«Eşidən qulaqlar» Elm əhli arasında təqvası, zahidliyi ilə tanınan, “Səfinətül-
bihar” və digər məşhur kitabların müəllifi olan rəhmətlik
Mühəddis Qumidən birbaşa nəql edərək deyirlər:
Bir gün Nəcəfin Vadiüs-Səlam qəbristanlığına möminlərin
qəbirlərinin ziyarətinə getmişdim. Bu arada, mən olduğum
yerdən bir az uzaqda qulağıma dəvə nəriltisi dəydi. Sanki
dəvəni dağlayırmışlar, dəvədən elə nərilti, elə bağırtı qopurdu
ki, bütün qəbristanlığı lərzəyə salmışdı.
Mən tez qalxıb dəvənin harayına yetişmək üçün o səmtə
yollandım. Yaxınlaşanda gördüm dəvə yoxdur, nərilti, gurultu
basdırılmaq üçün gətirilmiş bir cənazədən qopur. Cənazəni
basdırmağa gəlmiş adamların bu qəziyyədən əsla xəbərləri yox
idi. Sakitcə hərə öz işini görürdü.
1
İmam Təqi (ə) ilə İmam Əsgərinin (ə) hərəmi nəzərdə tutulur.
2
O zaman İranın pul vahidlərindən biri. 18 noxud çəkisində qızıl pul
sikkəsi.
3
Nemətullah Hüseyni, “Mərdane elm dər meydane əməl”, c. 3,
səh.109
75
Yəqin etdim ki, bu zalım bir adamın cənazəsidir ki,
ölümünün ilk mərhələsində bu aqibətə düçar olmuşdur. Yəni
dəfndən və qəbir əzabından qabaq öz bərzəxdəki surətini
görüb qorxuya düşmüş, fəryad qopartmışdır.
1