81
yən bir vaxtdan sonra bu və ya digər səbəblərlə əlaqədar olaraq
aşıq sözü meydana çıxmış və bu söz ozan sözünü istifadədən sal-
mışdır. Beləliklə ozan sözü arxaikləşmişdir.
Dilimizdə sözlərin arxaikləşməsinin müxtəlif təzahürləri
vardır. Belə ki, bəzi sözlərin özü, bəzi sözlərin isə mənası köhnə-
lir. Buna görə də arxaik sözlər bir-birinin eyni olmayıb müxtəlif
növlüdür.
Azərbaycan dilində lüğəvi arxaizmlərin iki növü vardır: lek-
sik arxaizmlər və semantik arxaizmlər.
LEKSĠK ARXAĠZMLƏR
Əşya və hadisəni ifadə etməkdən ayrılıb tamamilə arxaik plana
keçən sözlər
leksik arxaizmlər adlanır; məsələn: ayıtmaq, əsrük,
iraq və s.
Bu sözlər dilin lüğət tərkibinin passiv hissəsinə
keçmişdir və
müasir ədəbi dilimizdə fəal işlənmə iqtidarı olan leksik vahidlər
hüququna malik deyildir. Bunlar unudulmuş, ya da unudulmaq
prosesini keçirən sözlərdir.
SEMANTĠK ARXAĠZMLƏR
Öz əvvəlki formasını saxlayıb ancaq, mənası köhnəlmiş sö-
zə
semantik arxaizm deyilir. Məsələn; keçmişdə kişi sözü adam
insan mənasında işlənmişdi;
Həm səbru qəraru taqətim yox,
Dəxi kişi ilə ülfətim yox.
(Xətai)
Bu söz
insan, adam sözlərinin meydana çıxması ilə əlaqədar
olaraq öz mənasından uzaqlaşmış, onun əvvəlki mənası
arxaik-
82
ləşmişdir. Hazırda bu söz əsasən cins mənasında işlədilir. Beləcə
də ər sözü qədimdə kişi mənasını bildirmiş, sonradan ailə üzvü
mənasında işlədilmişdir.
Deməli, semantik arxaizmin leksik arxaizmdən əsas fərqlə-
rindən biri odur ki, semantik arxaizmə uğramış söz başqa mənada
yenə də dilin lüğət tərkibində işlənir.
Lakin leksik arxaizm
istifadədən düşür.
Köhnəlmiş sözlər xüsusi üslubi imkanlara malikdir. Bun-
lardan həm tarixə aid elmi əsərlərdə, həm də bədii yaradıcılıqda
istifadə edilir. Köhnəlmiş sözlər müasir Azərbaycan ədəbi dilində
başlıca olaraq aşağıdakı üslubi məqsədlər üçün istifadə edilir.
1)Təsvir və tədqiq olunan dövrün tarixi xüsusiyyətlərinin
real əks etdirmək üçün. Elmi üslubda – tarixə aid əsərlərdə
tarixizm və arxaizmlər keçmiş hadisə və anlayışların dəqiq və
olduğu kimi ifadə edilməsinə xidmət edir.
Lakin bədii üslubda-
bədii əsərlərin dilimdə isə daha çox bədii vəzifə daşıyır.
Bədii yaradıcılıqda tarixi mövzular işlənərkən bunlardan
zəruri ifadə və təsvir vasitəsi kimi istifadə olunur; məsələn: Ba-
har bir müddət rəncbərə nökərçilik etdi. Onu gah xırman sürmək-
də, gah da cütə minməkdə işlədirdilər. Töylə səkisində Bahara
yer vermişdilər. O, gecəni 3-4 saat burada şirin yuxuya gedərdi.
Gizildəyən dizlərini bükər, arxalığını
üstünə çəkər, axur sü-
pürgəsini başı altına qoyub yatardı. Göründüyü kimi yazıçı bu
parçada təsvir etdiyi dövrün ictimai bərabərsizliyini, kənd təsər-
rüfatının və mədəniyyətin zəifliyini ifadə etməkdə rəncbər, nö-
kərçilik, cüt və arxalıq sözlərindən istifadə etmişdir. Demək, bə-
dii əsərdə köhnəlmiş sözlərdən istifadə etmək ehtiyacı əsərin
tələblərindən irəli gəlir.
2)Nitqdə istehza kinayə, məsxərə, zarafat çalarlığı yaratmaq
üçün. Köhnəlmiş sözlər satira və
yumor üçün müvafiq vasitə-
lərdəndir. Bunların vasitəsi ilə nitqdə kinayə və istehza, məsxərə
və zarafat çalarlığı daha aydın ifadə oluna bilir; məsələn:
83
Sən ağa, mən ağa
İnəkləri kim sağa.
Bu misradakı ağa sözü vasitəsi ilə bütün ifadələrin məz-
mununa kinayə, istehza tonu verilmişdir.
3)Nitqdə təntənə çalarlığı yaratmaq üçün. Bədii üslubda tən-
tənəli nitq yaratmaqda da köhnəlmiş sözlər xüsusi rola malikdir;
məsələn:
Dostun
dar günündə dost üz çevirməz,
Ey könül! Bir quş ol, ellər dolan, gəz.
De ki: yağılardan öc almayınca,
Qisas qılıncımız qınına girməz!
Bu misradakı öc sözü qisas mənasını bildirir, şeirə bədii zə-
rurət əsasında gətirilmişdir.Təntənə çalarlığı üçün köhnəlmiş
sözlərdən ən çox nəzm əsərlərində istifadə olunur.
Dostları ilə paylaş: