Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə142/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   138   139   140   141   142   143   144   145   ...   162
Elektron diw

Beynəlxalq histoloji təsnifata görə şişlər aşağıdakı formalara ayrılırlar: nahiyəyə görə; 
histogenez  üzrə;  kliniki  şəkilin  xüsusiyyətinə  görə.  Histogenezə  görə  (yəni  hansı 
toxuma növündən şiş baş verir) ayırd olunur: epitelial şişlər, yumşaq toxuma şişləri, 
sümük və qığırdaq toxumasını şişləri, limfa və qanyaradıcı toxuma şişləri, qarışıq genez 
şişləri, şişəbənzər törəmələr.  
Kliniki  mənzərənin  xüsusiyyətlərinə  görə  şişlər  xoşxassəli  və  bədxassəli  formalara 
bölünürlər.  
Üz-çənə  nahiyəsinin  şişlərinin  kliniki  diaqnostikası  xeyli  mürəkkəbdir,  vaxtında 
diaqnozun  qoyulması  və  müalicəsi  çətin  və  aktual  məsələlərdən  biridir.  Xoşxassəli, 
bədxassəli  şişlərin,  şişəbənzər  törəmələrin  və  qeyri-şiş  təbiətli  xəstəliklərin  çox 
müxtəlifliyi diaqnoztikada yüksək faiz səhvliyə gətirib çıxardır.  
Baxmayaraq  ki,  üz-çənə  nahiyəsi,  ağız  boşluğu  xəstə  tərəfindən,  onu  əhatə  edən 
şəxslər tərəfindən hər dəqiqə gözəçarpandır, amma hər hansı bir törəmə ilə xəstələr 
həkimə vaxtında müraciət etmirlər. Bir qrup adamlar bu törəməni ciddi bir xəstəlik 
kimi qəbul etmirlər, düşünürlər ki, öz-özünə keçib gedər. Digər xəstələr həkimə gec 
müraciət etməsini onkoloji xəstəliklərdən qorxması ilə əsaslandırırlar ki, birdən bəd 
xassəli  şiş  olar.  Artıq  xəstə  həkimə  həkimə  müraciət  edərkən  və  müayinə  zamanı, 
həkimin davranışına, baxışına, danışığına elə həyəcanla fikir verir ki, görəsən bu saat 
o nə deyəcək. Ona görə bu qrup xəstələrlə həkim deontoloji nöqteyi-nəzərcə diqqətli 
olmalıdır.  
Həkimin xəstə ilə hər hansı bir ehtiyatsız danışığı xoşagəlməz hal yarada bilər. Digər 
tərəfdən  də  xəstə  öz  xəstəliyi  haqqında,  onun  müalicəsinin,  təxmini  nəticəsi  və 
ağırlaşması barədə tam məlumat almalıdır.  


Onkoloji  xəstələrin  müayinəsi  kliniki,  laborator  və  müasir  əlavə  aparatlarla  aparılır. 
Müayinənin  ilkin  mərhələsində  həkim  xəstənin  şikayətinə,  xəstəliyin  anamnezinə 
diqqətlə  yanaşmalıdır.  Həkim  şişlə  bağlı  hər  bir  xəstənin  fərdi  olaraq  şikayətlərini, 
xəstəliyin  anamnezini  diqqətlə  toplamalıdır.  Məqsədəuyğun  köməkçi  suallarla 
xəstədə  aparılan  sorğu-sual  onun  şikayətlərini  ardıcıl  olaraq  izah  etməyə  və  kliniki 
diaqnozu təyin etməyə imkan verir.  
Xoşxassəli şişlə və şişəbənzər törəmə və xəstələrin şikayətləri ilk növbədə şişin olması 
və  onunla  bağlı  baş  verən  bir  çox  dəyişikliklərdir:  xəstələrdə  üzün  asimmetriyası, 
orqanın  deformasiyası,  funksional  pozğunluqlar  (ağızın  çətin  açılması,  çeynəmənin, 
udqunmanın,  nitqin  pozulması,  nəfəsalmanın  çətinləşməsi,  göz  almasının  yerini 
dəyişməsi, üst və alt dodağın keyləşməsi və s.) ola bilər.  
Törəmə  nahiyəsində ağrının  forması  mühüm diaqnostik  rol  oynayır.  Ağrının  növləri 
(kəskin,  küt,  qısamüddətli,  uzun,  sızıltılı,  sancan  və  s.)  patoloji  prosesin  mahiyyəti 
haqqında  açıqlıq  yarada  bilər.  Xoşxassəli  şişlər  zamanı  adətən  ağrı  olmur,  ağrı 
bədxassəli şişlərə, iltihabi proseslərə məxsusdur.  
Xəstəliyin  anemnezini  yığan  zaman  törəmənin  nə  vaxt  baş  verdiyini,  xəstə  şişin 
yaranmasını nə ilə əlaqələndirir, ilk əlamətləri nə olub, sonralar inkişaf etmə tempi 
necə  keçib,  əvvəllər  aparılan  müalicənin  nəticəsi  və  s.  nəzərə  alınmalıdır.  Şiş 
anadangəlmə və qazanılmış olması dəqiqləşdirilməlidir.  
Boyun  və  üz-çənə  nahiyəsi  şişlərinin  diaqnostikası  həkimdən  müəyyən  təcrübə  və 
dərin bilik tələb edir. Xəstənin kliniki müayinəsi hərtərəfli aparılması çox vacibdir. Yerli 
statusu yoxlayan zaman şişin ölçüsünə, formasına, onu örtən dərinin, selikli qişanın 
rənginə,  konsistensiyasına,  konturlarının  dəqiq  olub-olmamasına,  hərəhətli  ya 
hərəkətsiz olmasına, ağrının qeyd edilib-edilməməsinə diqqətlə fikir vermək lazımdır. 
Bir  sıra  şişlərə  müəyyən  nahiyələrdə  (boyunun  mərkəzi,  yan  kistası,  ağız  suyu  vəzi 
şişləri, çənə bucağında ameloblastoma) daha çox rast gəlinir.  
Onkoloji xəstələrin əlavə müayinə üsulları müasir dövrdə bir çox yollarla aparılır. Üz 
skeleti  sümüklərinin  şişləri  zamanı  rentgenoloji,  ortopantotomoqrafik  müayinələri 
vacib  diaqnostik  məlumat  almağa  imkan  verir.  rentgenoloji  müayinə  iki  və  çox 
proyeksiyalarda  (yan  və  ön)  aparılır,  bununla  yanaşı  ağızdaxili  və  ağızdankənar 
qaydada yerinə yetirilir. Ağızdankənar çox işlənən üsuldur, yalnız alveol çıxıntısında 
kiçik həcmli şişlərdə ağızdaxili R-müayinə istifadə olunur.  
Rentgenoqrammanın  keyfiyyətli  olması,  sümük  toxumasında  patoloji  prosesi  dəqiq 
araşdırmağa imkan verir, bunun üçün düzgün proyeksiya,plenkanın işlənilməsi vacib 
şərtdir. Çənələrdə müxtəlif mənşəli şişlər zamanı rentgenoloji olaraq bir çox şişlərə 
məxsus sümükdə eyni patoloji dəyişiklik müşahidə oluna bilər. Osteogen şişlərin və 
şişəbənzər törəmələrin bir qismində sümükdə qalınıaşma sümük çoxluğu ayırd edilir, 
digər halda patoloji proses nahiyəsində sümük azlığı boşluq defekt müşahidə edilir.  
Odontogen mənşəli bir qrup şişlərdə kistoz nölü törəmələrdə (radikulyar, folikulyar, 
keratokista, ameloblastoma) rentgenoloji müayinədə sümükdə müxtəlif formalarda 
boşluq-defekt  aşkar  olunur.  eləcə  də  əngdə  və  çənədə  qeyri-odontogen  və  qeyri 
osteogen  törəmələrdə  müxtəlif  formalı  patoloji  ocaqlar  görünür.  Bütün  bu patoloji 


dəyişiklikləri  bir-birindən  differensasiya  etməkdə  rentgenoqrammanı  düzgün  təhlil 
etmək diaqnostikada böyük rol oynayır, əlbətdə, kliniki məlumatları nəzərə alaraq.  
Yumşaq  və  sümük  toxumalarının  qat-qat  müayinəsi-  kompüter  tomoqrafiya  (KT) 
yüksək  həlledici  üsuldur  və  dəqiq  olaraq  zədələnmiş  ocağın  yerləşdiyi  nahiyəni, 
sərhədlərini,  ölçülərini  göstərir.  KT  müayinəsini  aparmağa  göstərişlər  əsas  üzün, 
boyunun  dərin  qatlarında  (qanad-damaq  və  gicgahaltı  çuxur,  udlaqətrafı)  yerləşən 
şişlərdir.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin