Sərbəst radikal oksidləşmə xromosomların zəifləməsinin universal mexanizmi hesab
edilir. Bir çox kanserogenlər öz təsirlərini bu mexanizmi fəallaşdırmaqla həyata
keçirirlər.
Bir sıra irsi sindromlar və xəstəliklər (Reklunqauzen xəstəliyi, piqmentli kseroderma,
Qardner sindromu, Maffurçi sindromu və s.) şişlərin inkişafında genetik meyilliyin
olmasını təsdiqləyirlər. Bu xəstəliklərin baş verməsi orqanizmin şişə qarşı rezistent
mexanizmin pozulması genetik defektlə əsaslandırılır.
Üz-çənə nahiyəsinin şişləri və şişəbənzər törəmələri kliniki gedişatına, morfoloji
quruluşuna və histogenezinə görə çox müxtəlif çeşidlidir. Bunların içində bir sıra şişlər
var ki, onlar bədənin başqa nahiyələrində də rast gəlirlər. Elə törəmələr də vardır ki,
onlar ciddi, spesifik olaraq yalnız üz nahiyəsində müşahidə olunurlar. Bu baş və
boyunun mürəkkəb anatomik quruluşu və histoarxitektonikası ilə xarakterizə olunur.
Burada üç embrional reşeym təbəqə törəməsi-müxtəlif növlü toxumalar təsvir
olunurlar, hansılar ki, şişin inkişaf mənbəyi ola bilərlər. Bunlardan əlavə, üz-çənə
nahiyəsi ekzogen mənşəli kanserogenlərin təsirinə çox məruz qalır və ona görə də bu
nahiyədə onkoloji xəstəliklərin rast gəlməsi yüksəkdir.
Üzün, boyunun küllü miqdarda cürbəcür şişlərinin və şişəbənzər törəmələrinin dəqiq
təsnifatını vermək və sistemə salmaq çox qəlizdir . böyük miqdarda təsnifatlar təklif
olunubdur, amma bu gün şişlərin yeganə təsnifatı yoxdur.
Dostları ilə paylaş: