Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə106/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   102   103   104   105   106   107   108   109   ...   162
Elektron diw

Eksfoliativ  xeylit  -  dodağın  qırmızı  haşiyəsinin  xroniki  xəstəliyidir  və  yalnız  dodaq 
zədələnir.  Tədqiqatçılar  etioloji  faktorlar  kimi  müəyyən  rolu  neyrogen  reaksiyalara 
verir. Əksər xəstələrdə narahatlıq- depressiv sindrom müəyyən olunur. Eyni zamanda 
xəstəlik ailəvi xarakter daşıyır. Bu da genetik səbəbin olmasından informasiya verir. 
Eksfoliativ xeylit çox vaxt qalxanvari vəzinin funksiyasının pozulması nəticəsində də 
müşahidə  olunur.  bu  xəstəliyə  əksər  hallarda  əsasən  20-40,  bəzən  yuxarı  yaşda 
qadınlar tutulur.  
Eksfoliativ  xeylitin  klinik  əlamətlərinə  görə,  ekssudativ  və  quru  forması  olur. 
Ekssudativ  formada dodağın  qırmızı haşiyəsində  sarı-boz  və  ya  sarı-qəhvəyi  rəngdə 
qabıqlar təyin edilir. Qabıqlar qoparıldıqdan sonra yerində qırmızı, al-qırmızı rəngdə 


hamar,  bir  qədər  nəmli  haşiyə  təzahür  edir.  Heç  vaxt  eroziyalar  əmələ  gəlmir.  Bu 
xüsiyyət  eksfoliativ  xeylit  üçün  xarakterikdir  və  bununla  da  başqa  xeylitlərdən 
fərqlənir. Xəstələrin şikayəti dodaqlarda yanğı və arıdan olur, xüsusən qida qəbulunda 
dodaqlar bir-birinə yapışır, eyni zamanda belə xəstələrin ağızı daimi olaraq bir balaca 
açıq qalır.  
Eksfoliativ  xeylitin  quru  forması da  ekssudativ  forma  kimi  yalnız  qırmızı  haşiyəsinin 
zədələnməsi  ilə  xarakterizə  olunur.  dəri  heç  vaxt  zədələnmir.  Qartmaqlar  boz-sarı 
rəngdə  olur,  dodağın  kənarları  bir  qədər  hündürə  qalxmış,  ortası  isə  çox  sərt  olur. 
Xəstələr yanğı hissyyatından, dodaqların qeyri-estetik görünüşündən şikayətlənirlər.  
Eksfoliativ  xeyliti  başqa  xeylitlərdən  fərqləndirmək  lazımdır.  Atopik  xeylit  zamanı 
prosesə  dodaqyanı  və  dodaqların  sərhədində  yerləşən  dəri  də  qoşulur.  İntensiv 
gicişmə  xasdır  və  bu  da  lihennizasiya  (sağalma)  prosesinin  təzahürüdür.  Ekssudativ 
formanı atipik xeylitin ekssudativ forması ilə diferensiasiya edirlər. Dodaqlada ödem 
və  iltihabi  prosesi  müşahidə  olunur.  bu  patologiyanın  inkişafının  səbəbləri  tam 
öyrənilməyib. Eyni zamanda bir çox tədqiqatlara əsaslanaraq bu xeylit mikrotravmalar 
və  günəş  şüalarının  təsirindən  əmələ  gəlir.  Aşağı  dodaqda  tünd-qırmızı  eritema 
təzahür  edir.  Mərkəzində  parıldayan  «laklanmış»  səth  görünür.  Bəzən  dodaqda 
qabıqlar təyin olunur və onların altında eroziya və şişəbənzər yumşaq konsistensiyalı 
törəmə aşkarlanır. Diaqnozu yalnız kliniki mənzərəyə görə təyin etmək çətindir. Lakin 
histioloji  müayinə  düzgün  cavab  verir.  Diferensial  diaqnoz  qırmızı  qurdeşənəyi, 
çoxformalı ekssudativ eritema ilə aparılır. Bu xəstəlik xroniki gedişata malikdir, uzun 
müddət  davam  edir.  Remissiyalar  olur  və  müalicəsiz  sağalmır.  Bəzən  bəd  xassəli 
proseslərə çevrilir. Histoloji müayinə-akantoz, spongioz, epitelin para-hiperkeratozu 
və dərmanın ödemini göstərir.  
Eksfoliativ  xeylitin  quru  formasının  müalicəsi-  kompleks  olmalıdır  və  ekssudativin 
müalicəsindən  fərqlənməlidir.  Quru  formanın  müalicəsi  əsasən  psixoemosional 
sferaya yönəlməlidir. Bu məqsədlə xəstəyə trankvilizatorlar təyin edilir. Bəzi hallarda 
hətta  antidepressantlardan  da  istifadə  olunur.  yerli  olaraq  quru  formada  gigiyenik 
dodaq boyası, indifferent kremlər tətbiq edilir.  
Eksfoliativ  xeylitin  ekssudativ  formasının  kompleks  terapiyasında  Bukki  şüalarından 
istifadə  edilir.  Qabıqlar  götürülməzdən  əvvəl,  qırmızı  haşiyə  2%-li  bor  turşusu  ilə 
yumşaldır. Bundan başqa refleksoterapiya təyini məqsədəuyğundur.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin