Azərbaycan respublikasi təHSİl naz


partiyaları bir araya gəldilər və koalisyon hökumət yaradılması



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə24/36
tarix08.12.2022
ölçüsü1,4 Mb.
#120635
1   ...   20   21   22   23   24   25   26   27   ...   36
86 turk


partiyaları bir araya gəldilər və koalisyon hökumət yaradılması 
şə
rtlərini razılaşdırdılar. 20 fevralda Ürküplünün başçılığı 
altında koalisyon hökumət təşkil olundu. S.Ürküplü hökuməti 
dövründə mühüm hadisə 1965-ci il parlament seçkiləri oldu. 10 
oktyabrda keçirilən bu seçkilərdə ƏP deputat yerlərinin çoxunu 
qazandı və S. Dəmirəl başda olmaqla hökuməti təşkil etdi.
Türkiyə və SSRİ iki ölkə arasında əlaqələrin inkişafına qar-
ş
ılıqlı maraq göstərirdilər. Bu isə iki ölkənin iqtisadi və elmi-
texniki əməkdaşlığına şərait yaradırdı. 1964-1965-ci illərdə 
xarici işlər nazirlərinin qarşılıqlı səfərləri həyata keçirildi. 
1965-ci ilin avqustunda Türkiyənin baş naziri Moskvaya gəldi. 
1967-ci ildə iki ölkə arasında imzalanmış sazişə əsasən SSRİ 
Türkiyədə yeddi iri sənaye müəsissəsinin tikilməsinə kömək 
etməli idi. Tərksilah, müstəmləkələrin ləğvi və Yaxın Şərq 
böhranı kimi məsələlərdə SSRİ ilə Türkiyənin mövqelərində 
oxşar cəhtlər var idi. 1972-ci ilin aprelində SSRİ ilə Türkiyə 
arasında münasibətlərin prinsipləri haqqında bəyannamə imza-
landı. SSRİ-nin köməyi ilə Türkiyədə tikilən müəssisələr 
içərisində 1977-ci ildə istifadəyə verilən İsgəndərun metallur-
giya kombinatı böyük əhəmiyyətə malik idi. 1978-ci ilin 


140
yayında Türkiyənin baş naziri B.Ecevit SSRİ-ə rəsmi səfərə 
gəldi. 1984-cü ilin sonunda SSRİ hökumətinin sədri N.Tixo-
novun Türkiyəyə səfəri zamanı 1986-1989-cu illərdə iqtisadi 
və elmi-texniki əməkdaşlıq proqramı imzalandı.
1960-cı ildə Kipr istiqlaliyyət aldıqdan sonra yunanlar 
türkləri sıxıdırmağa başladılar. Kiprli türklər özlərini müdafiə 
etmək üçün təxminən 12 min nəfərlik hərbi birləşmə təşkil 
etməyə məcbur oldular. Buna cavab olaraq Kipr hökuməti 
hərbi mükəlləfiyyət tətbiq etdi. Yunanıstanın təzyiqi ilə yeni 
orduya millətçi Qrivas komandan təyin edildi. Əslində bu ordu 
Yunanıstan ordusunun bir hissəsi kimi fəaliyyət göstərirdi. 
Gizli olaraq adaya yunan ordusunun bir diviziyası da gətiril-
mişdi. Qrivas 1967-ci ildə “enozis”i zorla həyata keçirmək 
üçün türklərə qarşı hücum əmri verdi. Lakin say üstünlüyünə 
baxmayaraq yunanlar türklərin müqavimətini qıra bilmədilər, 
münaqişə uzandı. Yunanıstan ilə Türkiyə arasında müharibə 
təhlükəsi yarandı. Beynəlxalq ictimaiyyətin təzyiqi altında 
1968-ci ildə Yunanıstan gizli olaraq Kiprə göndərdiyi diviziya-
sını geri çağırmağa məcbur oldu, general Qrivas vəzifəsindən 
azad olundu və Kiprdən çıxarıldı.
70-ci illərin əvvəllərində Kiprdə birləşmə tərəfdarları 
yenidən fəallaşdılar. 1971-ci ildə gizli olaraq Kiprə qayıdan 
Qrivas terrorçu təşkilatı yaratdı. Məqsədi Kiprə Yunanıstanın 
müdaxiləsi üçün şərait yaratmaqdan ötrü adada vəziyyəti gər-
ginləşdirmək idi. Qrivas tərəfdarları Milli qvardiyada üstünlük 
təşkil edirdilər. Milli qvardiya 1974-cü ilin iyulunda adanın 
cənubunda türklərə qarşı qırğınlar törətdi. Türkiyənin diplo-
matik səyləri heç bir nəticə vermədi. Türkiyə Kipri xarici mü-
daxilədən müdafiə etmək üçün 1974-cü il iyulun 20-də öz qo-
ş
unlarını adaya çıxardı. 1974-cü ilin oktyabrında Kipr problemi 
BMT Təhlükəsizlik Şurasında müzakirə olundu. Qəbul olun-
muş qətnamədə Kiprin ərazi bütövlüyünə, müstəqilliyinə və 
bloklara qoşulmamaq siyasətinə hörmət, bütün xarici qoşunla-
rın çıxarılması, mübahisəli məsələlərinin yunan və türk icma-


141
ları arasında danışıqlıqlar yolu ilə həll edilməsi nəzərdə tutu-
lurdu. 1975-ci ilin yanvarında BMT baş katibinin vasitəçiliyi 
ilə icmalararası danışıqlar başlandı. 1975-ci ilin fevralında türk 
icmasının rəhbərləri Kiprin türk qoşunları tərəfindən tutulmuş 
hissəsində Kipr türk dövləti yarandığını elan etdilər. 1976-cı 
ildə R.Denktaş həmin dövlətin prezidenti seçildi. 1983-cü il 
noyabırın 14-də bu dövlət Şimali Kipr Türk Cümhuriyyəti 
adlandırıldı. BMT Təhlükəsizlik Şurası türk icmasının qərarını 
hüquqi qüvvəsi olmayan qərar adlandırdı. 
70-ci illərdə beynəlxalq enerji böhranı nəticəsində neft və 
neft məhsullarının çox sürətlə artması Türkiyə iqtisadiyya-
tından da yan keçmədi. Türkiyədə iqtisadi çətinliklər qarşısında 
qaldı. Həm də aydın oldu ki, ölkədə yaradılmış iqtisadi istehsal 
infrastrukturunun daxili imkanlara əsaslanmaq zəminində fəa-
liyyəti mümkün deyildir. Ona görə ki, Türkiyə enerji ehti-
yatlarının çox böyük hissəsini neft idxalı hesabına ödəyirdi və 
özünün daxili enerji mənbələri kifayət qədər az idi. Birdən-birə 
neft və neft məhsullarının qiymətinin artması ölkə iqtisadiy-
yatını böhran həddinə gətirib çıxartdı. Yaranmış şəraitdə 
Türkiyə öz iqtisadi inkişaf kursuna korrektələr etməyə başladı 
və bununla da sonrakı illərdə ölkənin inkişaf strategiyasının 
ilkin təməlləri qoyuldu.
12 sentyabr 1980-ci ildə Türkiyədə hərbi çevriliş oldu. 
Kenan Evrenin başçılıq etdiyi Milli Təhlukəsizlik Şurasının 
hakimiyyəti öz üzərinə götürməsi Türkiyənin tarixində yeni bir 
mərhələnin başlanğıcı oldu. Hərbi çevriliş nəticəsində siyasi 
Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin