əsas mexanizmlərin quruluş və iş prinsipləri eynidir. Bütün mexanizmlər,
79
Avtomobillərdə aparan sistemin müxtəlif tipləri tətbiq olunur. Aparan sistem avtomobilin
tipini və tərtibat sxemini müəyyən edir. Avtomobillər tipindən asılı olaraq çərçivəli və çərçivəsiz olur.
Çərçivəli avtomobillərdə aparan sistem çərçivə və ya kuzovla birlikdə çərçivədir (inteqrasiya olunmuş).
Çərçivəsiz avtomobillərdə aparan sistemin funksiyasını kuzov yerinə yetirir və aparan kuzov adlanır.
Aparan sistem çərçivəli, çərçivəsiz və kuzovlu olur. Çərçivə avtomobilin kuzovunun bütün
aqreqatlarının və mexanizmlərinin bərkidilməsi, quraşdırılması üçün əsas elementdir. Bütün yük
avtomobillərinin, yüksək sinif minik avtomobillərinin və bəzi avtobusların çərçivəsi olur. Çərçivəsiz
avtomobillərə kiçik və orta sinif minik avtomobilləri, avtobuslar aiddir. Belə avtomobillərdə aparan
kuzov olur ki, bu da avtomobillərin çəkisini azaldır, hündürlüyünü xeyli azaldır. Aparan kuzovların
sərtliyini, möhkəmliyini artırmaq üçün çərçivə altılar bərkidilir. İnteqrasiya olunmuş çərçivələr- çərçivə
ilə kuzov bütöv qaynaq olur və pikap, yolsuzluq avtomobillərində istifadə olunur. Ancaq onu təmir
etmək çətin olduğundan istismarı azalır.
Dostları ilə paylaş: