175
Mövzu 9: Azərbaycan ədəbi dili. Nitq normaları.
Ədəbi dil xalq dilinin ciddi fonetik, leksik, morfoloji və
sintaktik normalar əsasında fəaliyyət göstərən formasıdır.
Ədəbi dil – milli dilin müəyyən qayda-qanunlara tabe olan və
xalqın nümunəvi ünsiyyətinə xidmət edən nitq formasıdır.
Başqa
sözlə desək, ədəbi dil milli dilin müəyyən normalar sisteminə ma-
lik olan ən yüksək formasıdır. Ədəbi dil dialektdən fərqlənir.
Ədəbi dil bütün üslubların sistemidir. Ədəbi dilimizin
bütün
üslubları öz dolğunluğu ilə seçilir. Xalqımızın elmi-mədəni yük-
səlişi ilə, müasir dünya mədəniyyətinə yaxınlaşma və inteq-
rasiyası ilə ədəbi dilimizdə elmi-kütləvi üslub deyilən bir üslub
formalaşır.
Tarixən başqa üslublarla müqayisədə nisbətən zəif olan
rəsmi üslubumuz indi müstəqil dövlətçiliyimizlə bağlı, bütün
rəsmi dairələrdə mütləq və məcburi işlənməsi ilə şərtlənərək daha
da kamilləşmişdir. Bu gün Azərbaycan dili Azərbaycan Respub-
likasının dövlət dilidir. Bu həm ədəbi dilimizin, həm də bütün
üslubların sürətli inkişafı üçün təminat yaradır.
Ədəbi dilin tabe olduğu qayda-qanunlar sisteminə nitq nor-
maları deyilir.
Norma sözün fonetik (səs) tərkibinin, leksik mənasının və
cümlənin qrammatik quruluşunun hamı tərəfindən qəbul olunan
şəkildə fəaliyyətinə deyilir.
Ədəbi dil iki şəkildə özünü göstərir: şifahi ədəbi dil, yazılı
ədəbi dil.
Şifahi ədəbi dil səslənən ədəbi dildir.Şifahi ədəbi dil əlifba,
yazı yaranmamışdan qabaq xalq yaradıcılığının dili kimi işlən-
mişdir. Ədəbi dilin bu forması orfoepik normalara tabe olur.
Nitq, çıxış və məruzələr şıfahi ədəbi dil normalarına aiddir. Döv-
rümüzdə ədəbi dilin şifahi forması radio,
televiziya dilinin
hesabına daha da genişlənmişdir.Yazılı ədəbi dil yazılan dildir,
orfoqrafik normalara tabe olur. Yazılı ədəbi dilin ilk nümunələri
176
dövlət sənədlərinin, dövlət başçılarının məktublarının və bədii
əsərlərin dili olmuşdur. Mədəni inkişafın yüksəlməsi ilə yazılı
ədəbi dilin dairəsi daha da genişlənmişdir.
Bu gün bədii əsərlərlə yanaşı, qəzet və jurnalların, elmi və
publisist kitabların, reklamların, müxtəlif məzmunlu plakatların
da dili yazılı ədəbi dil nümunəsidir.
Dostları ilə paylaş: