Açıqlama 23-26 15092022 nk



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix17.09.2022
ölçüsü1,44 Mb.
#117804
1   ...   11   12   13   14   15   16   17   18   ...   23
63232fd93c146

2. Dövlət borclanması. “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 
tədbirlər planında fiskal tənzimləmənin təkmilləşdirilməsi istiqamətində həyata keçirilməsi 
nəzərdə tutulan tədbirlərdən biri kimi büdcə qaydasına uyğun borclanma strategiyasının 
təsdiqi və tətbiqi nəzərdə tutulmuşdur.
Ortamüddətli dövr ərzində dövlət büdcəsinin gəlir və xərclərinin ahəngdarlığının təmin 
edilməsi, təkmilləşdirilmiş büdcə qaydası çərçivəsində müəyyən olunmuş meyarların 
gözlənilməsi, DNF-nin aktivlərinin iqtisadi təhlükəsizliyi təmin edən səviyyədə qorunması, 
işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin, habelə dövlətin əsas 
funksiyalarının (sosial təminat, səhiyyə, müdafiə, dövlət borcuna xidmət və s.) 
maliyyələşdirilməsi məqsədilə qeyri-neft sektorundan əldə olunan gəlirlərin dövlət büdcəsi 
kəsirini tam təmin etməyə kifayət edəcəyi müddətədək dövlət borclanmasından daha aktiv 
istifadə edilməsi nəzərdə tutulur.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin 12 
aprel tarixində keçirilmiş və 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş 
müşavirədə verdiyi tapşırıqlar əsas tutularaq növbəti illərdə Borclanma Strategiyasına 
uyğun olaraq tələb olunan maliyyələşmələrin daha çox daxili borcalmalar hesabına təmin 
edilməsi yolu ilə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-yə nisbətinin 20,0 faizdən 
yuxarı olmaması, həmçinin ümumi dövlət borcunun tərkibində xarici valyutada ifadə edilmiş 
borcun payının azaldılması kimi məsələlər hədəf olaraq qarşımızda duracaqdır.
2023-2026-cı illər ərzində xarici borc üzrə əsas borc ödənişlərinin bir qisminin yeni 
cəlb ediləcək borc vəsaitləri hesabına yenidənmaliyyələşdirilməsi və sərbəstləşən vəsaitin 
prioritet hesab olunan digər büdcə xərclərinin maliyyələşdirilməsinə yönəldilməsi 
planlaşdırılır. Bununla belə, qeyd olunan dövr ərzində borclanmalar həyata keçirilərkən 
dövlət borcunun dayanıqlılığının təmin edilməsi, dövlətin digər mənbələrdən təmin oluna 
bilməyən maliyyə ehtiyaclarını ən az xərclə və aşağı risklərlə qarşılanması və dövlət qiymətli 
kağızlar bazarının inkişafının dəstəklənməsi kimi strateji məqsədlər gözləniləcəkdir.
Bununla yanaşı, növbəti illərdə aparıcı beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın 
genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrə daha çox 
texnoloji komponentli kreditlərin cəlb edilməsi, ayrılacaq kreditlərdən özəl sektorun 
bəhrələnməsi, həmçinin kredit layihələrinin seçimi prosesində yerli xam mal və materialların 
geniş istifadəsi, eləcə də valyuta amili nəzərdə saxlanılacaqdır.


16 
Qarşıdakı dövr ərzində dövlət borcu ilə yanaşı, kvazi-dövlət borcunun da 
idarəedilməsi üzrə də bir sıra əsaslar və tapşırıqlar müəyyən edilmişdir. Dövlət müəssisələri 
tərəfindən dövlət zəmanəti ilə cəlb olunmuş maliyyə öhdəliklərinin həcmi və valyuta tərkibi, 
növbəti illərdə bu maliyyə öhdəliklərinə əsas borcalanlar tərəfindən xidmət edilə bilməməsi 
şəraitində, dövlət zəmanətinin şərtlərinə uyğun olaraq sözügedən öhdəliklərə xidmətin 
dövlət tərəfindən həyata keçirilməsi riskini artırır. Sözügedən riskin idarə olunması, növbəti 
illərdə yalnız prioritet hesab olunan layihələr üzrə maliyyə öhdəliklərinin dövlət zəmanəti ilə 
təmin olunmasını, verilmiş dövlət zəmanətlərinin həcminin mərhələli şəkildə azaldılmasını 
və dövlət zəmanətli maliyyə öhdəliklərinə vaxtında və tam şəkildə təmin edilməsi, habelə 
ölkənin kredit reytinqinə xələl gətirilməməsi məqsədilə “Dövlət borcu və zəmanəti üzrə 
öhdəliklərin Təminat Fondu”nda verilmiş dövlət zəmanətləri çərçivəsində dövlət borcu hesab 
edilən şərti öhdəliklər məbləğində vəsaitin ehtiyat kimi formalaşdırılmasını şərtləndirir. 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin