çəkəcək qədər böyük! İndi ki,
belə oldu, O Allahın
qüdrətinə xatir qurbanlıq edirəm».
Rəvayətə görə, Nəmrud dörd min qurban kəsdi. Amma
İbrahim ona xatırladı ki, bütpərəstlikdən imtina edib, bir
Allaha
iman gətirməsə, qurbanları qəbul olmayacaq.
Nəmrud isə ona belə cavab verdi: «Belə etsəm, taxt-tacım
əlimdən çıxar. Mən isə buna dözə bilmərəm».
Sual 112:
Bir mühakimədə iki hökm ola bilərmi?
Cavab:
«Ənbiya» surəsinin 78-ci ayəsində xarab
edilmiş əkin sahəsinə işarə olunur. Dini rəvayətlərdə isə, bu
hadisə ətraflı şərh olunur.
Davud peyğəmbərin (ə)
dövründə bir qoyun sürüsü
gözəl bir bağa girib, onu xarab edir. Bağ sahibi şikayət üçün
Davudun yanına gəlir. Onu diqqətlə dinləyən peyğəmbər
hökm çıxarır ki, vurulmuş ziyanın
əvəzində qoyunlar bağ
sahibinə verilsin.
Bu hadisə cərəyan edən vaxt uşaq olan Süleyman,
atasına yaxınlaşıb deyir: «
Ey Allahın peyğəmbəri, bu
hökmü əvəz etsən yaxşıdır. Bağı, bərpa edilənədək
Dostları ilə paylaş: