−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə61/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   57   58   59   60   61   62   63   64   ...   131
alim-keramet

«Tanınmaz bələdçi» 
Əllamə  Həsənzadə  Amuli  yazır:  Tələbəlik  dövrlərində  bir 
zaman  elə  fikirləşirdim  ki,  Mirzə  Cavadın  qəbri  Nəcəf-
Əşrəfdədir. 1388-ci (h.q.) il  rəcəb ayının ikinci yarısı olardı. Bir 
 
1
 Məhəmməd Razi, “Gəncineyi daneşməndan”, c. 1, səh. 232 
2
 Seyyid Nemətullah Hüseyni, “Mərdane elm dər meydane əməl”, c. 
3, səh. 402 


 
69 
gün  təxminən  axşamdan  üç  saat  keçmiş  Seyyid  Əli  Qazinin 
qardaşı  oğlu  Ayətullah  Hüseyn  Qazi  Təbatəbai  ilə  yolda 
təsadüfən  rastlaşdıq.  Birlikdə  yolüstü  söhbət  əsnasında  sözü 
Mirzə  Cavaddan  salıb  qəbrinin  harada  olduğunu  soruşdum. 
Dedi ki, onun qəbri Qumun həmin “Şeyxan” qəbiristanlığında 
Mirzə  Quminin  qəbrinin  yanındadır.  Qəbir  daşının  üzərində 
də lövhəsi var. Mən qəbirin lövhəsi olduğunu eşitdikdə, daha 
soruşmadım ki, Mirzə Quminin qəbrinin hansı səmtindədir. 
Seyyid  Hüseyn  Qazi  ilə  xudahafizləşən  kimi,  tələsik 
“Şeyxan”  qəbiristanlığına  tərəf  getdim  ki,  birdən  qapıları 
bağlayarlar, ziyarət edə bilmərəm. 
Orada  əksər  qəbir  daşlarının  lövhələrini  gözdən  keçirdim. 
Bəzisini  oxuya  bilsəm  də,  bəzisini  qaranlıq  və  oranın  işıqları 
zəif  olduğu  üçün  oxuya  bilmədim.  Qəbirləri  bir-birindən 
ayırmaq  çox  çətin  idi.  Öz-özümə  dedim  ki,  indi  gecə  və 
qaranlıqdır,  qalsın  sabaha.  Ümidsiz  halda  qəbiristanlığı  tərk 
etsəm  də,  amma  gedə-gedə  gözaltı  qəbirlərə  nəzər  salırdım. 
Birdən,  tanımadığım  bir  nəfər  qəbiristanlığın  şərq  qapısından 
içəri  daxil  olub  birbaşa  mənə  tərəf  gəlməyə  başladı.  Mənə 
çatar-çatmaz  dedi:  Siz  Mirzə  Cavadın  qəbrini  axtarırsınız? 
Mənə  Mirzə  Cavad  Məlikinin  qəbrini  göstərib  sürətlə 
qəbiristanlığın qərb qapısına tərəfə yollandı. Mən bir an istər-
istəməz  diksinərək  vahimə  keçirdim.  Arxasınca  onu  səsləyib 
dedim:  
Ay  qardaş,  bəli,    mən  onun  qəbrini  axtarırdım,  amma  siz 
hardan bildiniz? 
Həmin  şəxs  getdiyi  halda,  üzünü  yarı  mənə  tərəf  çevirib 
dedi:  
“Biz öz müştərilərimizi tanıyırıq.”
1
  
 
1
 Əllamə Həsənzadə Amuli, “Dər Asimane mərifət”, səh. 115 


 
70 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin