3.Türk xalqları yaşayan bölgələrdə Stolıpin aqrar
islahatının həyata keçirilməsi
Birinci rus inqilabının qarşısında duran əsas məsələ-
lərdən biri də aqrar məsələnin həll olunması problemi idi. İn-
qilabın yatırılmasından sonra çarizm bu problemi islahatlar
yolu ilə həll etməyə, yəni hakimiyyəti və torpaqları mülkədar-
ların əlində saxlayaraq aqrar böhranın səbəblərini aradan qal-
dırmağa çalışırdı. I Rusiya inqilabının məğlubiyyətlə nəti-
cələnsə də inqilabi hərəkatların geniş vüsət alması onu göstərdi
ki, kəndlərdə, milli ucqarlarda hökumətin sosial dayağı yoxdur.
1905-1907-ci illər inqilabı Rusiyada aqrar məsələsini
onun burjua inkişafının milli xüsusiyyəti olduğunu tamamilə
təsdiq edərək, bunu başlıca məsələ kimi bütün kəskinliyi ilə
irəli sürdü. İslahatdan sonrakı bütün inkişaf sübut etdi ki, həm
mülkədar, həm də kəndli təsərrüfatı, feodalizmin saysız-hesab-
sız qalıqları ilə buxovlansa da, kapitalizm yolu ilə inkişaf edir.
1905-1907-ci illər inqilabı dövründə kəndli hərəkatından qor-
xuya düşmüş hökumət kəndlilərin torpaq uğrunda mübarizəsini
dayandıra bilən tədbirlər görmək qərarına gəldilər. 1905-ci il
noyabrın 3-də çar hökuməti mülkədarlardan torpağı satın alıb
96
kəndlilərə satan Kəndli torpaq bankının fəaliyyətini genişlən-
dirmək haqqında fərman verdi. Torpaq məsələsi ilə əlaqədar
daha geniş tədbirlər işləyib hazırlamaq məqsədi ilə hökumət
1906-cı il yanvarın 6-da kəndlilərin pay torpaqlarına malik
olmaq hüququna aid qanunların ilkin qaydada işlənib hazırlan-
ması üçün “xüsusi müşavirə” adlanan bir müşavirə çağırdı.
Müşavirə zadəganlara məxsus torpaq fondunun toxunulmaz-
lığını saxlamaq barədə mülkədarların və onların siyasi partiyası
olan “Birləşmiş zadəganlar şurası”nın xüsusi sifarişini yerinə
yetirdi. Müşavirə mülkədar torpaqlarının onlardan hətta qismən
alınmasına dair bütün təklifləri rədd etdi və 1906-cı il yanvarın
25-də kəndlilərin öz icma torpaqlarından istifadə etməsində
dəyişiklik haqqında yekdilliklə qərar çıxardı. Bu qərarda de-
yilirdi ki, icma torpağını yenidən dövraşırı bölüşdürməmiş cə-
miyyətdə onun üzvü olan hər bir kəndlinin özünə məxsus icma
torpaq payını xüsusi mülkiyyətə çevirməyi tələb etməyə ix-
tiyarı vardı.
Bir müddətdən sonra həmin qərar hökumət tərəfindən
bəyənildi və o, Stolıpinin aqrar siyasətinin təməlini qoydu. Bu
tədbirdə kəndli icma torpaq sahibliyini ləğv etmək və kəndliləri
öz pay torpaqlarının xüsusi sahiblərinə çevirmək nəzərdə tu-
tulurdu. 1906-cı il martın 4-də çar hökuməti yer quruluşu ad-
lanan komissiyalar yaratmaq qərarına gəldi. Bu komissiyalar
kəndli torpaq sahibliyinin ehtiyaclarını aydınlaşdırmaqla məş-
ğ
ul olmalı, Kəndli bankının əməliyyatlarında ona kömək et-
məli, kəndlilərin bir yerdən başqa yerə köçürülməsini asanlaş-
dırmalı, dövlət torpaqlarını icarəyə götürməkdə kəndlilərə yar-
dım göstərməli idi. Komissiyalar pay torpaqlarından istifadə
edilməsinin ən yaxşı üsuluna və kənd icmalarının daha xırda
təsərrüfat vahidlərinə bölünməsinə dair təkliflər verə bilərdilər.
Komissiyalar quberniyalarda və qəzalarda yaradılırdı.
Komissiyalara quberniyalarda qubernatorlar, qəzalarda isə za-
dəganların seçilmiş nümayəndələri başçılıq edirdilər. Bu ko-
missiyaların üzvlərinin əksəriyyəti hökumət orqanları tərə-
97
findən təyin olunurdu. Beləliklə, hökumət icma kəndli torpaq
sahibliyinin ləğv edilməsini öz nəzarəti altına alırdı və kəndli-
lərin özlərinə məxsus torpaqları bölüşdürməsinə imkan
vermirdi.
1906-cı il iyunun əvvəlində çar hökuməti kəndli icması-
nın ləğv edilməsi və icma torpaqlarının kəndlilərin şəxsi mül-
kiyyətinə çevrilməsi barədə öz təkliflərini baxılmaq üçün
birinci Dövlət dumasının müzakirəsinə verdi. Əslində isə o,
istəmirdi ki, Duma onun təklifini müzakirə etsin. Tezliklə I
Duma buraxıldı və icma kəndli torpaq sahibliyindən xüsusi
torpaq sahibliyinə keçmək haqqında fərman 1906-cı il noyabrın
9-da Dövlət duması tərəfindən təsdiq edilmədən elan olundu.
Bu fərmana əsasən, icma torpağına sahib olan hər bir kəndliyə
icma torpağından ona düşən payı xüsusi mülkiyyət kimi almaq
hüququ verilirdi. Fərman mülkiyyətçi kəndlilərə köhnə yerdə
yaşamaqda davam etmək, yaxud onlara mülkiyyət kimi
ayrılmış torpaq sahəsinə keçmək hüququ verirdi. Birinci halda
kəndlilər otrub, ikinci halda isə xutor sahibləri adlanırdılar.
1910-cu il iyunun 14-də II Nikolay Dumanın və Dövlət
ş
urasının qəbul etdiyi “kəndli torpaq sahibliyinə dair” qanun la-
yihəsini təsdiq etdi. Yeni aqrar qanunu 1906-cı il 9 noyabr fər-
manının prinsiplərini bərqərar edir və icma torpaq sahibliyinin
ləğv edilməsi üçün daha böyük imkanlar yaradırdı. 1910-cu il
qanunu ilə artıq məcburi qaydada bütün icmaçı kəndlilər, əgər
onların yaşadığı icmalarda ödəncə keçildiyi vaxtdan icma
torpağı yenidən dövraşırı bölünməyibsə, xüsusi mülkiyyətçilər
vəziyyətinə keçirilirdilər. 1911-ci il 29 may qanununa görə
kəndlilərin icmadan çıxması üçün kəndli yığıncağının razılığını
almaq işi də xeyli asanlaşırdı. İndi bu iş kəndli yığıncağında
səslərin üçdə iki hissəsinə əsasən deyil, sadəcə olaraq səs çox-
luğuna əsasən mümkün idi.
Hökumət yer quruluşu komissiyalarından istifadə edə-
rək, məcburi qaydada icma kəndli torpaq sahibliyini dağıtmağa
və kəndliləri torpaqdan yeni “azad etmə” işinə başladı. 1906-
98
1916-cı illər ərzində hökumət 16 milyon kəndli həyətindən
yalnız 2,1-2,3 milyon həyəti, yəni bu həyətlərin hamısının təq-
ribən 14,4 faizini icma sahibliyindən xüsusi mülkiyyətə keçirə
bildi. Lakin, icmadan ayrılmış kəndlilərin az olmasına baxma-
yaraq, onların bir çoxu tamamilə var-yoxdan çıxdı və öz
torpağını itrdi.
Kəndlilər çar aqrar qanununa qarşı qətiyyətlə mübarizə
aparırdılar. Onlar öz nümayəndələrini yer quruluşu komissi-
yalarına göndərməkdən imtina edir, kəndlilərin icmadan ayrıl-
ması üçün cəmiyyətin razılığını vermir, torpağın öz xüsusi
mülkiyyətinə keçirilməsi barədə ərizə verən kəndliləri təqib
edir və onları öz ərizələrindən imtina etməyə məcbur edirdilər.
Hökumət öz siyasətindən əl çəkmək istəmir, kəndlilər isə buna
kütləvi etirazla cavab verdilər. Kəndli hərəkatı yenidən
yüksəlməyə başladı.
Çar hökuməti kəndlilərin mübarizəsini zəiflətmək və
müəyyən mənada məhdudlaşdırmaq məqsədilə Stolıpin aqrar
qanunun qüvvəsini yalnız bir sıra mərkəzi quberniyalar ilıə
məhdudlaşdırıb, qeyri rus quberniyalarının əksəriyyətini, o
cümlədən Qafqazı, Orta Asiyanı və Volqaboyunun bir sıra böl-
gələrini bu qanunun qüvvəsi dairəsindən çıxardı. Çar hökuməti
bu rayonlarda öz aqrar siyasətini köhnə torpaq münasibətləri
ə
sasında yeritməkdə davam edərək, rus kəndlilərini milli ra-
yonların kəndlilərindən ayırmağa çalışırdı. Lakin çar hökumə-
tinin bu tədbiri müvəffəqiyyət qazanmadı.
Rusiyanın ucqarlarında Stolıpinin aqrar islahatı yarımçıq
və məhdud şəkildə həyata keşirilirdi. Orta Asiyada kənd icma-
larının dağılması nəticəsində torpaqlar kəndlilərə xüsusi mül-
kiyyət kimi deyil, yalnız müvəqqəti istifadəyə veriliridi. Kəndli
icmanın dağılmasından sonra torpağın sahibi hesab edilsə də,
xüsusi mülkiyyətçi kimi heç bir sənəd almırdı. O, öz torpağını
yalnız dövlət torpaqları üzərində hüququ olan şəxsə verə bi-
lərdi. Orta Asiya, Sibir və digər milli rayonların kəndliləri mər-
kəzi quberniyaların kəndlilərinə nisbətən daha məhdud
99
hüquqlar əldə etdiklərinə görə dəfələrlə mərkəzi hökumətə
ş
ikayət ərizələri və tələblər göndərmişdilər. Türk xalqları re-
gionlarının əksəriyyətinin kəndliləri də onlara ruslarla eyni
hüquqların verilməsini tələb edirdilər.
Stolıpin aqrar islahatı Volqaboyu, Sibir və Krımda mü-
vəffəqiyyət qazana bilmədi. O, ucqarlarda natamam şəkildə
həyata keçirilmişdi. Məhdudiyyətlər Sibirdə daha çox nəzərə
çarpırdı. Sibir torpaqları, o cümlədən türklərin yaşadıqları
ə
razilər, yenə də əvvəlki kimi Dövlətin mülkiyyəti olaraq qa-
lırdı. Volqaboyu ərazilərdə islahat məcburi şəkildə həyata keçi-
rilirdi. Burada islahatdan boyun qaçıran və ona qarşı çıxan hər
bir şəxs üç ay müddətinə həbs edilməli və ya cərimə olunmalı
idi. Aqrar islahatın həyata keçirilməsi nəticəsində Krımda pay
torpaqları daha çox azalmışdı. Bu isə bir tərəfdən yoxsul təsər-
rüfatların sayının artmasına, digər tərəfdən isə muzdlu əmək-
dən istifadə edən iri qolçomaq təsərrüfatlarının çoxalmasına
səbəb olurdu.
İnqilabdan əvvəlki dövrə nisbətən çar hökumətinin
köçürmə siyasəti də dəyişikliyə uğradı. Hökumət, köçürməni
məhdudlaşdırmaq siyasətindən kəndlilərin kütləvi surətdə Orta
Asiya, Sibir və başqa yerlərə köçürülməsi siyasətinə keçdi.
Kəndlilərin köçürülməsi Stolıpin aqrar islahatının tərkib his-
səsini təşkil edirdi. Köçürmə siyasətində məqsəd, Rusiyanın
mərkəzi quberniyalarında torpaq çatışmamazlığını aradan qal-
dırmaq, inqilabi əhval-ruhiyyədə olan kəndliləri mərkəzdən
uzaqlaşdıraraq Sibir və Qazaxıstana göndərmək, milli ucqarlar-
da ruslaşdırma siyasəti yeritmək və qeyri-rus xalqları milli-
müstəmləkə zülmü altında saxlamaq üçün köçürülən ruslardan
bir vasitə kimi istifadə etmək idi. Orta Asiya, Sibir və digər
bölgələrə köçürülən kəndlilər yerli əhalidən alınmış torpaqla
təmin edilirdi. Çar hökumətinin köçürmə siyasətini həyata
keçirən məmurlar ən münbit torpaqları yerli əhalidən alaraq
onları qeyri-münbit torpaqları çəkilməyə məcbur edirdilər. Bu
isə bölgələrdə yerli əhalinin üsyanlarına səbəb olurdu. Bu dövr-
100
də Rusiyanın mərkəzi quberniyalarında kəndli çıxışları zəif-
lədiyi halda, Orta Asiyada bu hərəkat güclənməkdə idi.
Çarizmin köçürmə siyasəti də onun özünə qarşı çevrildi.
Çar hökuməti bu siyasət nəticəsində “həm Rusiyada, həm də
ucqarlarda kəndlilərin narazılığının artmasına və onların vəziy-
yətinin daha da ağırlaşması”na nail oldu. Köçürülənlərin sayı
1905-ci ildə 39 min, 1906-cı ildə 141 min, 1907-ci ildə 427
min, 1908-ci ildə 665 min nəfər idi. Sonra, köçürülənlərin sayı
xeyli azalmağa başladı. 1909-cu ildə köçürülənlərin sayı 619
min, 1910-cu ildə 316 min və 1911-ci ildə 183 min nəfər idi.
Bununla bərabər, 1910-cu ildən etibarən geri qayıdanların sayı
sürətlə artdı. Bu, çar hökumətinin köçürmə siyasətinə bağladığı
bütün ümidlərin boşa çıxması demək idi.
Bu siyasətin müvəffəqiyyətsizliyinin iki başlıca səbəbi
var idi. Birinci səbəb ondan ibarət idi ki, köçürülənlər əsasən
yoxsullar idi. Onlar Orta Asiyaya, Sibirə və başqa yerlərə öz
vəziyyətlərini yaxşılaşdırmaq ümidi ilə köçürdülər. Onlar
satdıqları torpaqdan və əmlakdan əldə etdikləri az məbləğə və
dövlətdən aldıqları azacıq pulu yola xərclədiklərindən, köçürül-
dükləri yeni yerdə özlərinə təsərrüfat düzəltmək üçün vəsaitləri
qalmırdı. Aldanıb var-yoxdan çıxanların bir hissəsi köçürül-
dükləri yerdə varlıların əsarəti altına düşür, köçürülənlərin çox
hissəsi isə peşmançılıqla öz köhnə yurdlarına qayıdırdı. İkinci
səbəb, köçürmə işinin düzgün təşkil edilməməsindən ibarət idi.
Köçürülənlərdən ötrü çox zaman təsərrüfat üçün yararlı torpaq
ayırıb vermirdilər. Kifayət qədər borc verilmirdi. Köçürmə si-
yasəti qarşısında sırf siyasi məqsədlər qoyan çar hökuməti
onun iqtisadi nəticələri barəsində düşünmürdü. Köçürülənlərə
kömək göstərilməsinin təşkili üçün geniş tədbirlər əsla görül-
mürdü. Nəticə etibarı ilə köçürülmə siyasəti kütləvi köçürülmə
rayonlarında iqtisadi və siyasi vəziyyətin kəskinləşməsinə
səbəb oldu.
Kəndli bankının fəaliyyəti də müvəffəqiyyətsizliyə uğ-
radı. 1906-cı ildən 1916-cı ilədək Kəndli bankı 6,5 milyon
101
desyatin torpaq almış və kəndlilərə, başlıca olaraq qolçomaq-
lara təqribən 4,1 milyon desyatin torpaq satmışdı. Bu müddət
içərisində Bank torpaqlarında və Kəndli bankının yardımı ilə
alınan torpaqlarda 280 minədək otrub və xutor təsərrüfatı
yaradılmışdı. Kəndli torpaq bankı torpaqların satışı ilə yanaşı
onları icarəyə də verirdi. İcarəyə verilmiş torpaqların haqqı ya
pulla, ya da natura şəklində ödənilirdi. Kazan quberniyasında
pulla icarə üstünlük təşkil etmişdi.
Çar hökuməti müsəlman dininə etiqad edən xalqları təh-
lükəli hesab edirdi, çünki Stolıpinin yazdığı kimi, “gərgin gün-
lərdə qiyamçı Zaqafqaziyanın, zahirən sakit görünən Volqabo-
yunun və narahat Türküstanın özgə xalqları inqilab cəbhəsində
olacaqlar”. Çarizm müsəlman əhali arasında inqilabi hərəkatın
qarşısını almaq üçün bütöv tədbirlər sistemi işləyib hazırladı.
Bu tədbirlərdən ən başlıcası “müsəlmanların xristianlaşdırıl-
ması” deyilən tədbir idi. Hökumət bu məqsədlə Kazanda ruhani
akademiyası nəzdində xüsusi olaraq missionerlik şöbəsi açdı
ki, bu şöbə çox keçmədən öz məzunlarının böyük bir qrupunu
müsəlman rayonlarına göndərdi. Çar missionerləri bir çox
rayonlarda polis orqanlarının köməyi ilə xristianlığı yayırdılar.
Stolıpin aqrar islahatı kənd təsərrüfatında kapitalizmin
inkişafını gücləndirdi. Lakin aqrar islahatlar bütövlükdə höku-
mətin və mülkədarların gözlədikləri nəticələri vermədi. Mülkə-
darlarla kəndlilər arasında torpaq uğrunda mübarizə Stolıpinin
aqrar siyasəti nəticəsində nəinki zəifləmədi, əksinə gücləndi.
Çar hökuməti iqtisadi inkişafın və sinfi mübarizənin gedişində
qarşıya qoyulmuş vəzifəni yerinə yetirə bilmədi. Stolıpin
islahatı kəndli məsələsini gündəlikdən həll edib çıxarmadı. İs-
lahat bütün çətinlikləri və qüsurlarına baxmayaraq türk xalqları
yaşayan bölgələrdə kapitalizmin inkişafı, bank və maliyyə sis-
teminin yaranması, yeni sənaye sahələrinin meydana gəlməsi,
burjuaziya və fəhlələrin təşəkkülünə səbəb olmuşdu.
|