Açıqlama 23-26 15092022 nk


Qrafik 9. Qeyri-neft sektoru üzrə dövlət büdcəsi gəlirlərinin strukturu (milyon



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix17.09.2022
ölçüsü1,44 Mb.
#117804
1   ...   15   16   17   18   19   20   21   22   23
63232fd93c146

Qrafik 9. Qeyri-neft sektoru üzrə dövlət büdcəsi gəlirlərinin strukturu (milyon 
manatla)
 
2023-cü il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan Dövlət Vergi Xidmətinin xətti ilə 
daxilolmaların 62,6 faizi və ya 8385,0 milyon manatı qeyri-neft sektorunun, 37,4 faizi və ya 
5017,0 milyon manatı neft sektorunun payına düşür. 
2023-cü il üzrə təqdim edilən makroiqtisadi göstəricilərə əsasən idxalın həcmi 21,2 
milyard manat nəzərdə tutulur ki, bu da cari ilin gözlənilən idxalından 4,7 faiz, 2021-ci ilin 
faktından 6,4 faiz çoxdur. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə 
daxilolmalar ÜDM-nin 4,5 faizi həcmində olmaqla 4 750,0 milyon manat nəzərdə tutulur ki, 
bu da 2022-ci ilin proqnozu ilə müqayisədə 145,0 milyon manat və ya 3,1 faiz, 2021-ci ilin 
faktı ilə müqayisədə 407,0 milyon manat və ya 9,4 faiz, çoxdur.
Dövlət büdcəsinin xərcləri. 2023-ci il üçün 33300,0 milyon manat (ÜDM-nin 31,5 
faizi) həcmində proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 22635,7 milyon manatı və ya 
8385,0
58,1 %
4750.0
33,0 %
750.0
5,2%
538.7
3,7 %
Vergi orqanlarının xətti ilə daxilolmalar
Gömrük orqanlarının xətti ilə daxilolmalar
Büdcədən maliyyələşən təşkilatların ödənişli 
xidmətlərindən büdcədənkənar fondlara 
daxilolmalar
Sair gəlirlər 


22 
68,0 faizi cari xərclərə, 9659,3 milyon manatı və ya 29,0 faizi əsaslı xərclərə, 1 005,0 milyon 
manatı və ya 3,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönələcəyi 
proqnozlaşdırılmışdır (Qrafik 10). 
Qrafik 10. Dövlət büdcəsi xərclərinin strukturu (milyon manatla, faizlə) 
 
2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 2023-cü ildə ümumi dövlət 
xidmətləri üzrə xərclərə 13,2 faiz və ya 575,6 milyon manat, iqtisadi fəaliyyət xərclərinə 2,6 
faiz və ya 183,1 milyon manat az, mənzil və kommunal təsərrüfatı xərclərinə 30,2 faiz və ya 
82,4 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərə 
10,6 faiz və ya 262,1 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, 
gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 17,2 faiz və ya 79,6 milyon 
manat, səhiyyə xərclərinə 11,5 faiz və ya 196,3 milyon manat çox vəsait 
proqnozlaşdırılmışdır
Həmçinin, növbəti ildə Ortamüddətli xərclər çərçivəsinin (OMXÇ) və nəticəəsaslı büdcə 
mexanizminin tətbiq olunduğu büdcə xərclərinin funksional təsnifatının pilot bölmələrinin 
göstəriciləri aşağıdakı kimi proqnozlaşdırılmışdır: 
Dövlət büdcəsindən təhsil bölməsi üzrə 102 tədbiri əhatə edən 10 proqramın həyata 
keçirilməsi üçün 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 517,2 milyon manat 
və ya 13,3 faiz daha çox olmaqla 4403,8 milyon manat məbləğində vəsaitin yönələcəyi 
proqnozlaşdırılmışdır.
Kənd təsərrüfatı bölməsi üzrə 40 tədbiri əhatə edən 7 proqramın həyata keçirilməsi 
üçün 2022-ci ilin dürüstləşdirilmiş proqnozuna nəzərən 204,8 milyon manat və ya 20,5 faiz 
çox olmaqla 1202,1 milyon manat proqnozlaşdırılır.
Ətraf mühitin mühafizəsi bölməsi üzrə isə 37 tədbiri əhatə edən 6 proqramın həyata 
keçirilməsi üçün 2022-ci ilin dürüstləşdirilmiş proqnozuna nəzərən 71,1 milyon manat və ya 
24,3 faiz çox olmaqla 363,3 milyon manat məbləğində vəsait proqnozlaşdırılmışdır (Qrafik 
11). 
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə icraçılar 
tərəfindən verilmiş sifarişlər əsasında 3000,0 milyon manat məbləğində olacağı 
proqnozlaşdırılır ki, bu xərclərin növbəti ildə dövlət büdcəsi xərclərində xüsusi çəkisi 9,0 faiz 
və ÜDM-də xüsusi çəkisi isə 2,8 faiz təşkil edəcəkdir. 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin