16
Qarşıdakı dövr ərzində dövlət borcu ilə yanaşı, kvazi-dövlət borcunun da
idarəedilməsi üzrə də bir sıra əsaslar və tapşırıqlar müəyyən edilmişdir. Dövlət müəssisələri
tərəfindən dövlət zəmanəti ilə cəlb olunmuş maliyyə öhdəliklərinin həcmi və valyuta tərkibi,
növbəti illərdə bu maliyyə öhdəliklərinə əsas borcalanlar tərəfindən xidmət edilə bilməməsi
şəraitində, dövlət zəmanətinin şərtlərinə uyğun olaraq sözügedən
öhdəliklərə xidmətin
dövlət tərəfindən həyata keçirilməsi riskini artırır. Sözügedən riskin idarə olunması, növbəti
illərdə yalnız prioritet hesab olunan layihələr üzrə maliyyə öhdəliklərinin dövlət zəmanəti ilə
təmin olunmasını, verilmiş dövlət zəmanətlərinin həcminin mərhələli şəkildə azaldılmasını
və dövlət zəmanətli maliyyə öhdəliklərinə vaxtında və tam şəkildə təmin edilməsi, habelə
ölkənin kredit reytinqinə xələl gətirilməməsi məqsədilə “Dövlət borcu və zəmanəti üzrə
öhdəliklərin Təminat Fondu”nda verilmiş dövlət zəmanətləri çərçivəsində dövlət borcu hesab
edilən şərti öhdəliklər məbləğində vəsaitin ehtiyat kimi formalaşdırılmasını şərtləndirir.
Dostları ilə paylaş: