Atrofik qlossit- dilin üzərində diffuz atrofiya ilə xarakterizə olunur. R.J.Drinkin
tədqiqatlarına əsaslanaraq atrofik qlossit A və E hipovitaminozu nəticəsində yaranır,
digər müəlliflərə görə, atrofik qlossit neyrotrofik təsirlərlə əlaqəlidir.
Dilin xroniki xəstəlikləri və anomaliyaları
«Coğrafi dil» termini 1831-ci ildə Rauer tərəfindən vrilmişdir. 1851-ci ildə Müller bu
vəziyyəti dilin xroniki qabıqlanması kimi təyin etmişdir. 1954-cü ildən bu günə qədər
bu xəstəlik «coğrafi dil» adlanır. Xəstəliyin etiologiyası axıra qədər öyrənilməmişdir.
Ona görə də bir neçə faktorlarla rastlaşmaq olur: nevropatiyalar, vaqotoniya,
ekssudativ diatez. Mədə-bağırsaq traktının patologiyası, dərman preparatlarının təsiri
və s. Daha inandırıcı genezdə infeksion-parazitar və virus nəzəriyyəsinə xüsusi yer
ayrılır. «Coğrafi dil» in əmələ gəlməsində E.M.Qofunq, İ.Q.Lukomski, B.M.Paşkov dilin
üzərində trofiki innervasiyasının pozğunluğunu göstərirlər. Bu da sapvari
məməciklərin deskvamasiyasını əmələ gətirir. «Coğrafi» qlossit-dilin selikli qişasının
üst və yan tərəflərində 2-3 mm ağ-boz ləkə şəklində təzahür edir. Ərp hüceyrələrin
deskvamasiyasından əmələ gəlir və təmizlənəndən sonra yerində al-qırmızı rəngdə
sahə qalır; 1-2,5 sm hamar, parlaq eroziyaların üzərində sapvari məməciklər olmur,
göbələyəbənzər məməciklər al-qırmızı rəngdə nöqtəvari şəkildə dilin üzərində
qabarır. 2-3 gündən sonra ləkələrin üzəri epitellə örtülür və qırmızı rəngini itirir.
Ocağın ətrafında ləkə buynuz və müxtəlif fiqurlar şəklində təzahür edir. Belə ləkələr
bir neçə gün ərzində qala bilər, və ya digər hallarda bir neçə saat ərzində yerini dəyişə
bilər, xoraya çevrilmir və ləkələr birləşəndə coğrafi xəritənin quruluşunu xatırladır.
Xəstədə da hissiyatı itmir, ağrı olmur.
Diferensial diaqnostika –ikincili residivləşən sifilislə, leykoplakiya ilə, kandidozmikozla,
QİDS infeksiyasında tüklü leykoplakiya ilə aparılır.