Azərbaycan respublikasi təHSİl naz


partiyalarını yaratmağa imkan vermədi



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə15/36
tarix08.12.2022
ölçüsü1,4 Mb.
#120635
1   ...   11   12   13   14   15   16   17   18   ...   36
86 turk


partiyalarını yaratmağa imkan vermədi.
1905-1906 illərdəki inqilabi hərəkatlar Orta Asiyada 
siyasi təşkilatların yaranmasında mühüm rol onamışdı. 1905-ci 
ilin sonu və 1906-cı ilin əvvəllərində Orta Asiyanın Daşkənd, 
Səmərqənd, Kokand, Əndican kimi şəhərlərində belə təşkilatlar 
qurulmuşdu. 1905-ci ildən başlayaraq “Soldatskiy listok”,
“Pravda” qəzetləri dərc olunurdu. 1906-cı ilin fevralında Daş-
kənddə Türküstan sosial-demokrat təşkilatlarının konfransında 
RSDFP-nin Türküstan təşkilatlarının ittifaqı yaradıldı. Konf-
ransın qərarı ilə bu təşkilat yerli fəhlələr arasında təbliğat və 
təşviqatı genişləndirməli idi. 
1905-ci ilin avqustun 15-də Nijni-Novqorodda Ə.Top-
çubaşov, İ.Qaspıralı, Y.Akçura oğlu, F.Kərimi və başqalarının 
təşəbbüsü ilə Ümumrusiya müsəlmanlarının birinci qurultayı 
keçirildi. Çar Rusiyası işğalı altında olan türk xalqları ilk dəfə 
olaraq birlikdə milli mübarizəyə qoşulurdular. Qurultayda 
Krım, Qafqaz, Kazan, Ural, Orta Asiya və Sibirdən nümayən-


84
dələr iştirak edirdi. Qurultayın keçirilməsinə rəsmi razılıq ol-
madığından nümayəndələr gəzinti qayığında toplandılar. Qu-
rultay “Rusiya Müsəlmanları İttifaqı” yaratmağı qərara aldı. 
“İttifaqın qarşısında aşağıdakı vəzifələr dururdu: 
1. Vahid hərəkat çərçivəsində bütün Rusiya müsəlman-
larının birləşdirilməsi; 
2. Bütün millətlərin nümayəndələrinin bərabər surətdə 
təmsil olunması əsasında konstitusiyalı monarxiyanın qurul-
ması; 
3. Müsəlman və rus əhalisinin hüquqi cəhətdən bəra-
bərliyi, müsəlmanlara qarşı bütün ayrıseçkilik salan qanunların 
və idarəetmə metodlarının ləğv edilməsi; 
4. Müsəlmanların mədəni və maarif tərəqqisinə nail 
olunması; 
“Rusiya Müsəlmanları İttifaqı”nın ikinci qurultayı 
1906-cı il yanvarın 15-23-də Peterburqda keçirildi. Mübahisəli 
şə
raitdə keçən bu qurultayda İsmayıl bəy Qaspıralı sədr seçilsə 
də öz namizədliyini geri götürmüş, onun yerinə Əlimərdan bəy 
Topçubaşov sədr seçilmişdi. Nümayəndələr Əlimərdan bəyin 
“İttifaq” üçün hazırladığı layihəni qəbul edib, bəzi çatışmazlıq-
ların gələcək qurultayda aradan qaldırılmasını qərara aldılar. 
Bu arada Bakıda “Həyat” qəzeti nəşr olunmağa başlamış və 
qurultay haqqında oxuculara ətraflı məlumatlar vermişdi.
“İttifaq”ın üçüncü qurultayı yenə də Nijni-Novqorodda 
1906-cı il avqustun 16-21-də olmuşdur. Qurultay Ə.Topçuba-
ş
ovun sədrliyi ilə keçmişdir. Qurultay “İttifaq”ın Rusiyanın bü-
tün müsəlmanlarının mənafeyini ifadə edən siyasi partiyaya 
çevrilməsi haqqında qərar qəbul etdi. Qurultayda eyni zamanda 
türk xalqlarının siyasi, iqtisadi və mədəni problemləri müzakirə 
edilmişdi. Əsarətdə ömür sürən türklərin öz təşkilatlarını yarat-
dıqlarını görən çar rejimi bu hərəkatı boğmağa, “İttifaq” parti-
yasının fəaliyyət göstərməsinə hər cür maneələr törətməyə baş-
ladı. Stolıpinin irtica rejimi hakimiyyətə gəldikdən sonra 
“İttifaq”ın fəaliyyəti tamamilə qadağan edildi. 


85
Məğlubiyyətə baxmayaraq, 1905-1907-ci illər inqila-
bında fəhlə sinfi və kəndlilər öz mübarizəsi ilə çar hökumətini 
bəzi güzəştlərə getməyə məcbur etdi. Sənayenin bir sıra 
sahələrində əməkhaqqı artırıldı, iş günü qısaldıldı. Kəndlilər 
ödənc əməliyyatlarının ləğv edilməsinə nail oldular. Birinci rus 
inqilabı ölkədəki siniflərin və partiyaların mövqeləri arasındakı 
fərqi, onların əməli fəaliyyətləri əsasında dəqiq müəyyənləşdir-
di. İnqilab fəhlə və kəndliləri siyasi mübarizəyə cəlb etdi və 
onlar üçün mühüm siyasi məktəb oldu. Bu inqilab məğlu-
biyyətlə nəticələnsə də çar üsul-idarəsini xeyli sarsıtdı. İnqilab 
beynəlxalq imperializmin müstəmləkəçilik siyasətinə qarşı 
azadlıq hərəkatının başlanmasına da təsir göstərdi.
1905-1907-ci illər inqilabı, mərkəzdə olduğu kimi, milli 
ucqarlarda da, o cümlədən türk xalqları yaşayan bölgələrdə də 
məğlubiyyətlə nəticələndi. Birinci rus inqilabı zamanı türk 
xalqlarının ictimai hərəkatları istər rus, istərsə də başqa mət-
buat səhifələrində geniş təsir bağışlamışdı.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin