140
a) ticarət məhsulları: kənd təsərrüfatı, meşə təsərrü-
fatı və balıqçılıq;
hasiledici sənaye; emaledici sənaye;
b) qeyri-ticarət məhsulları:
- kommunal xidmətlər və tikinti;
- topdansatış və pərakəndəsatış qiymətləri,
restoran
və mehmanxanalar;
- daşınma, saxlanma, əlaqə, maliyyə vasitəçiliyi; mü-
dafiə və mütləq sosial xidmətlər;
- digər kommunal, sosial
və şəxsi xidmətlər;
Təbiidir ki, yuxarıda adları çəkilən ticarət və qeyri-
ticarət məhsulları arasındakı sərhəd şərtidir. Bundan baş-
qa, bu təsnifatda və təsnif edilmə səbəblərinin kombinasi-
yalarında müstəsna hallar da vardır. Məsələn, ―daşınma‖
anlayışı ölkə daxilində daşınmalara aid edilir, ona görə bu
mənada qeyri-ticarət məhsulu sayılır. Əslində isə nəqliy-
yat
xidmətləri ticarət məhsuludur, çünki bu xidmət müx-
təlif nəqliyyat firmaları tərəfindən dünya bazarında müx-
təlif çeşidli məhsulların beynəlxalq daşınması üçün təklif
edilir. Bu şəraitdə onları emaledici sənaye sahəsinin məh-
sul çeşidi kimi nəzərə alıb ticarət məhsullarına aid etmək
lazımdır.
Bunun ticarət məhsulları,
yəni hər iki istiqamətdə
yerləşdirilə biləcək məhsullar iki hissəyə:
1. İdxal.
2. İxrac məhsullarına bölünürlər.
Ixrac məhsulları da öz-özlüyündə iki yerə bölünür:
1.) faktiki ixrac məhsulları və ya real ixracat məhsul-
ları.
2) hələlik yalnız daxili bazarda satılan, amma xaric-
də satışı üçün heç bir məhdudiyyət qoyulmayan məhsullar.
141
Analoji olaraq bütün idxalat məhsulları iki yerə bölü-
nür:
1) real idxal məhsulları;
2) xaricdən əvəzedicinin gətirilməsi mümkün olan
daxili bazarın yerli məhsulları.
Buna uyğun olaraq, dünya ticarətində iştirakı nöqte-
yi nəzərindən bütün məhsullar müxtəlif kateqoriyalara bö-
lünür. Dünya bazarlarındakı mövqeyinə görə istehsalçı öl-
kələr müxtəlif kateqoriyalara bölünürlər. Dünya iqtisadiy-
yatında oynadığı roluna görə ölkələr üç kateqoriyaya bö-
lünürlər:
1. İnkişaf etmiş
sənaye ölkələri;
2. Keçid iqtisadiyyatında olan ölkələr;
3. İnkişaf etməkdə olan ölkələr.
Dostları ilə paylaş: