Azərbaycan respublikasi təHSİl naz


partiyalar və digər ictimai təşkilatlar ləğv edilmiş, ölkənin yeni



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə25/36
tarix08.12.2022
ölçüsü1,4 Mb.
#120635
1   ...   21   22   23   24   25   26   27   28   ...   36
86 turk


partiyalar və digər ictimai təşkilatlar ləğv edilmiş, ölkənin yeni 
konstitusiyası və bir sıra yeni qanunlar qəbul olunmuş, Türkiyə 
cəmiyyətinin siyasi quruluşunda ciddi dəyişikliklər baş ver-
mişdir. 
Hərbi rəhbərlik Türkiyənin bağladığı bütün müqavilə və 
sazişlərə, o cümlədən NATO-ya sədaqətli qaldığını, eyni za-
manda başda qonşu dövlətlər olmaqla bütün ölkələrlə hərtərəfli 
ə
məkdaşlığı inkişaf etdirəcəyini bildirirdi. ABŞ ilə münasi-


142
bətlər istər NATO çərçivəsində, istərsə də ikitərəfli qaydada 
inkişaf etməkdə idi. 29 noyabr 1982-ci ildə iki dövlət arasında 
“Qarşılıqlı anlaşma haqqında memorandum”un imzalanması 
Türkiyə-ABŞ yaxınlaşmasının yeni bir göstəricisi oldu. Sovet 
dövləti ilə münasibətlər sovet qoşunlarının Əfqanıstanı işğal 
etməsi, eləcə də bu dövlətin Türkiyədəki bəzi separatçı qüvvə-
ləri dəstəkləməsi, hətta təşkilatlandırması və silahlandırması 
səbəbindən xeyli sərinləşsə də Ulusu hökuməti qonşu döv-
lətlərlə münasibətlərdə olan gərginliklərin aradan qaldırılma-
sına cəhd göstərdi. 
ABŞ-ın rəsmi dairələri Türkiyədəki bu dövlət çevrilişini 
razılıqla qarşıladılar, ona tərəfdar olub kömək edəcəklərini bil-
dirdilər. NATO da bu işə müsbət münasibətdə olduğunu bil-
dirdi. Lakin bəzi Avropa dövlətləri hərbi diktatura yaradılması 
ilə əlaqədar Türkiyə demokratiyasının taleyi üçün narahat 
olduqlarını bildirdilər.
MTŞ-nin qərarı ilə ictimai təşkilatların fəaliyyətinin qa-
dağan olunması barədəki göstəriş müəyyən qədər götürüldü və 
beləliklə də ictimaiyyətin nüfuzlu dairələrinin konstitusiya layi-
həsinin hazırlanmasında iştirak etmələri üçün şərait yaradılmış 
oldu. Yeni konstitusiya ətrafında Türkiyə mətbuatında geniş 
diskussiya başlandı. 1982-ci il konstitusiyasının hazırlanma-
sında siyasi partiyalar iştirak etmədilər. 1982-ci il konstitu-
siyası 1924 və 1961-ci il konstitusiyaları ilə müqayisədə güclü 
dövlət və nüfuzlu hakimiyyət olması məsələsinə daha çox 
ə
həmiyyət verirdi.
1983-cü ilin aprelində qəbul olunmuş siyasi partiyalar haq-
qında qanun MTŞ-nin fəaliyyətinə qarşı partiyaların çıxış 
etmələrini qadağan edirdi. Partiyalara həmçinin dindən siyasi 
məqsədlər üçün istifadə etmək qadağan edilirdi. Həmin qanuna 
ə
sasən partiyalar xarici təşkilatlardan hər hansı bir kömək ala 
bilməzdilər. Partiyaların bütün işi və onların təbliğat fəaliyyəti 
ancaq türk dilində olmalı idi. MTŞ partiyaların siyasi fəaliy-


143
yətinin qadağan olunması barədəki qanunun da 1983-cü il 
aprelin 24-də ləğv olunması barədə qərar qəbul etdi.
Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin