5
və qeyri-neft ixracının şaxələnməsi proseslərinin sürətlənməsi, əhalinin maddi rifahının
dəstəklənməsi və daha da yaxşılaşdırılması məqsədilə dövlətin fəal sosial siyasətinin davam
etdirilməsi kimi amillər mühüm rol oynamışdır.
2022-ci ilin birinci yarısında iqtisadiyyatın
demək olar ki, bütün sahələrində bərpa
prosesləri sürətlə getmiş, qeyri-neft sektorunda isə 9,6 faiz artım qeydə alınmışdır. Belə ki,
cari ilin ilk yarımilliyində ölkədə 63,4 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda
31,9 milyard manatlıq ÜDM istehsal olunmuşdur. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM
real ifadədə 6,2 faiz, o cümlədən neft-qaz sektoru üzrə ÜDM 0,2 faiz artmışdır (qrafik 1).
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2022-ci ilin birinci yarısında ÜDM-nin strukturunda ən böyük xüsusi çəkiyə (53,3 faiz)
malik sənayedə 2,2 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sektorunda 3,7, nəqliyyat və
anbar təsərrüfatında 27,0 faiz real artım qeydə alınmışdır. Sənayenin neft-qaz sektorunda
0,6 faiz, qeyri-neft-qaz sektorunda isə 11,5 faiz artım müşahidə edilmişdir.
Hesabat dövründə əsas kapitala yönəldilən vəsaitin məbləği 6,3 milyard manat təşkil
etmiş, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 18,5 faiz artmışdır.
Qlobal iqtisadiyyatdakı inflyasiya prosesləri fonunda 6 ay ərzində orta illik
inflyasiyanın səviyyəsi 12,9 faiz olmuş, inflyasiya idxal olunan əmtəələrdən, xüsusən ərzaq
məhsullarından qaynaqlanmışdır (qrafik 2).
Bütövlükdə
ölkədə inflyasiya əsasən, dünya əmtəə bazarlarında ərzaq məhsulları
üzrə əhəmiyyətli qiymət artımları, başlıca ticarət tərəfdaşları olan ölkələrdən yüksək
“inflyasiya idxalı”,
qlobal təchizat, logistika zəncirində mövcud olan problemlər, daşınma
xərclərinin artımı və pandemiya ilə əlaqədar təxirə salınmış
tələbin sürətlə
reallaşdırılmasından qaynaqlanmışdır.
Qeyd olunan dövr ərzində inflyasiya təzyiqlərinin cilovlanması, onun makroiqtisadi
sabitliyə və əhalinin sosial durumuna mənfi təsirlərinin qarşısının alınması üçün aşağıdakı
bir sıra tədbirlər görülmüşdür:
Dostları ilə paylaş: