Cərrahi stomatologiya və üz-çənə cərrahiyyəsində çox faiz əməliyyatlar yerli
keyləşdirmə altında aparılır. Əsas məqsəd ondan ibarətdir ki, operasiya olunan
nahiyədə periferik sinirlə verilən impulsu blokada etmək. Aparılan yerli
ağrısızlaşdırmanın, ələxüsusda naqili anesteziyanın keyfiyyəti keyləşdirmə üsulunu
hansı səviyyədə yerinə yetirməkdən asılıdır.
Yerli keyləşdirmələr göstəriş əsasında istifadə olunmaqları ilə inyeksion və qeyri-
inyeksion növlərə bölünürlər.
İnyeksion anesteziyalara infiltrasion, naqili, sümükdaxili formalar aiddir.
Qeyri-inyeksion anesteziya zamanı anestetik dərmanlar, mexaniki, fiziki, kimyəvi
yolla toxumaya səthi yeridilir.
Aplikasion anesteziyadan istifadə etmək məhdud xarekter daşıyır, ona görə ki, bu
üsulla dərin keyləşdirirci təsirə nail olmaq mümkün deyil. Bu növ ağrısızlaşdırma
inyeksion anesteziyadan qabaq iynə yerini, ağız boşluğunun selikli qişasında səthi
manipulyasiya aparan zaman, haymorotomiya əməliyyatında burunun selikli qişasını
keyləşdirmək üçün, çənə sınıqlarının ortopedik- konservativ müalicəsi zamanı şina
qoyarkən diş ətini üçün keyləşdirmək üçün istifadə olunur. Səthi anesteziyaüçün bir
sıra dərmanlar istifadə olunur: dikain (0,25-0,5% məhlul), sovkain (0,05-0,2 məhlul),
piromekain (2% məhlul, 5% məlhəm, 5% metilurasillə məlhəm), trimekain (4-10%
məhlul), lidokain (2-10% məhlul, aerozol). Dikain və sovkain toksiki olduqları üçün
son vaxtlar istifadə olunmurlar.