VİLAYƏTİ-FƏQİH
60
Bundan əvvəl demişdik ki, məhkəmə işini ancaq adil fəqih idarə edə
bilər və bu mövzu fiqhin zəruriyyatındandır və onda ixtilaf yoxdur. İndi
görək fəqih qəzavət şəraitinə malikdirmi? Fəqih hüquq elmlərini bilir, ona
görə ki, fəqih nəinki İslam hüququnu, hətta əxlaqiyyət və etiqadiyyatı da
bilsin, yəni sözüm əsl mənasında dinşünas olsun. Fəqih ədalət sifətinə də
malikdir. Digər şərt imam və rəis olmaq idi. Qeyd etdik ki, adil olan fəqih
İmam (ə)-ın təyini ilə qəzavət vəzifəsinə seçilmişdir. Sonra Həzrət İmam
(ə) bu şərt və sifətləri peyğəmbər və onun canişinində həsr etmişdir.
Demək fəqihlər peyğəmbər olmadıqlarına görə onun nümayəndəsi
kimidirlər. Beləliklə, də bu qənaətə gəlmək olar ki, fəqih Həzrəti Rəsulun
(s) nümayəndəsidir və qeyb dövründə müsəlmanların rəhbəri [ölkə] və
rəisdir, o ancaq hakim olmalıdır və ondan başqa bir şəxsin bu işə haqqı
yoxdur.
Dostları ilə paylaş: