Səhifə
2 /
17
Bostançılıq Azərbaycanın Aran, Abşeron və Lənkəran zonalarında daha yaxşı inkişaf edib.
Kürdəmir öz
yemişi, Sabirabad və Zirə isə
öz qarpızı ilə məşhurdur.
Kartofçuluq dəmyə şəraitində
Azərbaycanın Gədəbəy, Tovuz, Şəmkir, qismən də Daşkəsən, Xanlar və Qusar rayonlarında becərilir.
Yerli
kartof
əhalinin tələbatını ödəmədiyindən xaricdən kartof alınır.
Bağçılıq (meyvəçilik) Azərbaycanın kənd təsərrüfatı-nın ixtisaslaşmış sahələrindəndir.
Azərbaycanda
tumlu meyvələr üzrə Quba-Xaçmaz,
qərzəxli meyvələr (şabalıd, qoz, fındıq) üzrə
Zaqatala-
Şəki,
çəyirdəkli (ərik, şaftalı) meyvələr üzrə Naxçıvan Muxtar Respublikası (MR),
quru
subtropik meyvələr (nar, heyva) üzrə Kür-Araz,
sitrus meyvələr (naringi, portağal, feyxoa, limon) üzrə
Lənkəran, Cənub bitkiləri
(əncir, zeytun, püstə, badam və s.) üzrə Abşeron yarımadası ixtisaslaşıb.
Azərbaycanın ən iri meyvəçilik rayonu Qubadır. İstehsal olunan meyvənin 2/3 -ni Quba-Xaçmaz, 15%-
ni isə Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonları verir. Qərzəxli meyvələrin istehsalının 95%-ni
Şəki-Zaqatala iqtisadi rayonunda cəmləşib. Kür-Araz və Yuxarı Qarabağda çoxlu tut ağacı var.
1
Qurutma
texnologiyası, insanların qidalarını qorumaq üçün
istifadə etdikləri ən qədim
metodlardan biridir və inkişaf etməkdə olan texnologiyaya baxmayaraq hələ də əhəmiyyətini qoruyur.
Bəzi
hallarda, yalnız bir qoruma
metodu olaraq seçilməsə də, konservləşdirmə və ya dondurma
proseslərini asanlaşdırmaq və xammal keyfiyyətini təmin etmək üçün dəstəkləyici bir texnika kimi
istifadə olunur. Qurutma texnologiyasından danışmazdan öncə qurutma texnologiyası ilə bağlı bəzi
suallara cavab verək.
Dostları ilə paylaş: