturun bütün 
s
əviyyələrini  əhatə  edir və  münaqişə  iştirakçılarının  hamısına 
toxunur.  Daxili  münaqişələr cəmiyyətdə  sabitliyin pozulma-  sına 
g
ətirib  çıxarırsa,  beynəlxalq  münaqişələr müharibələrlə  nəticələnə 
bil
ər, bu isə böyük dağıntılara, maddivə mənəvi sərvətlərin məhvinə 
s
əbəb olur. Qeyd edək ki, münaqişəli tərəflər arasındakı ziddiyyətlər 
k
əskinləşdikdə onlar zorakılıq vasitələrinə də əl ata bilərlər. Eləcə 
d
əmünaqişə  fərdlərin və  qrupların  davranışının  əsasını  təşkil  edir, 
hakimiyy
ət  sturukturlarının  dəyişməsini və  siyasi proseslərin 
inkişafını  şərtləndirir.  O, həmdə  siyasi subyektlərin  qarşılıqlı 
f
əaliyyətini  reallaşdıran,  bütün  siyasi  proseslərin səmərəliliyinə 
əlverişli  təsir göstərən sosial hadisədir.  Əgər cəmiyyətin bütün 
üzvl
əri  arasındakı  daimi  konsensus  bərqərar  olsaydı,  onda  ictimai 
inkişaf dayanardı. Bunu münaqişələr tarixivə müasir münaqişələrin 
mahiyy
əti bir daha təsdiqləyir.  Münaqişələrin digər aspektləri ilə 
müqayis
ədə  siyasi  münaqişə  daha  geniş,  əhatəli və  çoxcəhətli 
anlayışdır.  Siyasi  münaqişə  müxtəlif qüvvələrin irimiqyaslı 
toqquşmalarını, məsələn,  inqilabları  və  əksinqilablarımüxtəlif 
dövl
ətlər arasındakı qarşıdurmanı, müharibələri, partizan hərəkatını, 
bir sözl
ə, münaqişəli tərəflərin bütün münasibətlər sferasını ehtiva 
edir. Siyasi münaqişənin ictimai inkişaf, sosial idarəetmə və ictimai 
münasib
ətlərin ahəngdarlığı baxımdan əhəmiy- yətinin öyrənilməsi 
v
əzifəsi siyasi biliyin yeni müstəqil sahəsi kimi 
“konfliktologiyanın” yaranmasına səbəb olmuşdur. 
Konfliktologiya bir sıra elmlərin, ilk növbədə isə sosiologiya, 
politologiya v
ə siyasi psixologiyanın qovuşuğunda yaranmışdır. 
Müasir konfliktologiyanın ən mühüm problemi münaqişələrin 
z
əruriliyini  proqnozlaşdırmaq  və  onların  neqativ nəticələrini 


155 
azaltmaq yollarını müəyyənləşdirməkdən ibarətdir. Bu elm sahəsinə 
dair t
ədqiqatlar sırasında R. Darendorjun və L. Kozerin elmi işləri 
xüsusil
ə  diqqəti cəlb edir. Qeyd edək  ki,  münaqişələr dinamikliyə 
malikdirl
ər. Onlar münaqişəli şəraitdən yaranır. Tədqiqatçılar siyasi 
münaqişələrin mənbəyini əsasən iki başlıca amillə- qeyri-sosial və 
sosial amill
ə əlaqələndirirlər. Siyasi münaqişələrin başlıca səbəbləri 
sırasında  müəyyən sosial dəyərlərin  çatışmazlığı  da  özünəməxsus 
rol  oynayır.  Lakin  həmin səbəblərdən  ən önəmlisi hakimiyyət, 
maddi ehtiyyatlar v
ə ictimai nüfuzdur. 
C
əmiyyətdəki müxtəlif sosial qrupların  və  fərdlərin can 
atdıqları  müəyyən dəyərlərin  çatışmaması  siyasi  münaqişələrin 
m
ənbələrindən biridir. Son illər bəzi nəzəriyyəçilər belə bir qənaətə 
g
əlirlər ki,  siyasi  münaqişələrin təbiəti  insanların  təlabatından 
doğur.  Siyasi  elmə  zəruri  təlabat  kimi  daxil olan bukonsepsiyaya 
gör
ə,  münaqişələr  məhz  adamların  təlabatının  kifayət qədər təmin 
edilm
əməsi nəticəsində  yaranır.Siyasi  münaqişələrin digər 
m
ənbələrindən biri isə vətəndaşların müəyyən sosial, etnik, dini və 
sair birlikl
ərə mənsub olduğunu dərk etmələri ilə əlaqədardır. Onun 
t
əsnifatında  beynəlxalq xarakterli və  siyasətdaxili  münaqişələrə 
xüsusi 
əhəmiyyət verilir. Beynəlxalq münaqişələr dövlətlər arasında 
meydana çıxan ziddiyyətlərin kəskinləşməsindən doğur. Qeyd edək 
ki, Az
ərbaycanın  ayrılmaz  hissəsi  olan  Dağlıq  Qarabağla  əlaqədar 
Erm
ənistanın  ölkəmizə  ərazi  iddiaları  Azərbaycanla Ermənistan 
arasında  ziddiyyətlərin dərinləşməsinə, sosial böhran vəziyyətini 
yaranmasına gətirib çıxardı və nəticədə respublikamız Ermənistanın 
silahlı təcavüzünə məruz qaldı. Siyasətdaxili münaqişələrə xas olan 
ziddiyy
ətlər isə  hakimiyyətin müxtəlif subyektləri  arasındakı 
qarşılıqlı  fəaliyyəti  açıqlayır  və  siyasi proseslərin xarakterini əks 
etdirir. Hakim elita il
ə  müxalifətdə  olan elita və  mərkəzi 
hakimiyy
ətlə  yerli hakimiyyət  arasında  qarşılıqlı  fəaliyyət, qruplar 
v
ə  fərdlər  arasındakı  mübahisələr  məhz siyasətdaxili  münaqişələr 
vasit
əsilə üzə çıxır. Bəşəriyyətin ən yeni siyasi tarixi təsdiqləyir ki, 
siyasi kompromis yolu il
ə qarşılıqlı nəzarət sisteminin yaradılması 


156 
vasit
ələri  ilə  nəinki daxili, həmçinin  irimiqyaslı  beynəlxalq siyasi 
münaqişələri həll etmək mümkündür, yəni  siyasi  münaqişələri 
konsensusa nail olmaq yolu il
ə həll etmək olar. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin