Açıqlama 23-26 15092022 nk



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix17.09.2022
ölçüsü1,44 Mb.
#117804
1   2   3   4   5   6   7   8   9   ...   23
63232fd93c146

4.6
9.5
15.0
20.1
25.8
31.5
4.7
9.7
15.0
19.5
25.0
31.9
5.8
6.7
6.8
7.2
7.2
6.2
3
4
5
6
7
8
Yanvar
Yan-Fev Yan-Mart
Yan-Apr
Yan-May Yan-İyun
Qrafik 1. 2022-ci ilin birinci yarısında ÜDM-in 
strukturu (milyard manatla) və real artım tempi 
(faizlə)
Qeyri neft-qaz sektoru üzrə ÜDM
Neft-qaz sektoru üzrə ÜDM
ÜDM-in real artım tempi
4.3
4.9
3.9
3.5
12.9
18.4
6.7
10.3
0
2
4
6
8
10
12
14
16
18
20
Orta illik
inflyasiya
Ərzaq 
məhsulları, 
içkilər və tütün 
məmulatları
Qeyri-ərzaq 
məhsulları
Xidmətlər
Qrafik 2. İlin birinci yarısında orta illik inflyasiyanın 
dinamikası (faizlə)
2021-ci ilin birinci yarısı
2022-ci ilin birinci yarısı




Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına və qanunvericiliyə 
edilmiş dəyişikliklərə uyğun olaraq 2022-ci ilin əvvəlindən əhalinin sosial rifahının, 
real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması üçün minimum əməkhaqqı, 
minimum pensiya, sosial müavinətlər və dövlət büdcəsindən maliyyələşən 
təşkilatlarda çalışanların əməkhaqları orta hesabla 20,0 faiz artırılmışdır; 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 
antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər 
haqqında” 21 fevral 2022-ci il tarixli Sərəncamına uyğun olaraq, kənd təsərrüfatı 
və ərzaq məhsulları ilə əlaqəli sahələr üzrə gömrük rüsumları və vergi 
güzəştlərinin verilməsi və bir sıra xərclərin optimallaşdırılması, həmçinin monetar 
və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində tədbirlər görülmüşdür; 

Əsas ticarət tərəfdaşı olan ölkələrdə milli valyutaların ucuzlaşması fonunda milli 
valyutanın məzənnəsinin sabitliyi və valyuta bazarının tarazlığı, əsas kommunal 
xidmətlər (işıq, su, təbii qaz, istilik, nəqliyyat) üzrə tariflərin dəyişməzliyi təmin 
edilmişdir; 

Mərkəzi Bankın mandatına uyğun monetar siyasət tədbirləri sərtləşdirilmiş
yanvar və mart aylarında qəbul olunmuş qərarlar əsasında uçot dərəcəsi 0,5 faiz 
artırılaraq 7,25 faizdən 7,75 faizə çatdırılmışdır. Bununla yanaşı, izafi likvidliyin 
sterilizasiyası həyata keçirilmişdir. 
2022-ci ilin birinci yarımilliyində neftin orta qiyməti dövlət büdcəsində 
proqnozlaşdırılan qiymətdən yüksək olmuş, tədiyə balansında müsbət meyillər 
qorunmuşdur. Qlobal tələbin sürətli bərpası şəraitində “Azeri Light” markalı neftin bir 
barelinin orta illik qiyməti 2021-ci ilin birinci yarısına nisbətən 68,1 faiz çox olmaqla 110,3 
ABŞ dolları səviyyəsində qərarlaşmışdır. 
2022-ci ilin iyun ayında bankların kredit portfelinin qalığı 1,2 faiz və ya 221,7 milyon 
manat artaraq 18320 milyon manat olmuşdur. Bankların cəmi kredit portfelində biznes 
kreditlərinin payı 57,2 faiz və ya 10481,7 milyon manat təşkil etmişdir.
Cari ilin yanvar-iyun ayları ərzində xarici ticarət üzrə əməliyyatların həcmi 24,8
milyard ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 74,9 faiz çox) təşkil 
etmişdir ki, bunun da 18,5 milyard ABŞ dolları ixrac əməliyyatlarının, 6,4 milyard ABŞ dolları 
isə idxal əməliyyatlarının payına düşmüşdür. Nəticədə xarici ticarət hesabında 12,1 milyard 
ABŞ dolları həcmində müsbət saldo yaranmışdır. Eyni zamanda, xarici ticarət dövriyyəsində 
qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 25,4 
faiz və ya 295,3 milyon ABŞ dolları çox olmaqla 1,5 milyard ABŞ dollarına bərabər olmuşdur. 
Qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının əhəmiyyətli 
artımı fonunda Azərbaycanda 2022-ci ilin birinci rübündə tədiyyə balansının profisiti ÜDM-
nin 9,0 faizinə (1,6 milyard ABŞ dolları) çatmışdır. 2022-ci ilin birinci rübündə cari 
əməliyyatlar balansının profisiti ÜDM-nin 22,4 faizini (4,0 milyard ABŞ dolları) təşkil etmişdir. 
Tədiyə balansının irihəcmli profisiti valyuta bazarında təklifin genişlənməsi ilə müşayiət 
olunmuşdur ki, bu da məzənnə sabitliyini dəstəkləmişdir. 2022-ci ilin birinci yarımilliyində 
manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1,7 manat təşkil etmişdir.
2022-ci ilin birinci yarısında ölkənin valyuta ehtiyatları 1,8 faiz artaraq 54,2 milyard 
ABŞ dollarına çatmışdır. 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin