9
3. Ortamüddətli dövr üçün makroiqtisadi hədəflər və proqnozlar
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-
iqtisadi inkişaf Strategiyası”na əsasən keyfiyyətcə yeni strateji inkişaf mərhələsinə daxil olan
ölkə iqtisadiyyatının qarşısında yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi
artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya
yönümlüyünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının
qlobal dəyər zəncirinə səmərəli inteqrasiya olunması yolu ilə yüksək rifah cəmiyyətinin
qurulması kimi hədəflər qoyulmuşdur.
Sözügedən Strategiyada
Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat Milli
Prioritetinin reallaşdırılması istiqamətində
davamlı və yüksək iqtisadi artımın təmin
edilməsi əsas strateji məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur. Ortamüddətli dövrdə
iqtisadi artımın tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşdırılması nəzərdə tutulur
ki, bu da xüsusilə prioritet sahələrdə artım templərinin sürətlənməsinə, məşğulluğun
artmasına və iqtisadiyyatın dayanıqlığının daha da güclənməsinə imkan verəcəkdir.
Bu istiqamətdə 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft ixracının həcminin 85,0
faiz artmasına nail olunması, ölkə iqtisadiyyatının hər il orta hesabla 3,0-
4,0 faiz, qeyri-neft-
qaz ÜDM-nin isə illik orta hesabla 5,0 faiz artırılması, eləcə də özəl sektorun iqtisadiyyatda
payının 88,0 faizə çatdırılması hədəflənir. Bununla yanaşı, qeyri-neft sektoru üzrə birbaşa
xarici investisiyaların (BXİ) həcminin illik 10,0-15,0 faiz artırılması, həmçinin dövlət
şirkətlərində investisiya olunmuş kapitalın gəlirliyinin artırılması hədəflənir. Eyni zamanda
2022-2026-cı illərdə orta illik artım tempinin kənd təsərrüfatı sektorunda
4,0 faiz, nəqliyyat
sektorunda
5,0 faizdən çox, qeyri-neft-qaz sənayesində
8,3 faiz, informasiya və rabitə
sektorunda
10 faizdən çox, tikinti sektorunda isə
3,0 faiz ətrafında olması, eləcə də 2026-cı
ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda yaradılacaq əlavə dəyərin 2019-cu
illə müqayisədə
1,5 dəfə artması hədəflənir.
Strategiyada həmçinin illik inflyasiyanın
4±2 faiz intervalında qorunması, eyni
zamanda fiskal dayanıqlığın təmin edilməsi üçün tənzimləmə çərçivəsinin gücləndirilməsi
hədəflənir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2023-cü il
və sonrakı üç il üzrə baza ssenaridə (neftin bir barrelinin orta illik ixrac qiyməti 2023-2026-
cı illər üçün 50,0 ABŞ dolları fərz edilməklə)
makroiqtisadi proqnoz göstəricilərinə əsasən
cari ildə ölkədə
ÜDM-nin real artımı 3,5 faiz olmaqla 117,3 milyard manat, o cümlədən
Dostları ilə paylaş: