4. Türk xalqları Birinci Dünya müharibəsi illərində
Birinci dünya müharibəsi böyük imperialist dövlətləri
arasındakı ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş verdi.
İ
mperializm dövründə kapitalizmin qeyri-bərabər inkişafının
xüsusilə güclənməsi nəticəsində XX əsrin əvvəllərində böyük
dövlətlər arasındakı ziddiyyətlər son dərəcə kəskinləşdi. Bu
ziddiyyətlərin ən başlıcası ingilis-alman ziddiyyətləri idi.
İ
qtisadi inkişaf sürəti cəhətdən İngiltərəni ötüb keçən və dünya
bazarında onu sıxışdıran Almaniya Yaxın və Orta Şərqdə,
həmçinin Afrikada geniş işğalçılıq siyasəti apararaq Britaniya
müstəmləkə imperiyasının bütövlüyünə təhlükə törədirdi.
İ
ngiltərə bütün qüvvəsini Almaniyanın işğalçı siyasətini sarsıt-
mağa və öz müstəmləkə torpaqlarını, dənizlərdəki hökmran-
lığını qoruyub saxlamağa sərf edirdi.
Fransız-alman ziddiyyətləri də olduqca mürəkkəbləş-
mişdi. Fransa tərəfi Almaniyanın 1871-ci ildə işğal etdiyi Elzas
və Lotaringiyanın qaytarılmasını tələb edirdi. Fransanın
Afrikadakı müstəmləkələri üstündə Almaniya və Fransa Afri-
kada da toqquşurdular.
Beynəlxalq münasibətlərdə bir tərəfdən Rusiya, digər
tərəfdən isə Almaniya və Avstriya-Macarıstan arasındakı zid-
diyyətlər də mühüm yer tuturdu. Çar Rusiyası bu ölkələrlə
Yaxın Şərqdə və Balkanlarda toqquşurdu. Avstriya-Macarıs-
tanın Balkanlarda güclənən işğalçılıq siyasəti, burada Rusiya
təsirini tamamilə sarsıtmaq təhlükəsi yaradırdı. Rusiya ilə Al-
maniya arasında ciddi iqtisadi ziddiyyətlər də var idi.
Başlıca imperialist dövlətləri arasındakı ziddiyyətlər iki
düşmən qruplaşmanın yaranmasına səbəb oldu. Hər iki qrup-
laşma üzvləri öz hökmranlığını möhkəmlətmək və xalqları
ə
sarət altına almaq məqsədi ilə dünyanı yenidən bölüşdürmək
planları hazırlayırdılar. İmperialist dövlətlərinin hazırlıqları
birinci dünya müharibəsinə gətirib çixartdı.
103
Müharibəni 1914-cü ilin avqustunda Almaniya başlasa
da İngiltərə, Rusiya, Fransa da müharibəyə az maraq göstərmir-
dilər. Birinci dünya müharibəsi müharibə edən ölkələrin iqti-
sadiyyatı qarşısında müstəsna tələblər qoydu. Müharibə, bütün
iqtisadiyyatı cəbhənin ehtiyaclarını ödəməyə keçirməyi tələb
edirdi. Rusiya öz iqtisadi geriliyi, ictimai və siyasi quruluşunun
çürüklüyü nəticəsində xüsusilə ağır vəziyyətə düşdü. Rusiyanın
müharibəyə hazır olmaması, müharibə başlanan kimi birinci
növbədə özünü silah və döyüş sursatının çatışmamasında gös-
tərdi. Təhlükəli vəziyyət yaranmasına baxmayaraq, çar hö-
kuməti hərbi istehsalın genişləndirilməsi üçün uzun müddət
ciddi tədbirlər görmədi. Çar hökuməti hələ müharibədən əvvəl
hərbi məhsul istehsal edən iri xüsusi müəssisələrə top və mərmi
sifarişi verməklə kifayətləndi.
Müharibə Rusiyanın onsuzda geridə qalmış iqtisadiyya-
tını bərbad hala saldı. 15 milyona qədər fəhlə və kəndli cəb-
həyə çağırıldığı üçün təsərrüfatdan ayrılmışdı. Cəbhəyə gedən
fəhlələri qadınlar və yeniyetmələr əvəz etmişdilər. İş şəraiti də
pisləşmişdi. İş vaxtından çox, istirahət günləri və gecələr işlə-
mək qanuni hala çevrilmişdi. Kənddə də vəziyyət ağırlaşmışdı.
Müharibənin elə ilk günlərindən nəqliyyat, birinci növ-
bədə dəmiryol nəqliyyatı ağır vəziyyətə düşdü. Dəmiryol tikin-
tisi demək olar ki, dayandırıldı. Dəmiryollarında vaqonlar və
parovozlar çatışmırdı. Dəmiryol nəqliyyatı yük daşımaları hə-
yata keçirə bilmirdi. 1916-cı ildə nəqliyyat ordu üçün ərzaq
daşınmasını ancaq əlli faiz yerinə yetirdi. Müharibə illərində
kənd təsərrüfatında da vəziyyət çox ağır oldu. Ən çox iş qabi-
liyyətli kənd əhalisinin orduya səfərbər edilməsi kənd təsərrü-
fatının kəskin tənəzzülünə səbəb oldu. 1914-cü ildə əkilmiş tar-
laların 20 faizindən, 1916-cı ildə isə əkilmiş tarlaların 15 fai-
zindən taxıl yığılmadı. 1915-ci ildə Rusiyada ümumi taxıl
yığımı 1913-cü ildəkinə nisbətən 20 faiz, 1916-cı ildə isə 30
faiz azaldı. 1916-cı ilin sonlarına yaxın Rusiya dərin təsərrüfat
böhranı keçirirdi. Sənaye, kənd təsərrüfatı və nəqliyyat bərbad
104
hala düşmüşdü. Müharibə edən ölkələrin heç birində dağıntı
Rusiyadakı kimi deyildi. Müharibə dövründə İngiltərə öz sər-
vətinin 15 faizini itrdiyi halda, çar Rusiyasının itkisi 60 faiz idi.
Birinci dünya müharibəsi Rusiyanın milli ucqarlarının da
iqtisadiyyatını səfərbər etmişdi. Sənayenin bir çox sahələri
cəbhə üçün işləyirdi. Müharibə başlayandan sonra kəndlilərin
vəziyyəti daha da ağırlaşmışdı. Rusiya hökuməti cəbhə üçün
vacib olan xammal və sənaye məhsullarının daşınmasını möh-
kəmləndirmək üçün bir sıra tədbirlər görmüşdü. 1916-cı ilin
aprelində Fərqanə dəmiryolu istifadəyə verilmişdi. Yeni se-
ment və pambıqtəmizləmə zavodları işə salınmışdı. Müharibə
şə
raitində başqa kənd təsərrüfatı bitkiləri əvəzinə yalnız cəbhə-
ni toxuculuq məmulatı ilə təchiz etmək üçün pambıq əkilməsi
xalq kütlələrinin narazılığına səbəb oldu. 1916-cı ilin payızın-
dan başlayaraq kənd təsərrüfatının bütün sahələrində tənəzzül
baş vermişdi. 1917-ci ildən etibarən həm sənaye və həm də
kənd təsərrüfatı sahələri böhran keçirirdi. Çələkən adasında
neft hasilatı 10 dəfə azalmışdı. Duz,daş kömür çıxarılması da
dayanmaqda idi. Yun və boyaq məhsullarının olmaması nəticə-
sində xalça istehsalı azalmışdı. Ölkədə maliyyə böhranı tə-
minatsız istiqrazların buraxılmasını artırmışdı.
Orta Asiya əhalisinin sosial-iqtisadi vəziyyəti xeyli ağır-
laşmışdı. Ölkənin təsərrüfatına dağıdıcı təsir göstərən müharibə
bu regionun sosial-iqtisadi problemlərini daha da kəskinləşdir-
mişdi. Türküstanda 1913-cü ilə nisbətən 1916-cı ildə sənaye
məhsullarının qiyməti 4 dəfə artmışdı. Çoxişlənən, tələbat mal-
larını tapmaq çətinləşmişdi. 1916-cı ilin payızında şəhərlərdə
yoxsulluq son həddə çatmışdı. Kəndlilərdən alınan müxtəlif
vergilər getdikcə artırılırdı. Əhalinin ən çox narazılığına səbəb
olan, etiraz doğuran hərbi istiqrazların yayılması və müharibəni
“qələbə ilə sona çatdırmaq” naminə tez-tez pul və əşya ianəsi
toplanması idi.
Müharibə illərində Tatarıstanın sənaye müəsissələrinin
çoxu cəbhə üçün işləyirdi. Ordunu təchiz etmək və geyim
105
hazırlamaq üçün toxuculuq məmulatı istehsalı xeyli geniş-
ləndirilmişdi. Kazan şəhərindəki ən iri gön-dəri fabriki daha da
böyüdülmüşdü. Tatarıstan sənayesinin hərbiləşdirilməsində
1915-ci ildə yaradılmış Kazan hərbi-sənaye komitəsinin böyük
rolu olmuşdu. Onun köməyilə sahibkarlar əlverişli hərbi si-
farişləri yerinə yetirmək üçün müqavilələr bağlamışdılar.
Müharibə bütövlükdə Tatarıstanın sənayesinə də mənfi təsir
göstərmişdi. İxtisaslı fəhlələrin çatışmaması, istehsalda əmək
məhsuldarlığını aşağı salmış və məhsulun keyfiyyətini pisləş-
dirmişdi. Orta və xırda müəssisələrin çoxu istehsalı ya ixtisar
etmiş və ya da dayandırmışdı. Cəbhə üçün işləyən bəzi müəs-
sisələr də məhsul istehsalını ixtisar etməyə başlamışdılar. Mü-
haribə illərində Tatarıstanda əkin sahələri də xeyli azalmış və
məhsuldarlıq aşağı düşmüşdü. Kənd təsərrüfatı alətləri və iş
heyvanı çatışmırdı.
Müharibənin birinci ilindən Başqırdıstanda sənaye
müəssisələrinin xeyli hissəsi hərbi sursat istehsalına keçmişdi.
Dövlətə məxsus müəssisələr çuqun, polad, top mərmiləri, silah
istehsal edirdilər. Başqırdıstanda daş kömür çıxarılması xeyli
artmışdı. Burada dağ-mədən, metallurgiya sənayesində müha-
ribənin yaratdığı canlanma 1916-cı ilin payızına qədər davam
etmişdir. Bundan sonra ölkıdə baş verən təsərüüfat dağıntısının
təsiri altında sənaye məhsullarının azalması prosesi başlamışdı.
Kişilərin cəbhəyə səfərbərliyə alınması və atların müsadirə
edilməsi yüzlərlə ailəni işçi qüvvəsi və qoşqu heyvanından
məhrum etmişdi. 1917-ci ildə atı və inəyi olmayan kəndli təsər-
rüfatları bütün təsərrüfatların 30 faizini təşkil edirdi. Başqa böl-
gələrdə olduğu kimi burada da əhalinin sosial-iqtisadi vəziyyəti
xeyli pisləşmişdi. Müharibə nəticəsində meydana çıxan çətin-
liklərlə bağlı ən zəruri məhsulların qiyməti artmağa başladığı
halda, fəhlələrin real əmək haqqı azalırdı.
Müharibə illərində Krım bilavasitə döyüş zonasında
yerləşirdi. Düşmənin hərbi gəmiləri yarımadanı hətta yaşayış
məntəqələrini dəfələrlə artileriya atəşinə tutmuşdular. Mühari-
106
bə başlayandan az sonra, burada da ərzaq məhsullarının, xü-
susən çörəyin qiyməti 3, ətin qiyməti 4,5, yağın qiyməti 5, kar-
tofun qiyməti isə 10 dəfə artmışdı. Əsgərlərin və hərbi yüklərin
birinci növbədə daşınması ilə əlaqədar olaraq sənaye müəs-
sisələri xammal və yanacaq,əhali isə yaşayış üçün zəruri olan
məhsulları ala bilmirdi. Ölkədə işsizlər ordusu yaranmışdı.
1916-cı ildən isə şəhər və fəhlə qəsəbələrində zəruri ərzaq
məhsulları kartoçka sistemi ilə verilirdi. Tibbi yardım və sosial
qayğı olduqca aşağı səviyyədə idi. Müharibənin bütün ağırlığı
xalqın üzərinə düşürdü. Amansız milli-müstəmləkə zülmü, çar
məmurlarının zorakılığı və özbaşınalığı, müharibənin gətirdiyi
səfalətlər kəndliləri tamamilə müflisləşdirir və onları dilənçi
kökünə salırdı.
Müharibə Sibirin iqtisadiyyatına da mənfi təsir göstər-
mişdi. Sibirin də fabrik və zavodlarının çoxu cəbhə üçün işlə-
yirdi. Cəbhənin tələbatı, sənaye üçün həlledici əhəmiyyət kəsb
etdi. Sənayenin hərbi istehsala keçməsi, “dinc” istehsal deyilən
sənaye sahələrinin azalması ilə bir vaxtda baş verirdi. Sənaye
birtərəfli, hərbi istiqamətdə inkişaf edirdi. Müharibə Sibirdə
sosial-iqtisadi problemlər də yaratmışdı. Əmək qabiliyyətli in-
sanların müharibəyə getməsi ailələrin ciddi çətinliklərlə qarşı-
laşmasına səbəb olurdu. Kənd təsərrüfatında vəziyyət daha pis
idi. Əkilməyən torpaq sahələri artır, məhsuldarlıq aşağı dü-
ş
ürdü. Çoxişlənən, gündəlik tələbat məhsulları tapılmır, möh-
təkirlik artırdı. Kəndlilərdən alınan müxtəlif vergilər getdikcə
artırılırdı. Kəndli təsərrüfatının var-yoxdan çıxması prosesi
güclənirdi.
Rusiya dövləti müsəlman xalqlarına etibar etmədiyinə
görə, gəncləri əsgərliyə çağırmırdı. Çar hökuməti onlara silah
verməkdən ehtiyyat edirdi. Müsəlmanların orduya səfərbərliyə
alınmaması həm də bu xalqların hərb sənətinə yiyələnməməsi
məqsədini güdürdü. Lakin müsəlmanların orduya çağırılma-
ması müqabilində onlardan xüsusi vergi alınırdı. 1916-cı ilin
15 iyun tarixli çar fərmanı ilə “özgə xalqlardan olan” vətəndaş-
107
lar müharibə ilə əlaqəli işlərə səfərbərliyə alındı. Bunu nəticə-
sində əmək qabiliyyətli əhali təsərrüfatdan ayrılaraq arxa cəbhə
işlərinə cəlb olundu. Bu da öz növbəsində xalq təsərrüfatı
sahələrində işləyənlərin sayını azaltmışdı. Kənd təsərrüfatı tex-
nikası və iş heyvanları çatışmırdı. İş heyvanlarının çoxu, xü-
susilə atlar cəbhə üçün səfərbər edilmişdi. Mal-qaranın sayı da
azalmışdı.
Müharibə milli-müstəmləkə zülmünü gücləndirib, məz-
lum xalqlara yeni əzab və işgəncələr gətirdi. 1916-cı ildə Orta
Asiyada çar zülmünə qarşı milli azadlıq uğrunda üsyanlar baş
verdi. Qanuna görə orduya səfərbərliyə alınmamalı olan yerli
ə
halinin cəbhəyə yaxın yerlərdə arxada işləməyə səfərbərliyə
alınması haqqında 1916-cı il 25 iyun tarixli fərman üsyanlara
səbəb oldu. Belə ki, çağırış zamanı çoxlu sui-istifadəyə yol ve-
rilirdi. Məmurlar rüşvət alaraq varlı çağırışçıları azad edir və
onların əvzinə çağırışçıların siyahısına çağırış yaşına çatmamış
yoxsulları daxil edirdilər. Çar məmurlarının bu siyasəti yerli
ə
halinin narazılığına səbəb olurdu.
1916-cı ilin iyulun 4-də Türküstanın Xocənt şəhərində sə-
fərbərlik əleyhinə üsyan başlandı. Az sonra Daşkənd, Səmər-
qənd, Kokand və Əndican əhalisi də üsyançılara qoşuldu. Av-
qustda Krasnovodsk qəzasında türkmənlər üsyan etdilər. Üsyan
qaldırmış qırğızlar Prjevalsk və Tokmak şəhərlərini mühasirəyə
aldilar. Milli burjuaziyanın bəzi nümayəndələri isə Rusiyanın
ə
leyhinə çıxaraq Türküstandan rusların çıxıb getmələrini istə-
yirdilər. Onlar üsyançılarla həmrəy olaraq əsasən xan, bəy və
din xadimlərinin mövqeyini möhkəmləndirməyə çalışırdılar.
Özbək, türkmən və qırğızların zəif təşkil edilən, aydın proq-
ramı olmayan hərəkatı uzun sürə bilmədi. Onlar arasında hərə-
katın zəifliyinin səbəblərindən biri də o idi ki, çıxışlar bir-biri
ilə əlaqələndirilmirdi. Üsyanların yatırılmasında Türküstan ge-
neral-qubernatoru Kuropatkin özünün qəddarlığı ilə seçildi.
Nəhayət, rus burjuaziyası başa düşdü ki, ucqarlarda fəhlələrin
və kəndlilərin səfərbərliyinin keçirilməsi ancaq vəziyyəti
108
gərginləşdirir. 1916-cı il iyulun 24-də Dövlət dumasının üzvü
Kerenski Dumanın adından Ali Baş Komandanlığın Qərargah
rəisi general Alekseyevə göndərdiyi teleqramda pambıq yığımı
mövsümü qurtarana qədər çağırışı dayandırmaq göstərilirdi.
Baş Qərargahın iclasında ucqarlarda səfərbərliyin məhsul
yığımı mövsümü qurtarana qədər təxirə salınması qərara alındı.
Orduya səfərbərlik 1916-cı ilin payızında başlandı və dekab-
rında qurtardı.
Çarizmin milli-müstəmləkə siyasətinə və yerli hakim
dairələrə qarşı üsyan Qazaxıstanın Turqay vilayətində daha
ciddi şəkil almışdı. Turqay vilayətində baş vermiş üsyana
Amangəldi İmanov başçılıq edirdi. Üsyanda 50 min nəfərdən
çox insan iştirak edirdi. İstər canlı qüvvə və istərsə də silah
cəhətdən yaxşı təchiz olunmamalarına baxmayaraq Amangəl-
dinin dəstələri müvəffəqiyyətlə döyüşürdülər. Üsyançılar polis
məntəqəsi binalarını dağıdır, çağırışçı siyahılarını, çarın şə-
killərini cırıb məhv edir, yerli hökumət orqanları nümayəndə-
lərini öldürür və çar qoşunu cəza dəstələrinə hücum edirdilər.
Cəza dəstələri toplardan istifadə edib üsyanı vəhşicəsinə ya-
tırdırdı. Yerli məmurlar və feodal hakim dairələr üsyançıları
çar fərmanına tabe olmağa çağırır, üsyanın yatırılmasına kö-
mək edirdilər. 1917-ci il fevralın 24-də qanlı döyüşdən sonra
üsyançı dəstələr döyüşədöyüşə geriyə-səhraya çəkildilər.
Amangəldinin başçılıq etdiyi üsyan məğlub olsa da milli azad-
lıq hərəkatı mütləqiyyətə ağır zərbələr vurdu.
Orta Asiyanın bəzi rayonlarda yerli feodallar xalq hərə-
katından öz mənafeləri üçün istifadə etmək istəyirdilər. Türk-
mənistanın Təcən qəzasında, Şimali Qırğızıstanın bəzi rayon-
larında, Özbəkistanın Cizək qəzasında xarici dövlətlərin ca-
susları ilə əlaqədar olan yerli feodal əyanlar üsyana rəhbərliyi
öz əllərinə keçirmişdilər. Onlar üsyançıları rus kəndlərinə
basqın etməyə və heç bir günahı olmayan adamları öldürməyə
təhrik edirdilər. Lakin hərəkat rayonların böyük əksəriyyətində
109
milli-azadlıq xarakteri daşıyırdı, hərəkatda rus fəhlələri və
yoxsul kəndlilər iştirak edirdilər.
Beləliklə, birinci dünya müharibəsi dövründə, bütün ölkə-
də olduğu kimi, türk xalqları yaşayan bölgələrdə də əhalinin
müflisləşməsi və onların ehtiyacının artması sosial-iqtisadi zid-
diyyətləri kəskinləşdirdi. Orta Asiyada baş vermiş üsyanlar
müharibənin törətdiyi inqilabi böhranın güclənməsinə təsir
etmişdi.
Dostları ilə paylaş: |