Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat


Ağiz boşluğu selikli qişasinin xərçəngi



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə160/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   154   155   156   157   158   159   160   161   162
Elektron diw

Ağiz boşluğu selikli qişasinin xərçəngi 


Bədxassəli şişlər ağız bşluğunun selikli qişasında-yanaqda, reromolyar nahiyədə, 
dəhlizdə, dilaltı nahiyədə, alveol çıxıntısında, sərt və yumşaq damaqda yerləşirlər.  
Ağız boşluğunun selikli qişasının xərçəngönü xəstəlikləri obliqat və fakultətiv 
xarakter daşıyaraq aşağıdakılar ola bilərlər.  
Obliqat formaya aiddirlər: Bouen xəstəliyi, ziyil və düyünlü xərçəngönü proses, 
məhdud hiperkeratoz. Fakultətiv xərçəngönü xəstəliklər: leykoplakiya, papilloma, 
keratokantoma və s.  
Ağız boşluğu selikli qişanın xərçəngi kliniki formasına görə müxtəlif birincili 
əlamətlərə (infiltrat, xora, ağrılar) malikdir. İlkin başlanğıcda məməciyə oxşar 
qalınlaşma müşahidə olunur və sonra kənarlar mütəkkəyəoxşar xora yaranır.  
Ağız boşluğu selikli qişanın xərçəngi ölçüsünə, yayılma dərəcəsinə və limfa 
düyünlərin zədələnməsinə görə 4 mərhələyə bölünür.  
Birinci mərhələdə infiltrat ya xora 2 sm-ə qədər həcmdə olur, proses bir nahiyədə 
yerləşir, limfa düyünlərdə metastaz qeyd olunmur. İkinci mərhələdə şiş bir az 
böyümüş, selikli qişanın alt qatına yayılmış olur, limfa düyünlərdə tək-tək metastaz 
ayırd edilir. Üçüncü mərhələdə proses dərin qata və qonşu nahiyəyə yayılır, limfa 
düyünlərdə çoxlu miqdarda metastaz müşahidə olunur. Dördüncü mərhələdə ağız 
boşluğunun bir neçə nahiyəsinin, dərin qatların, limfa düyünlərin hər iki tərəfdən 
zədələnməsi aşkar olunur.  
Ağız boşluğu selikli qişasının xərçənginin differensial diaqnostikası ilk növbədə 
xərçəngönü xəstəliklərlə, xoşxassəli şişlərlə aparılmalı, patohistoloji müayinə 
əsasında diaqnoz təsdiq olunmalıdır.  
Ağız boşluğunun selikli qişasının xərçənginin müalicəsi kompleks metodla 
operasiyaönü şüa terapiyası, cərrahi üsulla şişin çıxarılması, regionar metaztaz 
zamanı boyun toxumalarının çıxarılması əməliyyatı aparılır.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin