80
meydana çıxdığı üçün bunların bəzisi qısa, bəzisi isə uzun tarixə
malikdir. Məsələn: qolçomaq, rəncbər, mədrəsə, mollaxana və s.
Kimi sözlər təxminən 40 il bundan əvvəl köhnəlməyə başla-
mışdır. Lakin bəzi sözlər, hətta lap yaxın zamanlarda köhnəlmiş,
yaxud da köhnəlməkdədir. Hazırda dilimizdəki patefon sözü belə
bir prosesi keçirməkdədir.
Tarixizmlər müxtəlif
sahələrə aid ola bilir; məsələn:
Vəzifə adı bildirənlər: koxa, darğa, onbaşı, kəndxuda
Silah adı bildirənlər: qalxan, şeşpər
Ölçü adı bildirənlər: misqal, batman, girvənkə
Geyim adı bildirənlər: çuxa, əba, arxalıq
Alət adı bildirənlər: xış, cüt
Dini anlayış bildirənlər: falçı, şeyx, zəkat,
dərviş
Müəssisə adı bildirənlər: qazamat, mədrəsə, mollaxana
Deməli, köhnəlmiş sözlərdən tarixizmləri müəyyən edən
əsas meyar həm sözün, həm də onun ifadə etdiyi anlayışın fəal is-
tifadədən qalmasıdır; bunların hər ikisinin köhnəlməsidir. Arxa-
izm geniş anlayışdır. Dilin bütün sahələrində, yəni səs sistemin-
də,
lüğət tərkibində, qrammatik quruluşunda, orfoqrafiyasında,
orfoepiyasında arxaizm hadisəsi vardır. Buna əsasən arxaizmlər
bir neçə növə bölünür: fonetik, lüğəvi və qrammatik arxaizmlər.
Bunlardan lüğəvi arxaizmlər leksikologiya bəhsində öyrənilir.
Dostları ilə paylaş: