Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat


Əng sinirinin mərkəzi naqili anesteziya



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə41/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   37   38   39   40   41   42   43   44   ...   162
Elektron diw

Əng sinirinin mərkəzi naqili anesteziya. Bu anesteziya qanad-damaq çuxurunda 
aparılır. Qanad-damaq çuxuru əng sümüyünün distal hissəsi ilə əsas sümüyün 
qanadvari çıxıntısı arasında yerləşir. Bu çuxur qanadaoxşar formaya malikdir-enli 
hissəsi ilə kəllə əsasına baxır, ensiz-aşağı istiqamətdə qanad-damaq kanalına keçir.  
Almacıq qövsüaltı üsul: bu yolla anesteziya aparmaq üçün traqo-orbital xətt 
oriyentir hesab edilir. Bu xəttin ortasında almacıq qövsündən aşağı iynə dəriyə 
perpendikulyar yeridilir və əsas sümüyün qanadvari çıxıntısının xarici lövhəsinə 
toxunana qədər irəlilədilir. İynənin sümüyə qədər yeridildiyi dərinlik qeyd 
olunmalıdır. Onun üçün iynəni vurmamışdan qabaq ona steril əlcəkdən rezin taxılır. 
İynə sümüyə dirəndikdə rezin iynənin üstündə dəriyə qədər gətirilir, sonra iynə bir az 
geri çəkilir və ön tərəfə 15

bucaq altında qeyd olunan məsafə qədər yenidən 
toxumaya yeridilir. Bu zaman iynə qanad-damaq çuxuruna düşür və oraya 2-4 ml 
anestetik məhlul vurulur.  
Mərkəzi naqilianesteziyanı almacıq qövsüüstü tuberal, çənənin alt kənarı ilə, göz 
yuvasının aşağı-xarici divarı ilə, böyük damaq kanalı yolu ilə aparmaq nisbətən 
çətindir və müəyyən ağrılaşmalara səbəb ola bilər.  
Göz yuvası divarı ilə anesteziyanı aparan zaman, göz alması, mağaralı cibin damarı, 
siniri zədələnə bilər.  
Bu yuxarıda göstərilən üsulların içində böyük damaq kanalı sadə və rahatdır. Bəzən 
palatinal anesteziyanı aparan zaman iynə kanala düşəndən sonra mərkəzi naqili 
anesteziya məqsədi ilə iynə irəlilədilərək qanad-damaq çuxuruna qədər gedə bilər. 
Bu usulun çatışmayan cəhəti damarın və sinirin zədələnməsidir.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin