Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat


Üz-çənə nahiyəsinin xoş xassəli törəmələri



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə140/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   136   137   138   139   140   141   142   143   ...   162
Elektron diw

13. Üz-çənə nahiyəsinin xoş xassəli törəmələri. 
Üz-çənə və boyun nahiyələrinin yumşaq toxumalarının xoşxassəli şişləri 
 
Üz və boyun nahiyəsinin şişlərinin etiologiyasının, patogenezinin öyrənilməsi, onların 
differensial  diaqnostikasının  aparılması, müalicə  növlərinin  təkmilləşdirilməsi,  eləcə 
də profilaktikası təbabətdə əsas problemlərdən biri olaraq qalır. İldən-ilə ədəbiyyat 
məlumatlarında, gündəlik təcrübədə şişlərlə müraciət edən xəstələrin artması, kliniki 
simptomların müəyyən dərəcədə qəliz formada büruzə vermələri qeyd edilir.  
Şişlərin  baş  verməsi  haqqında  bir  çox  fikirlər  irəli  sürülür,  ancaq  hansı  mexanizm 
əsasında bədəndə şiş hüceyrəsinin yaranması məsələsi hələlik öz həllini tapmayıb.  
Artıq məlumdur ki, həyata gələn hər bir şəxsin orqanizmində şişin inkişafı üçün gen 
vardır. Gündəlik həyatda bu genin fəaliyyətinə bir çox ekzogen və endogen faktorlar 
təsir edərək şişin yaranmasına təkan verə bilər.  
Üz-çənə və boyun nahiyələrində şişlərin təzahürü müxtəlif cür olur. Xoşxassəli şişlərin 
çoxu uşaqlarda embrional ruşeymin inkişafının pozulması  əsasında baş verir. Dölün 
embrional  inkişafının  ilk  mərhələsində  müxtəlif  faktorların  təsiri  altında  bu  cür 
hüceyrələrin inkişafı dayanır ya da törəmə çoxluğu əmələ gəlir. Bu hüceyrələr embrion 


toxumaların differensiasiyasında sonlar iştirak etmirlər və toxuma üçün özgə tərkibli 
qeyri-qarışıq  tistopiya  olur.  Uşağın  doğulduğu  vaxta  bu  hüceyrələr  öz  embrional 
xüsusiyyətlərini saxlamaqla tez böyüməsi üçün yüksək potensial imkanlara malikdir. 
Ola bilər uzun müddət, hətta ömür boyu onlar gizli vəziyyətdə qalsınlar ya doğulan 
vaxtdan və yaxud bir neçə ildən sonra tez bölünməyə başlasınlar.  
Şişlərin və şişəbənzər törəmələrin kiçik yaşlarda (2-5 yaş) çox rast gəlinməsi prosesin 
dizontogenetik  təbiətli  olduğunu  sübüt  edir.  Şişlərin  inkişaf  etməsində  yaşın  böyük 
rolu vardır, uşaqlarda müəyyən şişlərin 12-16 yaşda baş verməsi endokrin sistemin bu 
dövrdə intensiv fəaliyyəti ilə bağlıdır.  
Xoşxassəli  şişlər  uşaq  yaşlarında  çox  tez  böyüyürlər.  Üzün  hər  hansı  bir  yerində 
yerləşən  kiçik  hemangioma  qısa  müddət  ərzində  böyüyərək  bir  neçə  nahiyəni 
zədələyə  bilər.  Eynilə  də  çənədə  yerləşən  xoşxassəli  törəmə  az  bir  vaxtda  sümüyü 
dağıdıb ətrafa yayıla bilər. Bununla bağlı olaraq bu xəstəliyin müayinəsi, diaqnostik 
tədbirlər tez aparılmalı və diaqnoz təstiq olunduqdan sonra təxirə salınmada cərrahi 
əməliyyat aparılmalıdır. Əlbəttə, uşağın somatik vəziyyətini nəzərə almaq şərtilə.  
Üz-çənə nahiyəsinin şişlərinin bu cür təsnifatı təklif edilir:  
1. Üz və boyun nahiyəsinin yumşaq toxumalarının və ağız boşluğu orqanlarının şişləri.  
2. Üz skleti sümüklərinin şişləri və şişəbənzər törəmələri.  
 
Ağız suyu vəzilərinin şişləri.  
Şışlərin baş verməsi haqqında fikirlər çoxdur və onların hər biri müəyyən  
faktorlar əsasında özünə bəhrə qazandırıblar. Qıcıqlandırcı nəzəriyyə (R.Virxov, 1863) 
nöqteyi-nəzərcə  uzun  müddət  xroniki  (mexaniki,  kimyəvi,  termiki)  qıcıqlanma 
nəticəsində şişin yaranmasına əsaslanır.  
Embrional  nəzəriyyə  (C.Conhheim,  1882)  infeksion-virusgenetik  nəzəriyyə.  Hal-
hazırda yüzdən çox onkogen virus qeyd olunur. Həmin virus hüceyrəyə daxil olaraq 
pataloji dəyişiklik törədir. Şişlərin əmələ gəlməsində bir çox kanserogen maddələrin 
rolu böyükdür və onlar konserogenlər kimyəvi, fiziki, bioloji xüsusiyyət daşıyırlar.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin