Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik


  üçün səciyyəvi deyildir. Məhz elə buna görə də bunlar semantik  dialektizmlərdir. Ədəbi dilə məxsus olmayan sabit ifadə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə50/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   119
2015-332

 
96 
üçün səciyyəvi deyildir. Məhz elə buna görə də bunlar semantik 
dialektizmlərdir. Ədəbi dilə məxsus olmayan sabit ifadə və 
ibarələr isə frazeoloji dialektizm adlanır. Bunlardan da bədii 
əsərlərdə geniş istifadə olunur. 
Hazırda Azərbaycan ədəbi dilindən fərqli olaraq, dialekt və 
şivələrdə çoxlu miqdarda səciyyəvi sözlər vardır; məsələn: cələf-
siz (arıq), zağar (qısa boy), salaxana (avara), ətmək (əppək, çö-
rək), taytamaq (axsamaq), cöyüz (qoz), zərdə (yerkökü), tüpü 
(qar boranı), şoqqax (qırıq, sınıq); cinqoy (əsəbi) və s. 
Dialekt sözləri bədii üslub üçün yararlı ifadə və təsvir 
vasitələrindən sayılır. Buna baxmayaraq bədii əsərin dilinə hər 
cür dialekt sözünü gətirmək olmaz. Bədii ədəbiyyatda həmin 
sözlərdən başlıca olaraq, yerli kolorit yaratmaq, surətin nitqini 
fərdiləşdirmək, hadisəni real əks etdirmək üçün istifadə olunur. 
Bu məqsədlər üçün bədii əsərin dilində dialektizmlərin 
işlədilməsi yazıçıdan olduqca böyük sənətkarlıq tələb edir. Çünki 
həddindən artıq dialekt sözü işlətdikdə yazıçının dili qəlizləşir və 
anlaşılmazlıq yaradır; bu isə əsərin bədii effektini azaldır, onun 
təsir gücünü zəiflədir. 
Azərbaycan dilinin zəngin dialekt vəşivələri, demək olar ki, 
bütün dövrlərdə söz sənətkarlarının nəzər – diqqətini cəlb etmiş-
dir. Klassik şair və yazıçılarımız bu vasitələrdən geniş istifadə 
etmişlər. 
Dildə ifadə etdiyi mənasına görə nisbətən elvarısaya xarak-
terli olan söz qrupu da vardır ki, bunlar loru sözlər adlanır; 
məsələn: 
Nə deyim, Hacı Cəlalın pulu məndə olaydı, görərdin lələĢin 
nə lələĢdir.
(Ə.Haqverdiyev) 
...Vəqta ki, danışdız, vüzəra oldu xəbərdar,
Mütləq görəcəklər ki, cibişdana zərər var. 
(M.Ə.Sabir) 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin