Bir sözlə, periferiyada işləyən həkim-stomatoloqun bədxassəli
şişlərin
profilaktikasında rolu çox böyükdür.
Bu tip xəstəliyin diaqnozunu təsdiqləmək üçün sitoloji metod və rentgenoloji
müayinə üsullarından istifadə olunur. Bu zaman MRT, KT, biokimyəvi və s. üsullardan
istifadə olunur. Sitoloji müayinədə atipik hüceyrələrin tapılması diaqnozu təsdiqləyir.
Xərçəngönü xəstəliklər iki qrupa bölünürlər: Fakultətiv və obliqat Fakultətib x.önü
xəstəliklər-bəzən bədxassəli şişlərə çevrilirlər. Leykoplagiya, papiloma,
keratoakontoma, dodağın xronik çatı və s. obliqat x.önü xəstəliklər – bütün hallarda
xərçəngə çevrilirlər. Dodağın qırmızı haşiyəsinin ziyilvari prosesi, Bonem xəstəliyi,
Manqanotti xeyliti, qırmızı haşiyənin hiperkeratozu və s. Sarkoma bədxassəli şişdir,
birləşdirici toxumadan yaranır. Çənənin xərçəngi osteogen mənşəli şişdir. Bədxassəli
şişin xarakterik əlaməti tez böyüməsi, sərt olması və hüceyrə atipizmidir.
Dostları ilə paylaş: