Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


Nəzarət və qiymətləndirmənin tərbiyəvi funksiyası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə91/94
tarix27.05.2022
ölçüsü1,09 Mb.
#116342
1   ...   86   87   88   89   90   91   92   93   94
Informatika-Muhazireler-2

Nəzarət və qiymətləndirmənin tərbiyəvi funksiyası şagirdləri sonrakı tədris
fəaliyyətinə, öz biliklərini daha da dərinləşdirməyə həvəsləndirir. Şagirdin işini
qiymətləndirməklə müəllim onun bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyən
etməklə bərabər, həm də onun tədris fəaliyyətini istiqamətləndirir.
İnformatika müəllimlərinin iş təcrübəsinin təhlili göstərir ki, biliklərin
yoxlanması və qiymətləndirilməsində hələ də təlim-tərbiyə prosesinin səmərələliyini
aşağı salan mühüm çatışmazlıqlar vardır. Müəllimlərin işində bəzən yoxlamanın
metod və vasitələrinin formal tətbiqləri, şagirdlərin biliyinin qiymətləndirilməsində
subyektivlik halları müşahidə olunur. Bəzi müəllimlər yoxlamanın tərbiyəvi rolunu
azaldır, əhatəli qiymətləndirmə metodlarına laqeydlik göstərir, şagirdləri qiymətləndir-
mə fəaliyyətinə cəlb etmir, onlarda özünüqiymətləndirmə bacarığını inkişaf etdirmir-
lər. Bəzi müəllimləryoxlamanın hesabat-nəzarət funksiyasının əhəmiyyətini lazımın-
ca qiymətləndirmir, təlimi onun son nəticələrinə kifayət qədər istiqamətləndirmir,
təlimin nəticələrinə verilən tələbləri ya çoxaldır, ya da azaldırlar.
Elə hallar vardır ki, müəllim şagərdlərdən proqrama daxil olmayan materialın
mənimsənilməsini tələb edir, yoxlama prosesində diqqəti əsas, başlıca tədris materialı-
na yönəltməyib, mahiyyətsiz faktlara və detallara müraciət edir. Sonuncu hal, məsələn,


 197
müəllim kursun başlanğıcında alqoritmlərin təsvir vasitəsi olaraq proqramlaşdırma
dilindən istifadəyə cəhd etdikdə müşahidə olunur. Bu zaman başlıca diqqət alqoritm
anlayışının özünə və onun xassələrinə verilmir və şagirdlər bu dildə proqramlaş-
dırmanın formal qaydaları ilə yüklənirlər.
Kursun proqramı yoxlamanın müxtəlif formalarını, vasitə və metodlarını tətbiq
etməyi nəzərdə tutduğu halda, bəzi müəllimlər bunlardan ətraflı istifadə etmir. Məsə-
lən, bir çox müəllimlər biliklərə nəzarət üçün məktəblilərin kitabdakı materialı
danışmasından ibarət olan şifahi sorğu ilə kifayətlənir, onların məsələ həll etmək
bacarığının yoxlanmasına fikir vermirlər.
Məktəblərin iş təcrübəsi göstərmişdir ki, bir sıra müəllimlər "İnformatika və
hesablama texnikasının əsasları" fənni üzrə proqramın "Şagirdlərn biliklərinə və
bacarıqlarına verilən tələblər" bölməsinin mühümlüyünü layiqincə qiymətləndirmirlər.
Proqramın tələblərinə uyğun olaraq müəllim tədrisi, nəzarəti və
qiymətləndirməni tədris fəaliyyətinin bütün növlərində yüksək nailiyyətlər əldə
olunmasına yönəltməlidir. Bu zaman həmin tədris fənninin xüsusiyyətlərini əks
etdirən xarakterik bacarıqların mənimsənilməsinə, eləcə də şagirdlərin əqli
qabiliyyətlərini inkşaf etdirən, müstəqil oxumaq, müxtəlif bilik mənbələri ilə işləmək,
öz tədris fəaliyyətini rasional təşkil etmək vərdişlərinin formalaşdırılmasına şərait
yaradan ümumtəhsil bacarıqlarını inkişaf etdirən materiala xüsusi əhəmiyyət vermək
lazımdır. Şagirdlərin tədris hazırlığının yoxlanmasının məqsəd və obyektləri, nəzarət
növləri və formaları, qiymətləndirmə metodları bunların əsasında müəyyən
olunmalıdır.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin