Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə161/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   154   155   156   157   158   159   160   161   162
Elektron diw

Dilin xərçəngi 
Dilin xərçəngi ağız boşluğu orqanları arasında ən çox rast gələn şişdir. Proses dilin 
kənarlarında, ucunda, üzərində müşahidə olunur. Xərçəng dilin yan səthində, azı 
dişlər səviyyəsində daha çox baş verir.  
Dilin xərçənginin ilkin başlancığında sərt konsistensiyalı infiltrat yaranır. Çox hallarda 
bu nahiyəyə travma verən faktor-diş, protez kənarı müşahidə olunur. Yaranmış 
infiltrat açılır, xora baş verir.  
Dilin xərçəngi yayılma dərəcəsin görə dörd mərhələyə bölünür. Birinci mərhələdə - 
şiş ya xora məhdud, 1 sm-ə qədər həcmdə olur, regionar limfa düyünlərdə metastaz 
yoxdur. İkinci mərhələ - artıq şiş, ya xora 2 sm-ə qədər böyüklükdədir, dilin yarısını 
əhatə edir. Çənəaltı nahiyədə tək-tək metastaz ayırd edilir.  
Üçüncü mərhələ - şiş orta xəttdən kənara. Ağız dibi nahiyəyə keçir, dilin hərəkəti 
məhdudlaşır, çoxlu miqdarda regionar metastaz təyin olunur. Dördüncü mərhələdə- 
dilin böyük hissəsi şişlə zədələnir, yaxın yumşaq toxumaya yayılır, hərəkətli, çoxlu 
regionar metastaz qeyd olunur.  
Dilin xərçənginin differensial diaqnostikası xəstəliyin ilkin mərhələsində xeyli çətinlik 
yaradır, 60-70% hallarda səhvliyə yol verilir. Əfsuslar olsun ki, anamnezi araşdıran 
zaman belə hallar aşkar olunub. Anamnezdə müəyyən edilir ki, xəstədə dilin sol yan 


kənarında 4-5 ay bundan öncə xora yaranıb və həmin müddət ərzində ambulator 
stomatoloji karta əsasında məlum olub ki, xəstə bu ərəfədə sağ aşağı 1-ci böyük azı 
dişin kəskin pulpiti və kəskin periodontiti ilə həkim stomatoloqun bir neçə dəfə 
qəbulunda olub. Nə xəstə o şiş barədə həkimə deməyib, nə də həkim ağız boşluğu 
orqanlarına, o cümlədən dilin kənarına, o dişdən əks tərəfə diqqət yetirməyib.  
Dilin xərçəngi çox tez böyüyür, limfa düyünlərə keçir. Ona görə diaqnozun xəstəliyin 
başlanğıc mərhələsində düzgün qoyulmaması qısa müddətdə şişin geniş yayılmasına 
gətirib çıxarır. Artıq metastaz baş verir.  
Dilin ön hissəsində şiş olan zaman metastaz ilk növbədə çənəaltı limfa düyünlərdə, 
dilin arxasında olarsa, boyunun dərin limfa düyünlərində müşahidə olunur. dilin 
xərçəngini qummoz, vərəm, travmatik xoralarla, aktinomikotik zədələnmə ilə 
müqayisə etmək lazımdır.  
Sitoloji, histoloji müayinələrlə diaqnoz dəqiqləşdirilir.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin