Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə62/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   58   59   60   61   62   63   64   65   ...   162
Elektron diw

Etiotrop müalicə dedikdə xəstəliyin yaranmasına, inkişafına və residivləşən səbəb 
ola biləcək faktorların aradan qaldırılması başa düşülür. Kariyes xəstəliyinin 
yaranması bir çox faktorlar iştirak etdiyindən, onun patogenezində iştirak edən 
bütün faktorları nəzarətdə saxlamaq mümkün deyildir. Bu mənada tibbin imkanları 
daxilində olan bir sıra faktorlara təsir etməklə kariyesin baş verməməsi 
istiqamətində müəyyən nəticələr almaq mümkündür.  
Simptomatik müalicə - kariyesi yaradan səbəblərin aradan qaldırılması deyil, 
mövcud kariyes boşluğunun plomblanma yolu ilə aradan qaldırılması başa düşülür. 
Bu, həm də kariyesin yerli müalicəsi kimi başa düşülür. Kliniki olaraq əksər hallarda 
kariyesin simptomatik müalicəsi daha üstünlük təşkil edir. Bu müalicənin nəticəsi 
yerindəcə görünür və xəstənin şikayəti aradan götürülür. Bu müalicə növü də 
təklikdə deyil, digər müalicə üsulları ilə, o cümlədən profilaktik tədbirlər, gigiyenik 
maarifləndirmə, yanaşı gedən xəstəliklərin müalicəsi kimi tədbirlərlə 
uzaqlaşdırıldıqda daha etibarlı nəticələr alınır.  
Bir sözlə, kariyesin müalicəsi yalnız bir müalicə üsulu ilə deyil, kompleks şəkildə 
aparılmalıdır.  
▪ Kariyesin profilaktika və müalicə tədbirlərini həyata keçirərkən daha rasional 
nəticələr almaq üçün plan edilərkən, kariyesin əmələ gəlməsi və inkişafına meyl 
yaradan bir sıra faktorların öyrənilməsi və nəzərə alınması vacib hesab edilir. Həm də 
bu faktorlar çox fərdi olub, müalicə və profilaktikanın taktikasını təyin edirlər:  
 
➢ Ekoloji faktorlar (orqanizmə daxil olan flüorun və digər mikroelementlərin 
miqdarı; radiasiya ilə çirklənmiş zonalarda yaşamaq və ya işləmək, qənnadı istehsalı 
sahələrində və kimyəvi zavodlarda işləmək);  
➢ Yanaşı gedən xəstəliklər (ağız suyu ifrazının xarakterinə və mikrofloraya təsir 
göstərən xəstəliklər);  
➢ Ağız boşluğunun quruluş xüsusiyyətləri və fiziologiyası (ağız suyunun kəmiyyət və 
keyfiyyəti, mina kristallarının quruluşu);  
➢ Ağız boşluğuna qulluq vərdişi;  
•  Genetik faktorları; 
•  Gidalanma xüsusiyyəti; 
➢ Sağlamlığın, o cümlədən də ağız boşluğunun sağlamlığının mühafizə edilməsinə 
aid həyata keçirilmiş işlərin hansı dərəcədə olması və onun informasiyalılığı  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin