Dodağin xərçəngi Bədxassəli şişlər arasında dodaqların xərçənginə 1,6-3,0% halda rast gəlinir. Şiş 95%
alt dodaqda, 5% üst dodaqda yerləşir, ən çox kişilərdə 40-60 arası yaş dövründə
müşahidə olunur. Alt və üst dodaqlarda şişin baş verməsinin bu dərəcədə fərqli
olması bir daha qıcıqlandırıcı faktorların rolunun böyük olduğunu təsdiqləyir.
Xəstələrin anamnezində 90-95% xərçəngönü patoloji proseslər aşkar olunur. bunun
əsasında qeyd etmək lazımdır ki, dodağın xərçənginin profilaktikası ilk növbədə
xəstələrin özündən və həkimlərdən asılıdır.
Obliqat formalı xərçəngönü xəstəliklər yəni, bədxassəli formaya keçməyə yüksək
ehtimalı olanlardan məhdud hiperkeratoz, Manqanoti xeyliti, xərçəngönü ziyildir.
Fakultətiv xüsusiyyət daşıyan yəni, bədxassəli şişə keçmək ehtimalı az olan
xərçəngönü xəstəliklərə aiddirlər: keratokantoma, dərinin buynuzlaşması, papilloma,
qurddeşənəyinin xora və hiperkerotik forması.
Xərçəngönü xəstəliklərin vaxtında aşkar edilməsi və ilk mərhələdə onların düzgün
müalicəsi bədxassəli şişin qarşısını almaqda böyük rol oynayır. Adətən
xərçəngönü xəstəliklər aylarla, bəzən hətta illərlə davam edir və bu ərəfədə
bədxassəli şişə keçə bilər.
Dodağın xərçəngi kliniki şəklinə görə ekzofit, xora və infiltrativxora formalarında
olurlar. İlkin mərhələdə dodaqda yumru. Ağrılı qalınlaşma müşahidə olunur, sonra
kənarları mütəkkəyəoxşar sərtliklə xora baş verir. Ekzofit xərçəngdə ziyiləbənzər
xırda qabarcıqlar yaranır. Proses ola bilsin ağız bucağından ya dodağın ortasından
başlayıb, xora formada ətrafa yayılsın.
Xəstəlyin ilkin mərhləsində xərçəngi xərçəngönü proseslərlə differensiyasiya etmək,
artıq xora və infiltrativ-xora formaları olduqda siflitik proseslə, vərəmlə müqayisə
etmək lazımdır.
Müasir dövrdə effektli müalicə üsulu şişin I-II mərhələsində şüa terapiyasıdır, kiçik
0,5-1 sm ölçüdə olan şişin cərrahi yolla kəsilib götürülməsi də yaxşı nəticə verir.
Yayılmış formada operasiyaönü şüa müalicəsi, sonra Bruns, Diffenbax, Bloxin
üsullarının biri ilə cərrahi əməliyyat aparılır.