2
M Ü N D Ə R İ C A T
Giriş
3
1. Xarici və daxili makroiqtisadi mühit
4
2. 2022-ci ilin birinci yarısı üzrə fiskal göstəricilər
7
3. Ortamüddətli dövr üçün makroiqtisadi hədəflər və proqnozlar
9
4. Növbəti il və sonrakı üç il üzrə büdcə siyasəti
12
4.1. Əsas strateji çağırışlar və qlobal mühit faktorları
12
4.2.
Əsas məqsəd, istiqamət və hədəflər
14
4.3. 2023-cü il üzrə gəlirlər üzrə siyasətin əsas istiqamətləri
17
4.4. 2023-cü il üzrə xərclər üzrə siyasətin əsas istiqamətləri
18
5. 2023-cü il üzrə dövlət və icmal büdcələrin proqnozu
20
3
Giriş
Qlobal pandemiya şəraitində 2020-ci ildə ölkə iqtisadiyyatında müşahidə olunan
iqtisadi geriləmə ötən ildən başlayaraq iqtisadiyyatın sürətli bərpa prosesi ilə əvəzlənmişdir.
Bu müsbət artım dinamikası 2022-ci ildə də davam etməkdədir. Makroiqtisadi göstəricilərdə
müşahidə edilən pozitiv meyillər dövlət və icmal büdcələrinin icrasında da özünü göstərir.
Bununla belə, pandemiya ilə bağlı qeyri-müəyyənliklərin
hələ də davam etdiyi bir
şəraitdə Rusiya-Ukrayna münaqişəsinin təsiri ilə geosiyasi gərginliyin artması və inflyasiya
təzyiqlərinin, deqloballaşma və fraqmentasiya meyillərinin daha da güclənməsi Azərbaycan
iqtisadiyyatı qarşısında da bir sıra yeni çağırışlar formalaşdırmış, ölkədə inflyasiya səviyyəsi
yüksəlmişdir.
Qeyd olunan qlobal iqtisadi reallıqlar və çağırışlar fonunda keyfiyyətcə yeni strateji
inkişaf mərhələsinə daxil olan Azərbaycan Respublikasının qarşısında duran prioritetlər,
məqsəd və hədəflər Azərbaycan Respublikası Prezidentinin müvafiq olaraq 2021-ci il 2
fevral tarixli 2469 və 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamları ilə təsdiq edilmiş
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və bu prioritetlərə söykənən
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz
əksini tapmışdır.
Bu strateji məqsəd və hədəflərin, xüsusilə də sözügedən Strategiyanın işğaldan azad
olunmuş ərazilərdə dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiyasiya, eləcə də
əhalinin sosial müdafiəsi və təminatının gücləndirilməsi ilə bağlı
məqsədlərinin
reallaşdırılması üçün böyük məbləğdə maliyyə resursları tələb olunur ki, bu resursların da
büdcə qaydasına əsaslanan yeni makro-fiskal çərçivə və Ortamüddətli Resurs Zərfi ilə
uzlaşdırılması və makro-fiskal dayanıqlığa xələl gətirmədən səmərəli mobilizasiyası
ortamüddətli dövr üzrə büdcə siyasəti qarşısında duran əsas çağırışlardan biridir.
2023-cü il və sonrakı üç ilin icmal və dövlət büdcələrinin
layihələri qeyd olunan
çağırışlar, eləcə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təqdim etdiyi
ortamüddətli dövr üzrə makroiqtisadi proqnoz göstərciləri və fərziyyələr nəzərə alınmaqla
hazırlanmışdır. Növbəti ilin dövlət büdcəsinin tərtibi zamanı “2022-2026-cı
illərdə sosial-
iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsi üçün zəruri maliyyə təminatının
yaradılması ilə yanaşı, ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin daha da
gücləndirilməsi, dövlət borcuna xidmət və dövlətin digər əsas funksiyalarının
yerinə
yetirilməsi də də diqqət mərkəzində saxlanılmışdır.
“2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədi
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli 1859 nömrəli Sərəncamı
ilə təsdiq olunmuş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət
Planı”nı əsasında ”Açıq Büdcə Sorğusu” və digər beynəlxalq fiskal
diaqnostika alətlərinə
uyğun olaraq hazırlanmışdır. Sənəd növbəti il və ortamüddətli dövr üzrə makroiqtisadi hədəf
və proqnozları, büdcə siyasətinin əsas istiqamət və hədəflərini, prioritet xərc istiqamətlərini,
büdcə qaydasına əsaslanan yeni makro-fiskal çərçivəyə uyğun olaraq icmal və dövlət
büdcələrinin layihələrini əhatə edir. İcmal və dövlət büdcələrinin
layihələri ilkin
parametrlərdən ibarətdir və büdcə prosesinin növbəti mərhələlərində qeyd edilən
parametrlərə dəyişikliklərin edilməsi mümkündür.